thumb|right|330px|Tarixi Sünik ərazisi.

Sünik, Süni, Syuni, Sisakan sülaləsi () – antik və orta əsrlər dövründə Sünik vilayətində hakimiyyət sürmüş alban sülalə. Qafqaz Albaniyası tarixinin ən güclü sülalələrindən biri kimi dəyərləndirilən Sünik sülaləsi eyni zamanda. Sünik sülaləsi Ermənistanın hökmdar sülalələri ilə qohumluq əlaqələrinə malik olmuşdur.

Sünik sülaləsi nümayəndələrinin inşa etdirdiyi bir çox dəyərli tarixi-memarlıq abidələri dövrümüzə çatmışdır.

Etnogenezi Əfsanəvi şəcərə cədvəlinə görə Sünik sülaləsi Yafətin nəslindən gələn və erməni xalqının "əfsanəvi ilk hökmdarı sayılan" Haykın nəslindənV. Minorsky — Studies in Caucasian History, CUP Archive, 1953, səh. 69 Siunik' had its own ancient dynasty claiming descent from Hayk, the founder of the Armenian nation. According to the local historian: "the race of Sisak, issued from Hayk…" (Hayk – Aramanyak – Aramais – Amasiya – Qeqam – SisakMoisey Xoreni. История Армении , кн. I, гл. 12) gəlmişdir. Moisey Xorenli bu sülalənin hakimiyyətə gəlməsini erməni hömdarı Valarşakın adı ilə bağlayır:

"Erməni dilinin Şərqdəki son sərhəddlərinə isə yerli sülalələrdən Sisakanlar və Kadmeanlar hakim təyin edildilər."Мовсес Хоренаци. История Армении, кн. II, гл. 8

VIII əsr müəllifi Stefan Sünikli qeyd edir ki, "Sünikdə və Artsakda Sünik və Artsak dillərində danışmışlar."Н. Адонц. Дионисий Фракийский и армянские толкователи. — Пг., 1915. — С. 181–219 R. A. Açaryan belə hesab edir ki, ermənilərin formalaşmasında urartululardan başqa öz qədim dili və yazısı olan 18 xalq yaxından iştirak etmişdir. Stefan Sünikli və digər müəlliflərin məlumatlarına əsaslanan R. A. Açaryan VIII əsrə qədər həmin dillərdən yeddisinin yaşadığını və Sünik dilinin də həmin dillərdən biri olduğunu qeyd edir.Р. Ачарян – История армянского языка, Ереван, 1951, стр. 128–129. Н. N. Adonts isə qeyd edir ki, Sünik həm mülki, həm də kilsə baxımından Ermənistandan az asılı olmuşdur və bu həmin ərazinin etnik fərqliliyi ilə bağlı idi.Н. Адонтс- Армения в епоху Юстиниана, Ереван, 1971, стр. 421 O, qeyd edir ki, "Ermənistanın alban ucqarı olan Sünik əhalisinə görə Ermənistanın digər ərazilərindən fərqlənirdi. Oranın əhalisinin tayfa istisnalığı qonşu dağlıq ölkədən axıb gələn köçərilərin hesabına saxlanır və bərpa olunurdu."Н. Адонтс- Армения в епоху Юстиниана, Ереван, 1971, стр. 423 F.Məmmədova qeyd edir ki, "Moisey Kalankatlı ilk Albaniya hökmdarı Arranın Sünik sülaləsindən olduğunu qeyd etsə də, bu sülalənin etnik mənşəyi ilə bağlı heç nə qeyd etmir. Lakin mənbələrin verdiyi məlumatlardan belə məlum olur ki, Sünik sülaləsi yerli sülalə olmuşdur."Ф. Мамедова – Кавказская Албания и Албаны, Баку, 2005, стр. 265 Sünik sülaləsini yerli sülalə hesab edən K. Trever qeyd edir ki, "sonrakı dövrdə Qafqaz Albaniyasının siyasi həyatında iştirak etməsinə baxmayaraq, Sünik ilk alban qəbilə ittifaqlarına daxil olmamışdır."К. В. Тревер – Очерки по истории и културе Кавквзской Албании, М-Л, 1959, стр. 146

