Abses ( - irinlik) — iltihab nəticəsində məhdud boşluqda irin toplanması. Abses dərialtı toxumada, əzələlərdə, sümükdə, həmçinin, qaraciyər, ağciyər, dalaq, beyin və s.-də inkişaf edə bilər. Abses irintörədən mikrobların zədələnmiş dəri və selikli qişalardan orqanizmə keçməsi, yaxud qan və limfa damarları ilə digər iltihab ocağından gətirilməsi nəticəsində əmələ gəlir. Kəskin və xroniki Absesə ayrılır. Kəskin Absesdə ağrı, qızartı, məhəlli şişkinlik, yüksək temperatur, yuxusuzluq, başağrısı və s. əlamətlər olur. Plevra və qarın boşluğunda Absesin yırtılması ağırlaşmaya səbəb ola bilər. Xronik Abses tədricən inkişaf edir. Müalicəsi: antibiotiklər, orqanizmin müqavimətini qaldıran üsullar, nəhayət, cərrahi əməliyyat.
Növləri
A
Alveolyar abses Alveolyar abses — yuxarı və ya aşağı çənənin alveolyar çıxıntısı nahiyəsində yerləşən abses.
Amöb absesi Amöb absesi () — Entamoeba histolytica-nın hematogen və ya kontakt yolla digər orqanlardan gətirilməsi nəticəsində, əsasən, baş beyin və qaraciyərdə yaranan abses.
Apikal abses (zirvə absesi, dentoalveolyar abses) Apikal abses, zirvə absesi və ya dentoalveolyar abses () — diş kökünün iltihabı nəticəsində yaranan, alveolyar çıxıntılarla məhdudlaşan abses.
Appendikulyar abses Appendikulyar abses () — kəskin appendisitin ağırlaşması olub, soxulcanabənzər çıxıntının ətrafında irinlik.
B
Badamcıq absesi (tonzillyar abses) Badamcıq absesi və ya tonzillyar abses () — xronik tonzillit zamanı damaq badamcığının parenximasında inkişaf edən abses.
Badamcıqətrafı abses (paratonzilyar abses) Badamcıqətrafı abses və ya paratonzillyar abses () — fleqamanoz iltihabın fəsadı nəticəsində badamcıqətrafı toxumalarda əmələ gələn abses.
Bağırsaqarası abses Bağırsaqarası abses () — bağırsaq ilgəkləri, müsariqə, qarın divarı və piylik arasında yerləşən məhdudlaşmış irin.
Baş beynin absesi Baş beynin absesi () — baş beyin parenximasında yerləşən irinli-iltihabı əlamətlərlə təzahür edən proses.
Baş beynin otogen absesi Baş beynin otogen absesi () — xronik irinli otit zamanı orta qulaqdan infeksiya törədicilərinin yayılması nəticəsində inkişaf edən abses.
Bezold absesi Bezold absesi — boynun dərin absesidir. Bu zaman gicgah sümüyünün məməyəbənzər çıxıntısının zirvəsindən başlayan irinlik boyun əzələlərinə qədər davam edir. Abses alman otorinolarinqoloqu F.Bezoldun adını daşıyır.
Biloma (öd absesi)
Brodi absesi Brodi absesi — uzunborulu sümüklərin epimetafizar hissəsində fibroz kaspulla məhdudlaşmış, kiçikölçülü irinli boşluqla təzahür edən hematogen osteomielitin bir formasıdır. İngilis cərrah B.C.Brodinin adı ilə bağlıdır.
Ç
Çitelli absesi Çitelli absesi — mastoiditin ağırlaşması olaraq perisinuoz absesin deşilməsi zamanı boyunda əmələ gəlmiş dərin abses. İtalyan otorinolarinqoloq S.Çitellinin adı ilə bağlayır.
D
Dentoalveolyar abses Dentoalveolyar abses — diş kökünün iltihabı nəticəsində yaranan, alveolyar çıxıntılarla məhdudlaşan abses.
