Həsən Mülkülü () — Şair.
Həyatı Hüseynov Həsən Hüseyn oğlu 1904-cü ildə Tovuz rayonunun Aşağı Mülkülü kəndində zəhmətkeş bir ailədə dünyaya göz açıb. Onun atası Hüseyn kişi sadə kəndli olsa da, söz xiridarı idi. Babası Nəcəf, əmisi Məmmədcəfər isə el-obada aşıq kimi tanınırdı. Güzəranın ağırlığı üzündən məktəb təhsili görməyən, oxuyub-yazmağı öz gücünə öyrənən Həsənin sözlə ilk ülfəti də ailə mühitində yaranır.
Qocaman el sənətkarı 1994-cü il aprel ayının 6-da vəfat edib, Aşağı Mülkülü kənd qəbiristanlığına – ömür-gün yoldaşı Məleykə xanımın və nakam oğlu şair Əziz Məftunun yanına köçdü.
İstinadlar Qənirə Paşayeva, "Bülbül kimi gül aşiqi", "Ozan dünyası" jurnalı, № 3(10) 2012.
Kateqoriya:Azərbaycan şairləri Kateqoriya:Azərbaycanlı şairlər Kateqoriya:Azərbaycan uzunömürlüləri