Sünik vilayəti müxtəlif dövrlərdə ErmənistanınRiçard Hovanisyan — The Armenian People from Ancient to Modern Times, Palgrave Macmillan, 1997, Vol. I. The Dynastic Periods: From Antiquity to the Fourteenth Century, səh. 15, AtropatenanınSebeos, Çar İraklinin tarixi, XXVIII, XXIX və Qafqaz AlbaniyasınınH. Hübschmann – Die Altarmenische Ortsnamen, səh 216J. Markwart – Entstehung der armenischen Bistumer, Orientalia Christian, XXVII, 2, Roma, 1931 tərkibində olmuş, Sünik sülaləsinin nümayəndələri hər üç ölkənin zadəgan sülalələri ilə qohumluq əlaqələri yaratmışlar. MənbələrMoisey Kalankatlı, I, VMoisey Xorenli, II, VIII Qafqaz Albaniyasının ilk hökmdarı və Arranilər sülaləsinin banisi olan Arranın da Sünik sülaləsindən olduğunu qeyd edirlər.

Tarixi

Sünik sülaləsinin ilkin tarixi haqqında məlumatlar çox azdır. Sülalə Maarifçi Qriqorinin təbliğatə nəticəsində xristianlığı qəbul etmiş, daha sonra Maarifçi Qriqorinin Kesariyada təbliğatı dövründə Sünik sülaləsinin nümayəndələri onu müşayiət etmişlər.Aqafangel. "Ermənistan tarixi"; "Спасительное обращение страны нашей Армении через святого мужа-мученика" , 795 CXII

Sünik vilayətinin Böyük Ermənistan və ya Qafqaz Albaniyasının tərkibində olduğu və ya müstəqil olduğu dövrlərdə Sünik sülaləsinin nümayəndələri bu vilayətin hakimləri olmuşlar. İstər antik, istərsə də orta əsrlər dövründə Sünik Qafqazın ən güclü sülalələrindən biri olmuşdur. Sünik knyazları gümüş taxtda oturur, mirvarilərlə bəzədilmiş tac taxır, zadəganlıq göstəricisi kimi qırmızı ayaqqabı geyinirdilər. Sünik knyazlarının sülalə nişanəsi qabanın təsviri əks olunmuş üzük-möhürləri olurdu.

Sülalənin ailə əmlakı Sünik vilayətinin Tsux havarında Şaqat və Vayots-Zor havarında Yexeqis kəndləri, sonrakı dövrdə isə Qafan ərazisi hesab edilirdi. Qaxnamaka (taxt-məhkəmə reystri) əsasən Sünik knyazı erməni aristokratları cədvəlində hökmdardan sonra birinci yerdə qərarlaşmışdır.Cyril Toumanoff — Studies in Christian Caucasian History, Georgetown University Press, 1963, səh 252 Zoranamakda (hökmdarın hərbi reystri) isə göstərilir ki, Ermənistan hökmdarından sonra ən böyük hərbi qüvvə (19400Всемирная история / Под ред. А. Белявский, Л. Лазаревич, А. Монгайт. — М., 1956. — Т. 2, ч. V, гл. XXV:Помимо постоянного войска, которым располагал царь, основные военные силы выставлялись нахарарами. Численность армии во время войны доходила до 100–120 тыс. Нахарары распределялись по рангам в зависимости от количества выставляемых ими воинов. Наиболее сильными после царей были князья Сюни. Особая воинская грамота определяла количество воинов, выставляемых каждым нахараром. süvari) Sünik knyazlarına məxsus olmuşdur. F. Məmmədova qeyd edir ki, 387-ci ilə qədər Ermənistan ordusuna başçılıq edən bdeşx – sərkərdə vəzifələrini Sünik knyazları daşımışlar.F. Məmmədova – Qafqaz Albaniyasının siyasi tarixi və tarixi coğrafiyası, Bakı, 1993, səh 97

