Gülnarə Şıxəli qızı Qurbanova () — azərbaycanlı dövlət və siyasi xadim; Azərbaycan Respublikasının Milli Məclisinin I çağırış deputatı.
Həyatı Gülnarə Qurbanova 1953-cü il martın 10-da Şıxəli və Xavər Qurbanovların ailəsində anadan olub. Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında fortepiano şöbəsində təhsil alıb. Fəlsəfə elmləri doktorudur. İngilis və rus dillərini bilir.
Fəaliyyəti 1995-ci il noyabrın 12-də baş tutan parlament seçkilərində 8 nömrəli Yasamal III dairəsindən bitərəf namizəd olan Gülnarə Qurbanova I çağırış Milli Məclisin deputatı seçilib. 1995-ci il noyabrın 24-dən səlahiyyətlərinin icrasına başlayan Gülnarə Qurbanova Milli Məclisin İnsan hüquqları Daimi Komissiyasının və Azərbaycan—Malayziya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü olub.
1998-ci ildə Azərbaycan Milli İstiqlal Partiyasına üzv olmuşdur.
İstinadlar
Kateqoriya:Azərbaycan Milli Məclisinin I çağırış deputatları Kateqoriya:Azərbaycanın qadın siyasətçiləri Kateqoriya:Azərbaycan Respublikası Ali Sovetinin XII çağırış deputatları Kateqoriya:Oktyabr Rayon Xalq Deputatları Sovetinin deputatları