Diafraqmaaltı abses Diafraqmaaltı abses () — əsasən, sağ tərəfdə diafraqmanın altında yerləşən kəskin iltihabı xəstəliklərin ağırlaşması, zədə və ya cərrahi əməliyyatların nəticəsində əmələ gələn abses.
Diş əti absesi (subgingival abses) Diş əti absesi və ya subgingival abses () — diş ətinin mexaniki zədələnmələri və ya diş-damaq ciblərinin patoloji prosesləri zamanı absesiin diş ətində yerləşməsi.
Döyənək absesi Döyənək absesi () — döyənək zamanı dəri çatından irinli infeksiyanın daxil olması nəticəsinə inkişaf edən dərialtı və ya subepidermal abses.
Düyməşəkilli abses Düyməşəkilli abses — irinin epidermisin altına yığılaraq epidermisi yuxarı qaldıraraq səthi dolamanı xatırlatması, nazik irin yolu ilə aşağı qatlarda olan irinlə əlaqələnən dolama.
Dyubua absesi Dyubua absesi — anadangəlmə sifilis zamanı çəngələbənzər vəzinin daxii yastı epitel, limfosit, neytrofil, qranulosit, epitelial hüceyrələr və spiroxetlərdən ibarət olan sistaşəkilli absesi. Abses fransız ginekoloq P.Dyubuanın adı ilə bağlıdır.
Dyupyuitren absesi Dyuyuitren absesi — uşaqlığın enli bağının və qasıq bağının da cəlb olunduğu kiçik çanaq toxumalarının iltihabı. Fransız cərrahı G.Dyupyuitrenin adı ilə bağlıdır.
E
Epidural abses Epidural abses () — onurğa beyninin epidural qişasında ocaqlı, irinli proses.
Epidural spinal abses Epidural spinal abses () — irinli spinal epidurit zamanı onuğa kanalının epidural toxumalar sahəsində meydana çıxan abses.
H
Hemorragik abses
Hidradenit (tuberoz abses)
İ
İnkapsuləolunmuş abses
İntramammar abses
İşiorektal abses
K
Kəskin abses (isti abses)
Kəskin paraproktit (anorektal abses)
Kəskin udlaqarxası abses
Kiçik çanağın absesi
Q
Qabırğaaltı abses
Qanqrenoz abses (çürüntülü abses)
Qaraciyər absesi
Qaraciyərdaxili abses
Qaraciyərin amöb absesi
Qaraciyərin askaridoz absesi
Qaraciyərin bakterial absesi
Qaraciyəri perixolesistik absesi
Qaraciyərin pileflebitik absesi
Qazlı abses və ya qazlı-qanqrenoz abses
Qulaqarxası abses
Qummoz abses
M
Metastatik abses
O
Otogen ekstradural abses
P
Paradental abses
Parafarengeal abses və ya udlaqətrafı abses
Parauretral abses
Pelviorektal abses
Perisinuoz abses
Peritonzillyar abses
Piemik metastatik abses
Putrid abses və ya qanqrenoz abses
R
Retromammar abses və ya submammar abses
S
Subdiafraqmal abses
Subdural abses
Subperiostal abses
Sümük absesi
Sümüküstlüyüaltı abses
U
Ulduzşəkilli abses
Udlaqarxası abses (retrofarengeal abses)
Xronik udlaqarxası abses
Z
Ziqomatisit (almacıq absesi) Ziqomatisit və ya almacıq absesi () — adətən, orta qulağın kəskin iltihabının fəsadı kimi meydana çıxan, gicgah sümüyünün almacıq çıxıntısının irinli iltihabı.
Yalançı ziqomatisit Yalançı ziqomatisit — irinləmiş periaurikulyar limfatik düyünlərdən və ya epidural abses boşluğundan almacıq sümüyü sahəsinə irinin toplanması.
Həmçinin bax Peridural anesteziya Spinal anesteziya Regional anesteziya İşemik insult
İstinadlar
Kateqoriya:Xəstəliklər və pozuntular Kateqoriya:İltihablar Kateqoriya:Cərrahi xəstəliklər Kateqoriya:Ümumi cərrahiyyə