Mənsur Həmzə oğlu Məmmədov () — Ucar Rayon İcra Hakimiyyətinin başçısı (2015-ci ildən).

Həyatı Məmmədov Mənsur Həmzə oğlu 20 aprel 1965-ci ildə Ucar rayonunun Qazıqumlaq kəndində anadan olmuşdur. 1989-cu ildə Azərbaycan Politexnik İnstitutunun mühəndis-texnoloq ixtisası üzrə bitirmişdir.

Ailəsi Azərbaycan Respublikasının sabiq nəqliyyat naziri Ziya Məmmədovun və Azərbaycan Respublikasının Milli Məclisinin sabiq deputatı Elton Məmmədovun bacısı oğludur.

Siyasi fəaliyyəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 mart 2005-ci il 722 N sərəncamı ilə Zərdab rayon İcra hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 14 dekabr 2007-ci il 2537 N sərəncamı ilə Zərdab rayonu İcra hakimiyyəti başçısı vəzifəsindən azad edilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 14 dekabr 2007-ci il 2538 N sərəncamı ilə Göyçay rayon İcra hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 27 yanvar 2015-ci il 1002 N sərəncamı ilə Göyçay rayonu İcra hakimiyyəti başçısı vəzifəsindən azad edilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 27 yanvar 2015-ci 1007 N sərəncamı ilə Ucar rayon İcra hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir.

İstinadlar

Kateqoriya:Göyçay Rayon İcra Hakimiyyətinin başçıları Kateqoriya:Ucar Rayon İcra Hakimiyyətinin başçıları Kateqoriya:Zərdab Rayon İcra Hakimiyyətinin başçıları