Ermənistanda

Ermənistanda III Kiçik Xosrovun hakimiyyəti dövründə (330–338) Vaqinak Süni Ermənistanın Aldznik vilayətinin hakiminə qarşı yürüşdə iştirak etmiş və bu vilayəti idarə etmək hüququ almışdır.Favstos Buzand, III, IX: И армянский царь послал (против них) своих верных слуг — князя Кордукского Джона, князя Мец Цапка Мара, князя Цопка-Шахуни Нерсеха, князя Сюникского Вагинака, князя Аштеанского Дата и князя Басеанского Манака с большим войском. Они пошли, победили персидские войска и всех вообще предали мечу, и убили бдэшха с братом и сыновьями его. Но голову Бакура и девушку одну, его дочь, они привезли к царю. И так как из рода (Бакура) никого больше не оставалось, то царь эту девушку дал в жены своему любимцу Вагинаку Сюни, отдал также ему Алдзникский дом и сделал его бдэшхом и наследником этого дома. Потомство умножилось, и Вагинак со всей этой страной и всеми силами служил всегда царю. 330-cu ilin sonunda Sünik sülaləsindən olan Andovk Süni yüksək hərbi mövqe əldə edir. Ermənistan çarı Tiranın (338–350) hakimiyyəti dövründə Sünik sülaləsindən olan Pisak Süni hökmdar sarayında "senekapet" (hökmdarın şəxsi təhlükəsizliyindən cavabdeh məmur) vəzifəsinə təyin olunur.Michael H. Dodgeon, Samuel N. C. Lieu. — The Roman Eastern Frontier and the Persian Wars (AD 226–363): A Documentary History.,Routledge, 1994, səh. 259.

II Arşak (350–368) Ermənistanda hakimiyyətə gəldikdə Vaqinak Sünini şərq ordularının rəhbəri Andovk Sünini isə Aldznik və Tiqranakert rəhbəri təyin edir.Moisey Xorenli, III, 26: Шапух же достигает нашего города Тигранакерта. Горожане вместе с военным отрядом ополчаются против него, ибо Антиох, родовладыка Сюнийский, тесть Аршака и управитель города, приказал запереть ворота перед Шапухом. И не только не впустил его, но даже не послал к нему вестников и его посланцев не принял. Произошло сражение, в котором погибли многие из персов. Рать Шапуха, потерпев поражение, возвратилась в Мцбин. Qızı Pərəncəmi Ermənistan hökmdarı II Arşaka ərə verən Andovk Süninin siyasi imkanları daha da genişlənmişdi. Öz romapərəst mövqeyi ilə tanınan Andovkun rəhəbrliyi altında Tiqranakert hərbi dəstələri Parfiya hökmdarı II Şapura qarşı bir neçə dəfə uğurlu döyüş keçirmişdi. 367-ci ildə Ermənistan II Şapur tərəfindən tutulduqdan sonra isə Sünik sülaləsinin nümayəndələri hakimiyyətdən uzaqlaşdırıldı və əksəri öldürüldü. Yalnız on ildən sonra, Mamikonyanlar sülaləsindən Manvel Mamikonyan (377–387) Ermənistanda hakimiyyətə gəldikdə Sünik sülaləsinin hakimlik hüquqları bərpa edildi.

Manvel Mamikonyan Parfiyanın razılığı olmadan Andovk Süninin oğlu Babik Sünini Sünik vilayətinin hakimi təyin etdi. Ermənistan hökmdarı III Arşak (378–390) isə Babik Süninin qızı ilə evləndi, oğlu Dara Sünini isə sparapet vəzifəsinə təyin etdi. 387-ci ildə Ermənistanda hökmdar hakimiyyətinin ləğv olunması və ərazisinin Roma və Parfiya arasında bölünməsindən sonra Dara Süni III Arşakla birlikdə Roma imperiyası ərazisinə keçmiş və Xosrova qarşı aparılan müharibədə ölmüşdür.

