Elxan Ağahüseynov () — Azərbaycan teatr və kino aktyoru, Azərbaycan Respublikasının xalq artisti (2002).
Həyatı Ağahüseynov Elxan Ağahüseyn oğlu 8 dekabr 1942-ci ildə Bakıda anadan olmuşdur. Tələbə ikən 1960-cı ildə Akademik Milli Dram Teatrına işə qəbul edilmişdir. Elxan Ağahüseynoğlu qırx ildən çox Akademik Milli Dram Teatrının aktyorudur. O, bu illər ərzində çox səmərəli fəaliyyət göstərib və ən müxtəlif janrlı tamaşalarda əlvan və rəngarəng, bədii tip kimi çox xarakterli rollar oynayıb:
Məşhur teatr aktyoru E. Ağahüseynoğlu Azərbaycan Dövlət Televiziyasında hazırlanmış onlarca tamaşada oynamışdır. Bunlardan:
S. Qədirzadənin "Ürək rahatlıq sevmir" (Müdir), S. Dağlının "Sabiqlər" (Müdir), "Adı sənin, dadı mənim" (Nəzarətçi), S. Rəhmanın "Şirin bülbül" (Sərnişin), İ. Əfəndiyevin "General" (Zabit), M. F. Axundovun "Hacı Qara" (Xəlil Yüzbaşı)
Pyeslərinin tamaşalarını göstərmək olar.
Aktyor "Axırıncı aşırım", "Ömrün səhifələri", "Dantenin yubileyi", "Qəm pəncərəsi" bədii filmlərinə çəkilib.
Elxan Ağahüseynoğlu aktyorluq sənətində qazandığı nailiyyətlərə görə 22 may 1991-ci ildə "Azərbaycan Respublikasının əməkdar artisti" , 2002-ci ildə isə Xalq Artisti fəxri adları ilə təltif olunub. Prezident təqaüdçüsüdür.
Elxan Ağahüseynoğlu 2 avqust 2009-cu ildə vəfat etmişdir.
Filmoqrafiya
İstinadlar
Xarici keçidlər Elxan Ağahüseynoğlu
Kateqoriya:Azərbaycan aktyorları Kateqoriya:Şəkərli diabetdən ölənlər Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüləri