Fundamental qarşılıqlı təsirlər- hissəciklər arasında mövcud olan və hissəciklərin xüsusiyyətlərini və davranışını müəyyənləşdirən təbiət qüvvələridir. Dörd qarşılıqlı təsir qüvvəsi məlumdur: elektromaqnetizm qravitasiya zəif nüvə qüvvəsi güclü qüvvə Fundamental qarşılıqlı təsirlər (ingiliscə, fundamental interaction) fizikaya aid ədəbiyyatda təbiət qüvvələri, fundamental qüvvələr kimi də adlandırılırlar.

Ümumi məlumat Fundamental qarşılıqlı təsirlər əsasən aşağıdakı meyarlarla təyin olunurlar: təsir qüvvəsinin gücü bu qüvvənin effektiv olduğu hədd bu təsir qüvvəsinin keçiricisi və ya daşıyıcısı olan hissəciyin təbiəti

+Fundamental qarşılıqlı təsirlər Güclü təsirElektromaqnetizmZəif təsirQravitasiyaTəqribi gücü110−210−510−41Təsir həddi (metr)10−15sonsuz10−18sonsuzGüvvəni keçirən hissəcikQlüonFotonW± və Z bosonlarıQraviton

Qraviton qravitasiya qarşılıqlı təsirin zərrəciyidir.Qravitasiya qüvvələri qarşılıqlı təsirdə olan cisimlərin hər birinin kütləsi ilə düz mərkəzləri arasındakı məsafənin kvadratı ilə tərs mütənasib olub həmişə cazibə xarakterlidir.

Foton elektromaqnit sahəsinin zərrəciyidir.Elektrostatikanın əsas qanunu olan Kulon qanununa görə sükunətdə olan yüklü nöqtəvi cisimlər arasındakı qarşılıqlı təsir qüvvəsi yüklərin modulları hasili ilə düz, onların arasındakı məsafənin kvadratı ilə tərs mütənasibdir.Eyni adlı yüklər bir- birini dəf,müxtəlif adlı yüklər isə cəzb edir.Sükunət nisbi olduğuna görə elektrik və maqnit qarşılıqlı təsirlərini bir-birindən təcrid etmək olmaz.

Qlüon güclü və ya nüvə sahəsinin zərrəciyidir,və mənası ingiliscədən tərcümədə yapışqan deməkdir.Bu ad ona, yaxın məsafəyə və güclü təsir etdiyinə görə verilib.Güclü qarşılıqlı təsir hesabına proton və neytronlardan dayanıqlı nüvə yarana bilir.Güclü qarşılıqlı təsir elektromaqnit qarşılıqlı təsirindən təxminən 100 dəfə böyükdür.Bu qüvvələrin təsir məsafəsi təxminən 10−15m tərtibindədir və cazibə xarakterlidir.

Zəif qarşılıqlı təsir dayanıqlı olmayan zərrəciklərin parçalanmasına səbəb olan təsirdir.Onların təsir məsafəsi daha kiçik olub təxminən 10−17m tərtibindədir.Zəif qüvvələr elektromaqnit qüvvələrinə nisbətən on min dəfələrlə kiçikdir. Makroaləmdə rast gəldiyimiz qarşılıqlı təsirlər qravitasiya və elektromaqnit qarşılıqlı təsirləridir.

Həmçinin bax

Standart Model

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Elementar zərrəciklər fizikası Kateqoriya:Fundamental qarşılıqlı əlaqə Kateqoriya:Fundamental qarşılıqlı təsirlər