Əbdülkərim Əlizadə () — Azərbaycan tarixçisi, şərqşünas, akademik, 1944–1950-ci illərdə Tarix İnstitutunun direktoru, tarix elmləri doktoru, Azərbaycan SSR EA-nın akademiki (1955), 1956-cı ildə Azərbaycan EA İctimai Elmlər Bölməsinin akademik-katibi, 1958-ci ildə isə Şərqşünaslıq İnstitutunun direktoru, SSRİ Dövlət mükafatı laureatı (1980).
Həyatı Əbdülkərim Əli oğlu Əlizadə 11 yanvar 1906-cı ildə Bakı yaxınlığındakı Bilgəh kəndində anadan olmuşdur.
Əbdülkərim Əlizadə 1930-cu ildə Leninqrad Şərq İnstitutunu bitirmişdir. 1935-ci ildə SSRİ EA Şərqşünaslıq İnstitutunda, 1936–1938 illərdə Leninqrad Şərq İnstitutunda, 1938–1939 illərdə Leninqrad Dövlət Universitetində işləmişdir.Azərbaycan Sovet Ensiklopediyası. IV cild, Bakı 1980
Əbdülkərim Əlizadə 1941–1963 illərdə SSRİ EA Azərbaycan filialının Tarix İnstitutunda baş elmi işçi, direktor, Tarix və Fəlsəfə İnstitutunun qədim və orta əsrlər yarixi şöbəsinin rəhbəri, Azərbaycan Elmlər Akademiyasının (indiki Azərbaycan Milli Elmlər Akademiyası) İctima elmlər bölməsinin akademik katibi vəzifələrində çalışmışdır. O, 1958–1963 illərdə Azərbaycan Elmlər Akademiyasının (indiki Azərbaycan Milli Elmlər Akademiyası) Şərqşünaslıq İnstitutunun ilk direktoru olmuşdur. 1963-cü ildən ömrünün sonuna kimi Azərbaycan Elmlər Akademiyasının (indiki Azərbaycan Milli Elmlər Akademiyası) Şərqşünaslıq İnstitutunun Mətnşünaslıq və məxəzləri çapahazırlama şöbəsinə rəhbərlik etmişdir.
Əbdülkərim Əlizadə 1954-cü ildə doktorluq dissertasiyası müdafiə etmiş, 1955-ci ildə Azərbaycan Elmlər Akademiyasının (indiki Azərbaycan Milli Elmlər Akademiyası) akademiki seçilmişdir.Azərbaycan Milli Elmlər Akademiyasının üzvləri haqqında məlumat kitabı.(Tərtibçı: Afaq Əsədova). II, Bakı,2005
Ona 1960-cı ildə Azərbaycanın əməkdar elm xadimi fəxri adı verilmişdir. O, SSRİ və Azərbaycan SSR Dövlət Mükafatına Laureatı adlarına layiq görülmüşdür.
O, Azərbaycan Sovet Ensiklopediyasının Baş redaksiya heyətinin üzvü idi.
Əbdülkərim Əlizadə Varşavada, Münxendə, Moskvada, Ankarada, Tehranda keçirilmiş beynəlxalq konqreslərdə məruzə ilə çıxış etmişdir.
O, "Qırmızı Əmək Bayrağı", "Şərəf nişanı" ordenləri və medallarla təltif olunmuşdur.
Əbdülkərim Əlizadə 3 dekabr 1979-cu ildə Bakıda vəfat etmişdir.
Elmi fəaliyyəti Əbdülkərim Əlizadənin əsasən Azərbaycanın və qonşu Yaxın Şərq ölkələrinin Səlcuqilər və monqollar dövrü tarixinin tədqiqatçısı idi.
Nizami Gəncəvinin "İsgəndərnamə" əsərinin "Şərəfnamə" hissəsinin elmi-tənqidi mətnlərini hazırladığı üçün 1948-ci ildə ona SSRİ Dövlət mükafatı verilmişdir. Əbdülkərim Əlizadə Nizaminin "Sirlər xəzinəsi"ni, Rəşidəddinin "Cami ət-təvarix", Məhəmməd ibn Hinduşah Naxçıvaninin "Dəstur əl-katib fi təyin əl-məratib" əsərlərinin elmi-tənqidi mətnlərini hazırlamışdır. O, A. A. Bakıxanovun"Gülüstan-i-İrəm" əsərinin elmi-tənqidi mətninin hazırlanmasında iştirak etmiş və redaktoru olmuşdur.
Əsərləri türk, ərəb, fars, ingilis, alman və başqa dillərdə çap olunmuşdur.
