Ruslan İbrahim oğlu Abışov () — "Neftçi" Bakı klubunun və Azərbaycan milli futbol komandasının keçmiş yarımmüdafiəçisidir. "Neftçi Bakı", "Xəzər-Lənkəran" "Rubin Kazan FK", "Qəbələ FK", "Keşlə FK", "Sabah FK" və "Zirə FK" klublarının heyətində çıxış edib. 2011, 2012-ci illərdə Azərbaycan çempionu olub, 2012-ci ildə Azərbaycanda ilin futbolçusu seçilib.
Həyatı Ruslan Abışov Bakıda anadan olub. 6 yaşında Uşaq Gənclər Futbol Məktəbinə üz tutub. Abışovun ilk məşqçisi Əli Məmmədov olub. Ruslan daha sonra İsmayıl Əliyev, İbrahim Dadaşov və Rüstəm Rəhimovun rəhbərliyi altında futbolun sirlərinə yiyələnib. Onun futbolçu kimi püxtələşməsində İslam Kərimovun da böyük rolu olub. Ruslan Abışov orta təhsilinə paytaxtın 246 saylı məktəbində yiyələnib. Ali təhsilini isə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında alıb. Karyerası 15 yaşında ikən Ruslan Abışov Türkiyəyə yollanıb. 6 ay müddətində Dənizlispor klubunun əvəzedici komandasında çıxış edib, lakin Türkiyə vətəndaşlığına malik olmadığı üçün geri qayıtmaq məcburiyyətində qalıb. Vətənə qayıdıb 1 il Neftçinin əvəzedici komandasında çıxış edən Ruslan 2006-cı ildən əsas komandaya cəlb olunub və 18 yaşında ilk peşəkar müqaviləsini imzalayıb. Bir neçə dəfə xarici klublara keçidi gündəmə gəlsə də, transferi baş tutmayıb. 2012-ci ildə çoxlarının gözləmədiyi halda Neftçinin əzəli rəqibi Xəzər Lənkəranın heyətinə keçib. Xəzər-Lənkəranda Ruslan 15 nömrəli formada çıxış edib. Burada 22 oyunda 2 qol vurub. 2013-cü ilin fevral ayında Rusiyanın Rubin Kazan klubuna transfer olunub. Bu klubla 2.5 illik müqavilə imzalayıb.250px|thumbnail|right|Ruslan Abışov Malta ilə oyunda cərimə zərbəsi yerinə yetirir, 2013 Milli komanda karyerası Əsas milliyə çağırılmazdan əvvəl Azərbaycanın U-21, U-19, U-17 və U-15 komandalarında forma geymişdir. 2009-cu ilin avqust ayında Finlandiya və Almaniya millisi ilə keçirilən oyunlarda Azərbaycan milli futbol komandasının tərkibində çıxış etmişdir. 2012-ci ildə Futbol üzrə dünya çempionatı 2014-ün seçmə mərhələsində Şimali İrlandiyaya qarşı keçirilən oyunda millinin kapitanı olub.thumb|Abışov IV İslam Həmrəyliyi oyunlarının çempionu və qızıl medalçısı kimi. Milli komandada oyunlar thumb|Abışov IV İslam Həmrəyliyi oyunlarının çempionu və qızıl medalçısı kimi.Mənbə:Son yeniləmə:15 noyabr 2013
Azərbaycan milli futbol komandasıİlBaşqaCəmiOyunQolOyunQolOyunQolOyunQolOyunQolOyunQolOyunQol200900003000002151201060000000100070201120000000710091201240004100001091201330005100000081 Cəmi15000122008130384
Milli komandada qollar Mənbə: Son yeniləmə:15 noyabr 2013 + Ruslan Abışov: Beynəlxalq qollar # Tarix Yer Rəqib Hesab Nəticə Yarış 1. 18 noyabr 2009 Tahnun bin Məhəmməd Stadionu, Əl Əin, Birləşmiş Ərəb Əmirlikləri Çexiya 2–0 2–0 Yoldaşlıq görüşü 2. 29 mart 2011 Kral Baudin Stadionu, Brüssel, Belçika Belçika 1–1 4–1 UEFA Avropa Kuboku 2012 seçmə mərhələ 3. 7 sentyabr 2012 Tofiq Bəhramov adına Respublika Stadionu, Bakı, Azərbaycan İsrail 1–1 1–1 Futbol üzrə dünya çempionatı 2014 seçmə mərhələ 4. 7 iyun 2013 Bakcell Arena, Bakı, Azərbaycan Lüksemburq 1–0 1–1 Futbol üzrə dünya çempionatı 2014 seçmə mərhələ
Uğurları thumb|Ruslan Abışov Azərbaycan Premyer Liqası 2010/2011 mövsümünün ən yaxşı müdafiəçisi seçilib
Klub karyerası Neftçi Bakı Azərbaycan Premyer Liqası Çempion (2): 2010/2011, 2011/2012
Şəxsi uğurları Azərbaycanda ilin futbolçusu (1): 2012 Azərbaycan Premyer Liqası, ən yaxşı yarımmüdafiəçi: 2010/2011 Azərbaycan milli futbol komandası, ən yaxşı müdafiəçi: 2012 2017-ci ildə Bakıda keçirilən IV Islam Həmrəyliyi oyunlarının çempionu, qızil medalçısı olub.
Digər fəaliyyətləri 2011-ci ildə Ruslan Abışov müğənni Sevda Yəhyayevanın "Gecdir daha""Ruslan Abışovu mən məşhur etdim" mahnısının klipində çəkilib.Ruslan Abışov klipə çəkildi
Həmçinin bax
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Azərbaycan futbolçuları Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:Zirə FK futbolçuları Kateqoriya:Xəzər-Lənkəran FK futbolçuları Kateqoriya:Rubin Kazan FK futbolçuları Kateqoriya:Qəbələ FK futbolçuları Kateqoriya:Azərbaycan milli futbol komandasının oyunçuları Kateqoriya:Şamaxı FK futbolçuları Kateqoriya:Legioner Azərbaycan futbolçuları Kateqoriya:Azərbaycan Premyer Liqası futbolçuları Kateqoriya:Bakılı futbolçular Kateqoriya:Azərbaycanın kişi futbolçuları Kateqoriya:Neftçi PFK futbolçuları Kateqoriya:Azərbaycan U-21 milli futbol komandasının oyunçuları Kateqoriya:Sabah FK futbolçuları Kateqoriya:Rusiya Premyer Liqası futbolçuları Kateqoriya:Rusiyada legioner futbolçular Kateqoriya:2017 İslam Həmrəyliyi Oyunlarında medal qazananlar Kateqoriya:Azərbaycanlı legioner kişi futbolçular