Almaniya Federativ Respublikasının əhalisi — 81 802 000 nəfərdir (2009). Almaniya əhali sayına görə Avropa Birliyində ilk yerdədir. Almaniya birləşəndən sonra ilk dəfə 9 may 2011-ci ildə əhalinin ümumi siyahıya alınması keçirimişdir.

Əhalinin Almaniya ərazisində yayılması Almaniya Avropada əhalinin ən sıx yaşayan ölkələrindən biridir. Burada hər kvadrat kilometrə 229 nəfər düşür (2009), amma AFR-in xarakterik xüsusiyyəti əhalinin yayılmasının ölkə üzrə bərabər paylanılmamasıdır.. TorpaqSahəƏhaliƏhali sıxlığıBaden-Vyurtemberq35 75210 717 000300Bavariya70 54912 444 000176Berlin8923 388 0003 798Brandenburq29 4782 568 00087Bremen404663 0001641Hamburq7551 735 0002298Hessen21 1156 089 000288Meklenburq-Ön Pomeraniya23 1791 720 00074Aşağı Saksoniya47 6208 001 000168Şimali Reyn-Vestfaliya34 08418 075 000530Reynland-Pfalts19 8534 061 000205Saar25691 056 000411Saksoniya18 4154 296 000233Saksoniya-Anhalt20 4462 494 000122Şlezviq-Holşteyn15 7632 829 000179Türingiya16 1722 355 000146Almaniya357 04681 802 000229

31 % əhali 100 000-dən çox sakini olan şəhərlərdə, 62 % əhali 2 000-dən 100 000-nə qədər sakini olan yaşayış məntəqələrində və şəhərlərdə, 7 % əhali 2000-dən az sakini olan yaşayış məntəqələrində yaşayır.

Mühacirlər Almaniyada 6,75 milyondan çox xarici ölkə vətəndaşı yaşayır.

Onlardan: 1,749 mln. — türklər (bütün əcnəbi vətəndaşların 1/3-i və ümumi ölkə əhalisinin təxminən 2,4 %-i); 930 min. — keçmiş Yuqoslaviya respublikaları fətəndaşları; 187,5 min. — Rusiya vətəndaşları; 129 min. — Ukrayna vətəndaşları.

Milli tərkibinə görə ən böyük əcnəbi qrupu — türklərdir — ümumi əhalinin 2,4 %-i, keçmiş Yuqoslaviya respublikaları vətəndaşları — 0,9 %, italyanlar — 0,7 %, yunanlar — 0,4 %, polyaklar — 0,3 %, xorvatlar — 0,2 %, bosniyalılar — 0,25 % və Avstriya vətəndaşları — 0,2 %.

İstinadlar

Xarici keçidlər bund.de Almaniya Daxili İşlər Federal Nazirliyi Almaniya Federal Statistika İdarəsi www.deutschland.de Almaniyanın rus dilində rəsmi portalı Deutsche Welle Almaniya 2008

Həmçinin bax Almaniya azərbaycanlıları