Medolin Smit Osborn () - ABŞ aktrisasıdır.

Həyatı Medolin Smit 1 yanvar 1957-ci il tarixində Nyu-Meksiko ştatında anadan olmuşdur. Atası hərbidə polkovnik, anası isə dayə vəzifəsində çalışmışdır. Atasının hərbidə işləməsi sayəsində Medolin bir çox yerlərdə olmuşdur. Medolin Cənubi Kaliforniya Universitetində təhsil almışdır. İlk çəkildiyi filmlərdə ikinci dərəcəli rolları ifa etmişdir. 1986-cı ildə ilk dəfə olaraq Əgər sabah açılsa mini-serialında baş rol alır. Mini-serialda ifa etdiyi Treysi rolu bir çox dünya ölkələrində tanınmışdır. Medolin 1988-ci ildə hokkey oyunçusu Mark Osborn ilə ailə həyatı qurmuşdur. Medolin Smit Osborn 1990-cı illərin əvvəllərindən başlayaraq filmlərə çəkilmir. 2010-cu ildə sənədli filmə çəkilmişdir.

Seçilmiş filmoqrafiya İl Film Rol1980 Şəhər Kovboyu Pem1984 Bütün Mən Piqqi Şeylor1986 Əgər sabah açılsa Treysi1988 Şən Ferma Elizabet Farmer1991 Son yanaşma Keysi Helsey

Xarici keçidlər

Kateqoriya:ABŞ aktrisaları Kateqoriya:XX əsr ABŞ aktrisaları Kateqoriya:ABŞ televiziya aktrisaları Kateqoriya:XXI əsr ABŞ qadınları