Şaitdin Sərdar oğlu Əliyev () — Azərbaycan dövlət və siyasi xadimi; Azərbaycan Respublikasının Milli Məclisinin I və II çağırışlarının deputatı.

Həyatı Şaitdin Əliyev 1947-ci il sentyabrın 18-də anadan olub. Azərbaycan Politexnik İnstitutunda hidromeliorasiya üzrə ali, S. Kirov adına Azərbaycan Dövlət Universitetində isə hüquq üzrə ali təhsil alıb. Rus dilini bilir.

Şaitdin Əliyev ailəlidir, beş övladı var.

Fəaliyyəti 1995-ci il noyabrın 26-da baş tutan təkrar parlament seçkilərində 18 nömrəli Əzizbəyov dairəsindən bitərəf namizəd olan Şaitdin Əliyev, I çağırış Milli Məclisin deputatı seçildi. 1995-ci il noyabrın 26-dan səlahiyyətlərinin icrasına başlayan Şaitdin Əliyev, Milli Məclisin Sosial siyasət Daimi Komissiyasının sədr müavini, Azərbaycan—Küveyt parlamentlərarası əlaqələr üzrə işçi qrupunun isi rəhbəri oldu.

Daha sonra, 2000-ci il noyabrın 5-də baş tutan parlament seçkilərində 18 saylı Əzizbəyov dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi olan Şaitdin Əliyev, II çağırış Milli Məclisin deputatı seçildi. 2000-ci il noyabrın 12-dən səlahiyyətlərinin icrasına başlayan Şaitdin Əliyev, Milli Məclisin Regional məsələləri Daimi Komissiyasının sədr müavini, Azərbaycan—Albaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, Azərbaycan—Rumıniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun isə rəhbəri oldu.

Şaitdin Əliyev Mərkəzi Seçki Komissiyasının 2010-cu il iyunun 8-dən üzvü, iyunun 10-dan isə sədr müavinidir. Komissiya üzvü seçildiyi gündən bitərəfdir.

Şaitdin Əliyev Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2007-ci ildə "Şöhrət" ordeni, 2017-ci ildə isə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.

İstinadlar

Kateqoriya:Azərbaycan Milli Məclisinin I çağırış deputatları Kateqoriya:Azərbaycan Milli Məclisinin II çağırış deputatları Kateqoriya:Azərbaycan Mərkəzi Seçki Komissiyasının üzvləri Kateqoriya:Azərbaycan Mərkəzi Seçki Komissiyasının sədr müavinləri Kateqoriya:Azərbaycan siyasətçiləri Kateqoriya:Azərbaycan ləzgiləri Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyasının üzvləri Kateqoriya:Azərbaycan Respublikası Ali Sovetinin XII çağırış deputatları