Sünik sülaləsi Ermənistanın Sasani mərazbanlığına çevrilmiş ərazisində də mühüm rola malik olmuşdur. 441-ci ildə Sünik hakimi Vasak Süni bütün Erməni mərzbanlığının hakimi təyin olunmuşdur. Vasak Sünidən sonra hakimiyyətə gəlmiş Varazvan və Qdeon Sünilər Sasani sarayı ilə yaxınlaşma siyasəti yürütməyə başlamışdılar. Buna görə də, Qafqaz xalqlarının 480–481-cü illəri əhatə edən xalq üsyanı zamanı Qdeon Süni üsyançılar tərəfindən tutularaq edam edildi.

Orta əsrlərdə mərkəzləşdirilmiş Ermənistan dövlətinin bərpa edilməsi zamanı Sünik sülaləsi Baqratuni və Arsruni sülalələri ilə birgə bu prosesin ən aktiv iştirakçılarından olmuşdur.Bagratids — Encyclopædia Iranica:Within less than a century after the disaster of 775, they regained and increased their political importance, and then reigned over a powerful and consolidated west-central Armenian state. Since this disaster had ruined and weakened many princely houses, which were reduced to dependence on a few others, the might of those few who had survived the ruin was vastly increased. Armenia thus came to be divided into only just three big political formations: the Arcrunid state in the south, the Siunid state in the east, and the Bagratid state which proved the most successful. Cautiously maneuvering, as they had always done, between, on the one hand, the caliphate, which was on the decline now and breaking up into a number of succession states, and, on the other, the empire, which was concentrating upon a struggle with these, the Bagratids monopolized the office of presiding prince and then, in 884, converted it into kingship. Recognition was easily obtained from caliph and emperor. Sünik sülaləsi Baqratuni sülaləsindən olan I Aşotun hakimiyyətə gəlməsini dəstəkləmişdir.Степанос Орбелян. История области Сисакан. — Тифлис, 1910. — С. 26.

Atropatenada

571-ci ildə knyaz Vaan Süninin təşəbbüsü ilə Sünik Ermənistandan ayrılaraq ayrıca şəhr kimi Atropatenaya birləşdirildi. Vaan Süni Sasani şahı Xosrovdan xahiş etdi ki, Sünik torpağının arxivlərini Dvin şəhərindən Paytakarana köçürsün, onların şəhərlərini Atropatenanın sərhədləri hüduduna daxil etsin.A. Fazili — Atropatena, Bakı, 1993 Orta əsr erməni tarixçisi Sebeos bu haqqda yazır:

"Sünik hakimi üsyan edərək ermənilərdən ayrıldı. Sasani şahı Xosrovdan xahiş etdi ki, Sünik torpağının arxivlərini Dvin şəhərindən Paytakaran köçürsün, onların şəhərlərini Atropatenanın sərhəddləri hüduduna daxil etsin və onların üstündən erməni adı götürülsün. Əmr yerinə yetirildi."

VII əsrdə Sasani – Bizans müharibəsi zamanı Sünik knyaginyası Bürək I İraklini rəhbərlik etdiyi Bizans qüvvələrinə yardım etmişdi. VII əsrin ortalarından etibarən Sünik sülaləsinin hakimləri cənubdan yaxınlaşan ərəb təhlükəsinə qarşı Bizans və erməni zadəganları ilə ittifaq yaratmağa çalışırdılar.

Qafqaz Albaniyasında

Tarixi mənbələr Qafqaz Albaniyasının ilk hökmdarı olan Arranın Sünik sülaləsindən olduğunu qeyd edirlər. Moisey Kalankatlı yazır: