Ceyms Marşall "Cimi" Hendriks (, doğum adı Conni Ellen Hendriks, ; 27 noyabr 1942 – 18 sentyabr 1970, Sietl, Vaşinqton, ABŞ) — ABŞ müğənnisi, gitaraçı və bəstəkar. O elektrik gitarada psixodelik rok musiqisini blüz musiqisi ilə sintez edən virtuoz hesab olunur. Hendriks, karyerasının cəmi dörd il davam etməsinə baxmayaraq, populyar musiqi tarixində ən böyük və ən təsirli elektrik gitara ifaçılarından biri kimi qəbul edilir və 20-ci əsrin ən populyar musiqiçilərindən biri hesab olunur. Rok-n-roll şöhrət zalı () onu "rok musiqisi tarixində bəlkə də ən böyük instrumental ifaçı" kimi təsvir etmişdir."Biography of the Jimi Hendrix Experience". Rock and Roll Hall of Fame. Archived from the original on February 1, 2013. Retrieved February 25, 2013.
Hendriks gitara çalmağa 15 yaşında başlamışdır. 1961-ci ildə ABŞ ordusuna qoşulmuş, lakin bir il sonra ordudan tərxis edilmişdir. Bundan sonra o, Tennessi ştatının Klarksvill və daha sonra Neşvill şəhərlərinə köçmüş və müxtəlif səhnələrdə çıxışlar etməyə başlamışdır. O, Isley Brothers və Litl Riçard, sonralar Curtis Knight and the Squires kimi ifaçılarla birgə fəaliyyət göstərmiş və 1966-cı ilin sonlarında The Animals qrupunun basçısı Ças Çendler onun meneceri olduqdan sonra İngiltərəyə köçmüşdür. Bir neçə ay ərzində Hendriks, basçı Noel Reddinq, zərbçi Mitç Mitçell ilə birgə The Jimi Hendrix Experience qrupunda "Hey Joe", "Purple Haze" və "The Wind Cries Mary" mahnıları ilə İngiltərədə ilk onluğa daxil olan üç hit yazmışdır. 1967-ci ildə Monterey Pop Festivalında çıxışı ilə ABŞ-də məşhurlaşmış və 1968-ci ildə üçüncü və son studiya albomu olan "Electric Ladyland" ilə ABŞ-də bir nömrəyə yüksəlmişdir. Hendriks, 1969-cu ildə "Vudstok" festivalında və 1970-ci ildə "Ayl-of-Vayt" festivalında çıxışlar etmişdir. 1970-ci ilin sentyabrında, 27 yaşında Londonda boğulma nəticəsində vəfat etmişdir.
İstinadlar
Xarici keçidlər
FBI Records: The Vault – James Marshall "Jimi" Hendrix at vault.fbi.gov
Articles concerning disputes about rights to the Hendrix musical publishing estate. Los Angeles Times
Kateqoriya:ABŞ müğənniləri Kateqoriya:Polydor Records artistləri Kateqoriya:ABŞ bəstəkarları Kateqoriya:Nyu-York şəxsləri Kateqoriya:İrlandəsilli amerikalılar Kateqoriya:Afroamerikalılar Kateqoriya:1960-cı illərin əks-mədəniyyəti