C vitamini (elmi adı: askorbin turşusu, və ya askorbat) orqanizm üçün əvəzolunmaz həyati əhəmiyyətli vitamin olub, suda həll olan antioksidant xüsusiyyətə malikdir. İnsan orqanizmi onu sintez edə bilmədiyindən qida vasitəsilə qəbul edilməsi vacibdir. Əsas təbii mənbələri sitrus meyvələri (limon, portağal, qreypfrut), çiyələk, kivi, yaşıl bibər, kartof, pomidor, kələm və digər meyvə-tərəvəzlərdir. Tibbi təcrübədə C vitamini sinqa xəstəliyinin profilaktika və müalicəsində, immunitetin gücləndirilməsində, soyuqdəymə və qrip zamanı istifadə olunur. Həmçinin kollagen sintezində, dəmir sorulmasında və toxumaların bərpasında mühüm rol oynayır. Farmaseptik preparatlar şəklində həb, kapsul, şərbət və inyeksiya formasında buraxılır. Böyüklər üçün gündəlik tövsiyə olunan doza 65-90 mq təşkil edir. C vitamini çatışmazlığı yorğunluq, zəiflik, diş ətlərinin qanaması və yara sağalmasının ləngiməsi kimi əlamətlərlə özünü göstərir. Artıq dozada qəbulu mədə-bağırsaq pozğunluqlarına səbəb ola bilər. Preparatın təyini həkim nəzarəti altında aparılmalıdır.
XVIII əsrin ortalarına qədər skorbut (sinqa) xəstəliyi dənizçilər arasında əsas ölüm səbəblərindən biri idi. Britaniya Donanmasında bu xəstəlikdən həyatını itirən dənizçilərin sayı döyüşlərdə həlak olanlardan daha çox olmuşdur. Bu dövrdə dənizçilər uzun səyahətlər zamanı təzə meyvə və tərəvəz əldə edə bilmədikləri üçün xəstəliyə tutulurdular.
Askorbin turşusualt=|300x300pxÜmumi xassələriMolekulyar düsturuC6H8O6SMİLESOC[CH](O)[CH]1OC(=O)C(=C1O)OFiziki xüsusiyyətləriMolyar kütləsi176,12 q/molTermiki xüsusiyyətləriƏrimə nöqtəsi190–192 °CKimyəvi xüsusiyyətləripKa (turşunun dissosiasiya sabiti)4,10Suda həllolması33 q/100 mlEtanolda həllolması2 q/100 ml
Xüsusiyyətləri Fiziki xüsusiyyətlərinə görə, askorbin turşusu turş dadı olan ağ kristal tozdur. Alkoqolda və suda asanlıqla həll olur. Askorbin turşusunun ərimə nöqtəsi 190-192 °C-dir (parçalanma ilə).
Gündəlik tələbat CinsYaşC vitaminin gündəlik norması (mq)Körpələrdə6 ayadək40Körpələrdə7–12 ay50Uşaqlarda1–3 il40Uşaqlarda4–8 yaş45Uşaqlarda9–13 yaş50Qızlarda14–18 yaş65Oğlanlarda14–18 yaş75Kişilərdə19 yaş və daha çox90Qadınlarda19 yaş və daha çox75
İstinadlar
Kateqoriya:Vitaminlər Kateqoriya:Ümumdünya Səhiyyə Təşkilatının əsas dərman vasitələri Kateqoriya:C vitamini Kateqoriya:Biomolekullar