Rəqsi hərəkət — hər hansı trayektoriya üzrə müəyyən zaman müddətindən sonra təkrarlanan hərəkətdir. Rəqsi hərəkət, əsasən, iki növdə olur: məcburi rəqslər və sərbəst rəqslər. İcbari rəqs – periodik dəyişən xarici qüvvələrin təsiri nəticəsində baş verən rəqslərdir. Sərbəst rəqslər-tarazlıq halından çıxarılmış sistemdə daxili qüvvələrin təsiri nəticəsində baş verən rəqslərdir.
Mexaniki rəqsi hərəkət — cismin və ya cisimlər sisteminin tarazlıq vəziyyəti ətrafında əks istiqamətlərdə tamamilə və ya qismən təkrarlanan hərəkətidir. Başqa sözlə desək: Mexaniki rəqsi hərəkət — cismin və ya cisimlər sisteminin tarazlıq vəziyyəti ətrafında gah bu, gah da digər istiqamətdə yerdəyişməsidir. Periodik hərəkət — bərabər zaman fasilələrindən sonra təkrarlanan hərəkətdir və iki növü var: fırlanma hərəkəti və rəqsi hərəkət. Rəqs sistemi — rəqsi hərəkət icra edən cisim və ya cisimlər sistemidir. Sərbəst rəqslər — tarazlıq vəziyyətindən çıxarıldıqdan sonra sistemdə yaranan rəqslərdir. Məxsusi rəqs tezliyi — sistemi xarakterizə edən kəmiyyətlərlərdən asılı olan sərbəst rəqslərin tezliyinə deyilir. Rəqs tezliyi — 1 san-dəki rəqslərin sayıdır, ilə işarə olunur, ölçü vahidi 1/san=1Hs (hers).
Rəqs periodu — bir tam rəqsə sərf olunan zamandır, T ilə işarə olunur və ölçü vahidi 1san-dir.
Rəqs amplitudu A(Xm) — rəqs edən cismin tarazlıq vəziyyətindən uzaqlaşdığı ən böyük məsafədir, A ilə (və ya xm) işarə olunur və BS-də ölçü vahidi 1m (metr)-dir. Yaylı rəqqas — yaydan asılmış yükdür. Riyazi rəqqas — uzanmayan çəkisiz sapdan asılmış maddi nöqtədir. Məcburi rəqs — sistemin itirdiyi enerjinin periodik dəyişən xarici qüvvələr hesabına bərpa olunması nəticəsində yaranan rəqslərdir.
Mənbə M. Murquzov, S. Abdullayev, X sinif Fizika, BAKINƏŞR 2005
Kateqoriya:Yırğalanma