Elhad Nəziri () — keçmiş Azərbaycan futbolçusu və "Gəncəbasar" klubunun məşqçisi. O, Azərbaycan milli futbol komandasının müdafiəçisi olmuşdur.

Karyera Elhad Nəziri 29 dekabr 1992-ci ildə Bakıda anadan olub. Gənc yaşlarında futbolla məşğul olub, Neftçi və Qarabağ klublarında oynayıb. 2011–2012-ci il mövsümündə Lokomotiv-Biləcəri klubunun heyətində Azərbaycan Birinci Liqasında çıxış edib. 2012-ci ilin yayında Moldova çempionatına keçən Elhad Nəziri Milsami klubu ilə 2 illik (1+1) müqavilə imzalayıb.

Milsamidə 6 oyun keçirən Elhad Nəziri 2013-cü ilin fevral ayında Ruminiyanın "Petrolul" klubuna transfer olub və bu klub ilə 3,5 illik müqavilə bağlayıb. Rumıniya Kubokunu və çempionatın bürünc medalını qazanıb.

2013-cü ilin avqustunda Nəziri "Petrolul" klubundan "Rəvan" klubuna keçib. Avqustun sonunda müqaviləsi ləğv edildi və o, Azərbaycan Premyer Liqası komandası "İnter" ilə birillik müqavilə imzaladı. Nəzərə 17 noyabr 2014-cü ildə "Araz-Naxçıvan" klubu Azərbaycan Premyer Liqasından ayrıldıqdan sonra azad agent statusu almışdır. Nəziri 26 fevral 2016-cı ildə "Metalul Reşita" ilə müqavilə imzalayıb.

Milli komanda 2012-ci ilin oktyabr ayında Elhad Nəziri Berti Foqts tərəfindən milliyə dəvət olundu. Şimali İrlandiya milli komandası ilə keçirilən oyunda Elhad millinin heyətində debüt etdi.

Məşqçilik karyerası 4 iyul 2024-cü ildə "Cəbrayıl" klubunun baş məşqçi təyin edilmişdir. 22 yanvar 2025-ci ildə istefa verib. 17 mart 2025-ci ildə "Səbail"in yeni baş məşqçisi Elvin Məmmədovun köməkçisi, "Səbail"in U-19 komandasında birgə çalışdığı Vüqar Bəybalayevə korpusunda yer alıb. 2026-cı ilin əvvəlində bu vəzifədən ayrılıb. 14 mart 2026-cı ildə "Zəngilan"ın çalışdırıcısı olmuşdur. 21 avqust 2026-cı ildə "Gəncəbasar" klubunun baş məşqçisi təyin olunmuşdur.

İstinadlar

Xarici keçidlər Elhad Nəziri statistika Sportal.az-a intervyu Azərbaycan millisinin heyəti — AFFA

Kateqoriya:Legioner Azərbaycan futbolçuları Kateqoriya:Azərbaycan milli futbol komandasının oyunçuları Kateqoriya:Rumıniya Liqa 1 futbolçuları Kateqoriya:Araz-Naxçıvan PFK futbolçuları Kateqoriya:Rəvan Bakı FK futbolçuları Kateqoriya:Bakılı futbolçular Kateqoriya:Azərbaycanın kişi futbolçuları Kateqoriya:Petrolul FK futbolçuları Kateqoriya:Azərbaycanlı legioner kişi futbolçular Kateqoriya:Şamaxı FK futbolçuları