Ziya Şıxlinski () — kinorejissor, ssenarist, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi,"Azərbaycan motivləri" sənədli filminin çəkilişləri yekunlaşıb . Səs.- 2008.- 7 avqust.- S. 12. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2023-cü ildən).
Həyatı Şıxlinski Ziya Ənvər oğlu 1951-ci il mayın 18-də Bakı şəhərində anadan olmuşdur. Əslən Qazax rayonunun İkinci Şıxlı kəndinin Şıxlinskilər soyundandır. 1968-ci ildə 160 saylı orta məktəbi bitirərək, həmin il ADU-nun filologiya fakültəsinə daxil olmuş və 1973-cü ildə oranı bitirmişdir. Bir müddət "Azərbaycanfilm" kinostudiyasında işləmiş, bir sıra filmlərin çəkilişi zamanı rejissor assistenti və ikinci rejissor kimi iştirak etmişdir, 1985–87-ci illərdə "Sovet Azərbaycanı" və "İncəsənət və gənc nəsil" kinojurnallarında rejissor kimi fəaliyyət göstərmişdir. 1987–89-cu illərdə Moskvada ikiillik Ali Rejissorluq kursunda oxumuşdur.
Yaradıcılığı Budapeşt, Novoçerkask, Praqa, Əfqanıstan, Alma-Ata, Tbilisi və Bakıda sovet qoşunları tərəfindən törədilmiş qırğınlara həsr olunmuş "Ruslar müharibə istəyirmi?" (1990), general Əli ağa Şıxlinskiyə həsr olunan "Artilleriyanın allahı sayılırdı" (1996), Azərbaycan ərazisində yaşamış almanlara həsr olunan "Bir həsrət nəğməsi" (1997) və xalq yazıçısı İsmayıl Şıxlıya həsr olunmuş "Ayrılan yollar" (1997) sənədli filmlərini çəkmişdir. Digər sənədli filmləri: "Şopenin qayıtması" (1998), "8 dəqiqə yarımlıq düşüncə" (1999), "Doğma yer yoxdur" (2003), "Həyat mənbəyi" (2005), "Həyatın izləri" (2006), "İbadət" (2007), "Azərbaycan motivləri" (2008), "Azərbaycan musiqisi" (2009), "Dünyaya açılmış pəncərə", "Onun böyük ürəyi", "Ürəkdən çəkən rəssam" (2010), "Fotorəssam" (2011).
Mükafatları 2011-ci ildə Milli Kino Günü münasibəyilə Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının "Əməkdar incənət xadimi" fəxri adı ilə təltif olunmuşdur. Ziya Şıxlinski hal-hazırda Cəfər Cabbarlı adına kinostudiyada çalışır. 6 may 2023-cü ildə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.
Filmoqrafiya Ağır illərin xronikası"Ağır illərin xronikası": [Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə Müdafiə Nazirliyinin Muzeyində rejissoru Ziya Şıxlinski olan eyniadlı sənədli filmin premyerası keçirilmişdir] //Mədəniyyət.- 2013.- 28 iyun.- S. 6. Alma almaya bənzər (film, 1975) (tammetrajlı bədii film) — rejissor assistenti Artilleriyanın allahı sayılırdı (film, 1996) Arvadım mənim, uşaqlarım mənim (film, 1978) Ayrılan yollar Azərbaycan motivləri (film, 2008) Azərbaycan musiqisi (film, 2009) Bir həsrətin nəğməsi (film, 1997) Bizi bağışlayın (film, 1979) Dairə (film, 1989) Dədə Qorqud (film, 1975) Dərviş Parisi partladır (film, 1976) Doğma diyar (film, 2003) Əlavə iz (film, 1981) İthaf (film, 2014)Əliş Ləmbəranski haqqında sənədli filmin təqdimatı: [Bakıdakı Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində (RİMM) rejissor Ziya Şıxlinskinin "İthaf" adlı sənədli filminin premyerası olub] //Mədəniyyət.- 2014.- 10 oktyabr.- S.4. Onun bəlalı sevgisi (film, 1980) Ruslar müharibə istəyirmi? (film, 1990) Səkkiz dəqiqə yarımlıq düşüncə (film, 1999) Şir evdən getdi (film, 1977) Şopenin qayıtması (film, 1998) Ürəklə şəkil çəkən rəssamMəşhur azərbaycanlı rəssam haqqında film çəkilir: [Rejissor Ziya Şıxlinskinin görkəmli rəssam Tahir Salahova həsr etdiyi "Ürəklə şəkil çəkən rəssam" adlı filmi haqqında] //Kaspi.- 2010.- 19 may.- S. 16. Hökümə — kədərim mənim (film, 2025)
Həmçinin bax Şıxlinskilər
İstinadlar
Mənbə Xamis Muradov. Kinofabrikdən başlanan yol. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 5. "Mən filmlərimi hissiyyatla çəkmişəm" "Mövqe" qəzeti. 14–16 noyabr 2009. səh. 13.
Kateqoriya:Şıxlinskilər Kateqoriya:Azərbaycan kinorejissorları Kateqoriya:Azərbaycan ssenaristləri Kateqoriya:İkinci rejissorlar Kateqoriya:Rejissor assistentləri Kateqoriya:Bakı Dövlət Universitetinin məzunları Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüləri Kateqoriya:Rusiya kinorejissorları