"XIII-XIV əsrlərdə Azərbaycanın ictimai-iqtisadi və siyasi tarixi" əsəri Akademik Ə. Ə. Əlizadənin uzun illər boyu çəkdiyi gərgin zəhmətin, apardığı dərin araşdırmaların nəticəsi kimi meydana gələn"XIII-XIV əsrlərdə Azərbaycanın ictimai-iqtisadi və siyasi tarixi" adlı monumental monoqrafiyası bir tərəfdən müəllifin yaradıcılığının ilk dövrünü yekunlaşdırdısa, digər tərəfdən Azərbaycanın XIII–XIV əsrlər tarixinin tədqiqində zəmanəsinin son sözünü demiş oldu. 7 fəsildən ibarət əsərin hər bir bölməsində Azərbaycanın həmin dövrdəki ictimai-iqtisadi və siyasi tarixinin bu və ya digər cəhətləri araşdırılır. Dövrün mənbələrini kifayət qədər şərh edən alim Azərbaycanın təbii sərvətləri və oturaq əhalisinin məşğuliyyəti haqqında ətraflı məlumat verir. Burada Azərbaycanın XII əsrin sonu-XIII əsrin əvvəllərində ictimai quruluşu və siyasi vəziyyəti araşdırılır, feodal torpaq mülkiyyəti formaları, feodal sinifləri, kəndlilər və onların vəziyyəti və s. tədqiq olunur. Daha sonra müəllif Azərbaycanın monqol yürüşləri ərəfəsindəki vəziyyəti, monqolların ilk həmlələri, Cəlaləddin Xarəzmşahın Azərbaycanı tutması, nəhayət. Monqolların bu diyarı istila etmələri və Ali monqol xaqanlığının Azərbaycanda hökmranlığını tarixi faktlarla şərh edir. Monqol istilasının və köçəri feodal əyanlarının yerli istehsal qüvvələrinə təsiri əsərdə xüsusi yer tutur. Monoqrafiyada XIII–XIV əsrlərin aqrar sistemi və feodal istismarı növləri, monqol xanlarının torpaq siyasəti, incu, divan və iqta torpaqları və bu ərazilərdə yaşayan kəndlilərin vəziyyəti, XIV əsrin əvvəllərində torpaq siyasətində baş vermiş dəyişikliklər, xüsusilə, torpaq mülkiyyətində oturaq feodallara məxsus hissənin artması və səbəbləri kimi aktual problemlər tədqiq olunur. Əsərdə təhkimli kəndlilərin vəziyyətinə, vergi və mükəlləfiyyətlərə və sinfi mübarizəyə də geniş yer verilmişdir. Dövrün siyasi tarixinə həsr olunmuş fəsildə müəllif Elxanilər dövlətinin təsisi, dövlət quruluşu, maliyyə sistemi və ölkənin siyasi həyatı barədə məlumat verir. Qızıl Orda xanları ilə Hülakilər arasında Azərbaycan ərazisi uğrunda gedən müharibələri, daha sonra Azərbaycanın Çobanilər və Cəlairilər dövründəki vəziyyətini və Şirvanın öz müstəqilliyi uğrunda mübarizəsini şərh edir. Ə. Ə. Əlizadənin monoqrafiyası mövzu dairəsi və elmi dəyəri baxımından Azərbaycan tarixşünaslığının şah əsərlərindən olmaqla yanaşı sonrakı tədqiqatların əsasında durdu və istiqamətverici mövqe tutdu.
Ə. Ə. Əlizadə yaradıcılığında "Came ət-təvarix" əsəri thumb|Əbdülkərim Əlizadə aspirant olarkən, 1931-ci il Görkəmli dövlət xadimi, vəzir, təbib, alim Fəzlullah Rəşidəddinin elmi irsinin araşdırılması akademik Ə. Ə. Əlizadə yaradıcılığında sanballı yer tutur. Müəllif alimin "Came ət-təvarix" əsərini tarixi mənbə kimi geniş istifadə etməklə yanaşı onun elmi-tənqidi mətnini hazırlamışdır. Əsərin elmi-tənqidi mətninin tam şəkildə hazırlanması ideyası görkəmli rus şərqşünas V. V. Bartold tərəfindən irəli sürülmüşdü. Ə. Ə. Əlizadə qeyd edirdi ki, Peterburq Şərq İnstitutunda oxuduğu illərdə o, mərhum akademik V. V. Bartoldun məsləhəti ilə "Came ət-təvarix"in bu şəhərin kitabxanalarındakı əlyazma nüsxələri ilə tanış olmuş və nəticədə, Rəşidəddinin əsərlərinin yazılma üslubunu mənimsəmişdir. 