Məryəm Fərəməz qızı Mahmudbəyova (2 yanvar 1921, Naxçıvan – 1992, Bakı) — tibb elmləri doktoru (1966), əməkdar həkim (1973).
Həyatı Məryəm Fərəməz qızı Mahmudbəyova 1921-ci il yanvar ayının 2-də Naxçıvan şəhərində anadan olmuşdur.
O, 1953-cü ildə Q. M. Musabəyov adına Azərbaycan Elmi-Tədqiqat Virusologiya və Gigiyena İnstitutunda işləmiş, 1966-cı ildə tibb elmləri doktoru, 1976–1979-cu illərdə Azərbaycan Elmi-Tədqiqat Qanköçürmə və Hemotologiya İnstitutunda "İmmun-hemotologiya" şöbəsinin müdiri olmuşdur. Tədqiqatı müasir təbabətin aktual məsələlərinin (bioloji aktivliyi yüksək olan mikro-molekulların, zülalların, nuklein turşusunun həll olunan antigen fraksiyalarının) öyrənilməsinə həsr olunmuşdur.
Musabəyovanın antigen quruluşa aid tədqiqatlarından immun preparatların istehsal texnologiyası sahəsində, habelə x əstəliklərin profilaktika və diaqnostikasında geniş istifadə edilir.
1973-cü ildə Azərbaycanın Əməkdar həkimi fəxri adına layiq görülmüşdür.
M. Mahmudbəyova 1992-ci ildə Bakıda vəfat etmişdir.Mahmudbəyova Məryəm //Azərbaycan Sovet Ensiklopediyası: 10 cilddə.- Bakı: ASE.- C.6.- S.396.
İstinadlar
Kateqoriya:Naxçıvanda doğulanlar Kateqoriya:Azərbaycan həkimləri