Balıqlı və ya Zorakert — Ermənistanın Amasiya rayonunda kənd.

Tarixi Balıqlı — Qars vilayətinin Qars qəzasında, indi Amasiya rayonunda kənd. Rayon mərkəzindən 20–21 km şimal-şərqdə, Arpa gölünün şimal-şərq sahilində, Arpa çayının qərb sahilində, təpəlikdə yerləşir. Relyefi cənub və şimal hissədə düzənlik, qərb və şimal-qərb hissədə dərə-təpəlikdir. Kənd XVIII əsrin sonu, XIX əsrin əvvəllərində salınmışdır. Qafqazın 5 verstlik xəritəsindəПагирев Д.Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края, Тифлис, Типография К.П. Казловского, 1913, s.30 qeyd edilmişdir.

Toponimi Toponim qədim türk dilində "sığınacaq, şəhər, qala" mə'nası bildirən balıq sözünəKaşğari M. Divani — lügat — it türk, I–III cilt, Ankara, 1992.s.379Древнетюркский словарь, Л., "Наука", 1969, s.80 -lı sözdüzəldici şəkilçisinin artırılması yolu ilə əmələ gəlmişdir. Quruluşca düzəltmə toponimdir. Ermənistan prezidentinin 19. IV.1991-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Zorakert qoyulmuşdur. XIII əsrə aid mənbədə BalakМухаммед Насави. Жизнеописание султана Джалал ар-Дина Манкбурни. Перевод с арабского, предисловие, комментарии, примечания и указатели З. М.Буниятова. Баку, 1973., 1728-ci ilə aid arxiv sənədində İrəvan əyalətinin Dərələyəz nahiyəsində Balaklı kimi qeyd olunmuşdurДжалиле Джалил. Курды Османской империи. М., 1968.Əliyarov S. "Kitabi-Dədəm Qorqud": Əlyazmaları üzərində çalışmalar. "Azərbaycan filologiyası məsələləri". III. Bakı, "Elm", 1991.. Ehtimal ki, gətirilmə addır. XIX əsrdə Qars əyalətinin Qars dairəsində və Kaqızman dairəsində Balıqlı adlı üç kənd vardıПагирев Д.Д. Алфавитный указатель к пятиверстной карте Кавказа. Тифлис, 1913.. Balıqlı kənd adları qədim türk mənşəli Balkalı tayfasının (noqaylarda, özbəklərdə, qazaxlarda və qaraqalpaqlarda bu tayfa barədə bax: "Ономастика Кирйизяии, I Фриунзе, 1985 с.93) adındandır.

Əhalisi Kənddə 1886-cı ildə 205, 1897-ci ildə 326, 1908-ci ildə 372 nəfər, 1914-cü ildə 474 nəfər azərbaycanlı yaşamışdırQorqodyan Z. 1831–1931-ci illərdə Sovet Ermənistanının əhalisi, İrəvan, "Melkonyan fond", 1932, s.18–19, 102–103. 1918-ci ildə azərbaycanlılar ermənilər tərəfindən qovulmuş və bir hissəsi qətlə yetirilmişdir. Kəndin əhalisi Türkiyəyə pənah aparmışdır. 1920-ci ilin noyabrın 29-da indiki Ermənistanda sovet hakimiyyəti qurulmuş və sabitlik yaranmışdır. Kəndin sakinləri ata-baba torpaqlarına qayıtmışdır. Burada 1922-ci ildə 107, 1926-cı ildə 178, 1931-ci ildə 205Qorqodyan Z. 1831–1931-ci illərdə Sovet Ermənistanının əhalisi, İrəvan, "Melkonyan fond", 1932, s.19, 103, 1964-cü ildə 300, 1970-ci ildə 440, 1979-cu ildə 472Hakopyan T. X., MəlikBaxşyan St. T., Barseğyan O. X. Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti, I c., AD, İrəvan, "İrəvan Universiteti", 1986, s.556, 1987-ci ildə 432 nəfər azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabr-dekabr aylarında kənd sakinləri Ermənistan dövləti tərəfindən tarixi-etnik torpaqlarından qovulmuşdur. 1988-ci ildə əhalisi Azərbaycana köçürülmüşdür. Onlar Azərbaycana pənah gətirmişlər. İndi burada ermənilər yaşayır.

İstinadlar

Kateqoriya:Ağbaba kəndləri Kateqoriya:Şirak mərzinin yaşayış məntəqələri