1930-cu illərin sonundan bu işə başlayan Ə. Ə. Əlizadə 1957-ci ildə "Came ət-təvarix"in III cildinin elmi-tənqidi mətnini çap etdirir; həmkarı A. K. Arends isə həmin cildi rus dilinə tərcümə edir. Ə. Ə. Əlizadə mətnin hazırlanmasında "Came ət-təvarix"in dünyanın müxtəlif kitabxanalarında –Daşkənd, İstanbul, Peterburq, Tehran, Paris kitabxanalarında və Birtaniya muzeyində mühafizə olunan 7 əlyazmadan istifadə edir və onların tutuşdurulması sayəsində səlis mətn tərtib edir. Alim ilk növbədə istifadə etdiyi əlyazma nüsxələrini təsvir edir, onların elmi dəyərini, mühafizə səviyyəsini, qüsurlarını açıqlayır. O, həmçinin, şəxs və coğrafi adlar, istilahlar, etnik qruplar və türk-monqol təqvimləri üzrə göstəricilər hazırlayıb elmi-tənqidi mətnə əlavə edir. 1965-ci ildə Moskvada Ə. Ə. Əlizadə və həmkarları A. A. Romanoviç və A. A. Xetaqurov tərəfindən tərtib olunmuş yeni kitab – "Came ət-təvarix"in I cildinin I hissəsi çapdan çıxır. Ə. Ə. Əlizadənin yaxından iştirakı və müqəddiməsi ilə nəşr olunan bu hissə türk-monqol qəbilələri barədə zəngin məlumata malikdir. Hələ 1952-ci ildə həmin hissənin rus dilində tərcüməsi nəşr olunmuşdu, lakin elmi-tənqidi mətnin nəşri türk-monqol qəbilələri barədə daha dəqiq və geniş məlumat əldə etməyə imkan verdi. Naşir hər hansı bir qəbilə barədə "Came ət-təvarix"in ayrı-ayrı əlyazma nüsxələrindəki qeydləri tutuşdurmaqla daha düzgün məlumatı müəyyənləşdirməyə nail olmuşdur. Əsərin bu hissəsində 60-dan artıq qəbilə barədə məlumat verilir və hər bir qəbilənin soykökü, keçmişi göstərilir. Qeyd etmək lazımdır ki, əsərin bu hissəsi monqol yürüşləri dövründə Azərbaycana gəlmiş 20-dən çox qəbilənin mənsubiyyətini müəyyənləşdirməkdə əvəzsiz mənbədir. Bu baxımdan sulduz-çobanlı, cəlairi, corat, budat, oyrat və s. qəbilələr barədəki məlumat daha maraqlıdır. Alimin vəfatından sonra onun hazırladığı digər hissənin – "Came ət-təvarix" əsərinin II hissəsinin elmi tənqidi mətni çapdan çıxdı. Ugedey Qaanın (xaqanın) hakimiyyəti dövrünü əhatə edən həmin hissənin tərtibində də əsərin 7 əlyazma nüsxəsindən istifadə olunmuşdur. F. Rəşidəddinin elmi irsi ilə yaxından tanışlıq Ə. Ə. Əlizadəyə alimin fəaliyyəti barədə dəyərli mülahizələr yürütməyə imkan vermişdir. Belə ki, müəllif bu münasibətlə nəşr etdirdiyi məqaləsində onun əsərləri, xüsusilə də, "Came ət-təvarix" əsəri, əsərin əlyazma nüsxələri, məzmunu barədə geniş məlumat verir. O, keçmiş İttifaqda Rəşidəddin elmi irsinin öyrənilməsi səviyyəsini araşdıraraq bildirir ki, bu sahədə iki isitqamətdə iş görülmüşdür. Bir tərəfdən alimin əsərlərinin elmi-tənqidi mətnləri tərtib olunmuş, digər tərəfdən həmin əsərlərdən dövrün tarixinin tədqiqində ilk mənbə kimi istifadə edilmişdir. Ə. Ə. Əlizadə Rəşidəddinin dövlət fəaliyyətinə, Qazan xanın islahatlarındakı roluna da xüsusi diqqət yetirir və alimin bu sahədəki əməyinə yüksək qiymət verirdi.
Ə. Ə. Əlizadə yaradıcılığında "Dəstur əl-katib fi təyin əl-məratib" əsəri Akademik Ə. Ə. Əlizadənin böyük xidmətlərindən biri də onun görkəmli dövlət və din xadimi, dilşünas alim, tarixçi, şair Məhəmməd ibn Hinduşah Naxçıvaninin elmi irsinin araşdırılması və alimin şah əsəri "Dəstur əl-katib fi təyin əl-məratib"in elmi-tənqidi mətninin hazırılanmasıdır. Müəllif əsərin elmə məlum olan bütün 6 yazma nüsxələrini dünyanın müxtəlif kitabxanalarından – İstanbul, Leyden. Vyana, Paris (2) kitabxanalarından və Britaniya muzeyində toplamış və onları tutuşdurmaqla dəqiq mətn tərtib edə bilmişdir. Əsər ilk dəfə olaraq, yazılmsından 600 il sonra, Moskvada 2 cilddə (3 kitabda), 1964, 1971, 1976,-cı illərdə çap olunmuşdur. Ə. Ə. Əlizadə əsərin çapı ilə əlaqədar ürək sözlərini farsca yazdığı şeir parçasında belə ifadə etmişdir:
Ötüşüb altı yüz il "Dəstur"un inşasından,
Dövrünün alimi Şəms-Münşinin imlasından,
Elədim mətnini tərtib, çap üçün amadə (hazır),
Əsəri ilk dəfə mən nəşr elədim dünyada. thumb|Akademik Əbdülkərim Əlizadə