Bülbülü öldürmək () — 1962-ci ildə çəkilən ABŞ filmi.

Məzmunu Hüquqşünas Attikus Finç (Qreqori Pek) 2 uşağı ilə birlikdə 1930-cu illərin Alabama ştatında yaşayır. O dövrdə digər yerlərdə olduğu kimi burada da irqçilik hökm sürür. O, bir qadını zorlamaqda günahlandırılan, lakin heç bir günahı olmayan qaradərili bir kişini məhkəmədə müdafiə etməyi öz üzərinə götürür. Şəhərlilərin əksəriyyəti onu bu işdən əl çəkməyə çağırsa da, o, işi sona çatdırmaq niyyətindədir. O, öz istəyinə nail olacaqmı? O, şəhərdəki irqi ayrı-seçkiliyi aradan qaldıracaqmı?

Film haqqında 1962-ci ildə Harper Linin eyniadlı əsəri əsasında Robert Mulligan tərəfindən çəkilmiş film. Baş rollarda Qreqori Pek, Meri Bedhem və b. çəkilmişdir. 8 Oskar nominasiyasından 3-nü qazanan film əfsanəvi aktyor Qreqori Pekə “Ən Yaxşı Aktyor” kimi ilk və yeganə Oskarını qazandırdı. Amerika Film İnstitutunun (AFİ)“Bütün Dövrlərin 100 Ən Yaxşı Filmi” siyahısında bu film 21-ci pillədədir. AFİ-nin tərtib etdiyi “100 Ən Yaxşı Kino Qəhrəman” siyahısında Qreqori Pekin canlandırdığı Attikus Finç 1-ci pillədə qərarlaşıb. Qeyd edək ki, bu siyahıda 2-ci pillədə Harrison Fordun yaratdığı İndiana Cons, 3-cü pillədə isə Şon Konnerinin yaratdığı Ceyms Bond obrazıdır.

Rollarda Aktyor/AktrisaRoluQreqori Pek Atticus FinchCon Megna Charles Baker 'Dill' HarrisFrank Overton Şerif Heck TateRozmari Merfi Maudie AtkinsonRuth Vite Mrs. DuboseBrock Peters Tom RobinsonEstelle Evans CalpurniaRobert Düvall Arthur 'Boo' RadleyMeri Bedem Scout (Finch)Fillip Olford Jem (Finch)

Həmçinin bax Bülbülü öldürmək

Xarici keçidlər

Вручение Оскара Грегори Пеку на сайте youtube.com

Kateqoriya:ABŞ filmləri Kateqoriya:1962-ci ilin filmləri Kateqoriya:Robert Malliqanın filmləri Kateqoriya:Ədəbi əsərlərin ekranlaşdırılması Kateqoriya:Universal Pictures Kateqoriya:Alabama haqqında filmlər Kateqoriya:ABŞ-nin məhkəmə zalı haqqında olan filmləri Kateqoriya:ABŞ-nin cinayət dram filmləri Kateqoriya:ABŞ-nin detektiv filmləri Kateqoriya:ABŞ-nin ağ-qara filmləri Kateqoriya:Universal Pictures filmləri Kateqoriya:Ata-oğul münasibətlərindən bəhs edən filmlər Kateqoriya:ABŞ-də irqçilik haqqında filmlər Kateqoriya:İngilis dilində cinayət dram filmləri Kateqoriya:İrq və etnik mənşə haqqında filmlər Kateqoriya:ABŞ Milli Film Reyestrinin qeydiyyatına alınmış filmlər Kateqoriya:Ata-qız münasibətlərindən bəhs edən filmlər Kateqoriya:ABŞ romanlarına əsaslanan filmlər Kateqoriya:Dramlar Kateqoriya:Qərəz haqqında filmlər Kateqoriya:Qardaş-bacılar haqqında filmlər