Panteleymon Krestoviç Juze (), əsl adı Bəndəli ben Səliba Cövzi (; ) — Rusiya şərqşünas-alimi və tarixçi.
Həyatı Azərbaycanın öyrənilməsinə dəyərli töhfələrini vermişdilər. Onların içərisində milli mənsubiyyət etibarı ilə ərəb olan tarixçi, dilçi, ilahiyyatçı və mənbəşünas alim Panteleymon Juzenin (1871–1942) özünəməxsus yeri var.
Ərəb dilinin Rusiyanın şərqşünaslıq mərkəzlərində – Qazan və Peterburqda tədrisi qarşılıqlı şəkildə iki xalq arasında marağı artırmışdı. Bu da öz növbəsində dilin təbii daşıyıcılarının fəaliyyəti üçün geniş imkan yaratmışdı. Sankt-Peterburq universitetinin Şərq dilləri fakültəsində azərbaycanlı şərqşünas Mirzə Kazımbəylə birlikdə fəaliyyət göstərən ilk ərəb alimlərindən biri Əl-Əhzar məzunu, professor Şeyx Məhəmməd Ayəd Təntəvi (1806–1858) olmuşdu.
Rusiya imperiyası Yaxın Şərq siyasətini daha ardıcıl və sistemli şəkildə həyata keçirmək üçün 1882-ci ildə Fələstin Pravoslav Cəmiyyətini təsis etmişdi. Bu cəmiyyət öz qarşısına müqəddəs yerlərə gedən rus zəvvarlarına yardım, yerli əhali arasında pravoslav məzhəbinin yayılması və regionun dini-tarixi baxımdan öyrənilməsi kimi biri-biri ilə bağlı üç vəzifə qoymuşdu. Pravoslavlığın təbliği xristian ərəblər arasında dini-maarifçilik işinin aparılmasını tələb edirdi. Fələstin Cəmiyyəti bu məqsədlə ərəb gənclərinin Rusiyanın dini mərkəzlərində təhsil almalarına və xristian missionerləri kimi yetişmələrinə mühüm diqqət yetirirdi.