Aşina Xuaytao () — Çin hakimiyyətindəki qərb göytürklərinin xaqanı. Menqçi general-qubernatoru idi. Aşina Kuşrakın ölümündən sonra xaqan təyin edilmişdi.

Hakimiyyəti O xaqan olmaqla bərabər həm də yaxşı diplomat idi. İmperator onu Türgiş xaqanlığının yeni hökmdarı Sakal xaqanla sülh qurması üçün göndərdi. 707-ci ildə sülh bağlayan xaqan ona knyaz titulu verərək, Türgiş xaqanlığını formal olaraq vassal halına gətirdi. 708-ci ildə öləndən sonra yerinə qohumu Aşina Syan təyin olundu.

Ailəsi Oğlu Aşina Sin də Çinə xidmət etmişdir. Qızı Aşina Çhiaoho Suluk xaqanla evli idi. Digər qızı Aşina Çi Şatoların rəisi Çuye Fukuo ilə evli idi.

Mənbə Tan tarixi kitabı

Kateqoriya:Göytürk şahzadələri Kateqoriya:Aşina ailəsi Kateqoriya:Göytürk xaqanları