Tərlan Musayeva (Musayeva Tərlan Həsən qızı; ) — Azərbaycan Respublikası Milli Məclisinin I çağırışBirinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatları haqqında seçildikləri tarixə olan qısa MƏLUMATLAR. meclis.gov.az deputatı, Prezident təqaüdçüsü, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin üzvü.

Həyat və fəaliyyəti 22 yanvar 1955-ci ildə Azərbaycan Respublikasının Bərdə rayonu Kələntərli kəndində kolxozçu ailəsində anadan olmuşdur. Tərlan Musayeva 1972-ci ildə Mirbəşir (indiki Tərtər) şəhəri 1 saylı orta məktəbini bitirmiş, həmin ildə Bərdə rayonunun 105 saylı kənd texniki peşə məktəbinə daxil olmuşdur. 1973-cü ildə peşə məktəbini sürücü mexanik ixtisası üzrə bitirərək, Bərdə rayonu "Kommunizm" kolxozunda mexanizator kimi əmək fəaliyyətinə başlamışdır. Əmək fəaliyyətində fərqləndiyinə görə dövlət tərəfindən "Qırmızı əmək bayrağı" ordeni, Xalqlar dostluğu ordenləri ilə təltif edilmiş, həmçinin Azərbaycan SSRİ və SSRİ Lenin komsomolu mükafatlarına layiq görülmüşdür. Eyni zamanda, Xalq nailiyyətləri sərgisinin qızıl, gümüş və bürünc medallarını almışdır. Habelə, Paşa Angelina, Tursnoy Axundova və Sevil Qazıyeva adına mükafatlara və bir neçə fəxri fərmanlara layiq görülmüşdür.

1980-ci ildə kinorejissor Yalçın Əfəndiyev tərəfindən Tərlan Musayeva haqqında sənədli film çəkilmişdir. Tərlan Musayeva 23 yaşında SSRİ Ali Sovetinin (X–XI çağırış) ən gənc deputatı olmuşdur. 1995-ci ildə 56 saylı Bərdə rayon seçki dairəsindən majoritar qaydada Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir. Onun aqrar – islahat komissiyasının üzvi kimi verdiyi təkliflər, eləcə də açıqladığı fikirlər deputatlar tərəfindən yüksək qiymətləndirilmişdir. Milli Məclisdə 30-a yaxın qanunların hazırlanıb müzakirəyə çıxarılmasında böyük əməyi və zəhməti olmuşdur.. Tərlan Musayeva 1981–1991-ci illər ərzində kolxoz idarə heyətinin sədr müavini kimi fəaliyyət göstərmişdir.

1991–1992-ci illərdə Səməd ağa Ağamalıoğlu adına kolxoz idarə heyətinin sədri və Bərdə rayon Xalq deputatları Sovetinin sədri vəzifələrində işləmişdir. O, çalışdığı müddətdə təhsilini qiyabi davam etdirmiş, Ağdam kənd təsərrüfatı texnikumunu, Gəncə Kənd Təsərrüfatı Akademiyasını və Azərbaycan prezidenti yanında Dövlətçilik Akademiyasını fərqlənmə diplomu ilə bitirmişdir. Tərlan Musayeva hal-hazırda prezident təqaüdcüsüdür.

1993-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. 2002–2003-cü illərdə Dövlət Əmək Müfəttişliyi Xidmətində çalışmış, hazırda isə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin üzvüdür.

Ailəsi Ailəlidir. 3 övladı, 2 nəvəsi var.

Haqqında 2025-ci ildə 70 illik yubileyi münasibətilə yazıçı Vaqif Osmanlının yazdığı "Ulu öndərin "canlı əsəri" Tərlan" adlı kitabın təqdimatı olunmuşdur.

Mənbələr 1980-ci ildə Yalçın Əfəndiyev tərəfindən "Azərbaycanfilm" Kinostudiyası istehsalı Tərlan Musayeva adlı qısametrajlı sənədli film həsr olunmuşdur. İsmayılov, Z. "Qarabağın tərlanı" [Mətn]: [Oçerk] /Z. İsmayılov. — Bakı: Yazıçı, 1980.- 58 s. (Oçerkdə Bərdə rayonundakı "Kommunizm" kolxozunun adlı-sanlı pambıqçısı, Sosialist Əməyi Qəhrəmanı Tərlan Musayevanın mənalı həyatı və ictimai fəaliyyətindən söhbət açılır). Xəlilzadə, F. "Zirvə fəth olunur, tərk edilmir" [Mətn]: [Bərdəli, Prezident təqaüdçüsü, Sosialist Əməyi Qəhrəmanı Tərlan Musayeva haqqında] /F. Xəlilzadə//Azərbaycan. — 2005.- 4 fevral .- S.4. Quliyev, L. "Tərlan" [Mətn]: [Sosialist Əməyi Qəhrəmanı Tərlan Musayeva haqqında] /L. Quliyev //Kommunizm yolu.- 1981.- 3 sentyabr.- S.3.

İstinadlar

Xarici keçidlər

AZƏRBAYCAN KƏNDİNİN QABAQCIL NÜMAYƏNDƏLƏRİ HEYDƏR ƏLİYEVİN MƏZARINI ZİYARƏT ETMİŞLƏR Youtube

Kateqoriya:Azərbaycan Milli Məclisinin I çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin X çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin deputatları Kateqoriya:XX əsr pambıqçıları Kateqoriya:Azərbaycanın qadın siyasətçiləri Kateqoriya:SSRİ Ali Sovetinin XI çağırış deputatları Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüləri Kateqoriya:Azərbaycan pambıqçıları Kateqoriya:Kolxoz sədrləri Kateqoriya:SSRİ aqronomları Kateqoriya:Kombaynçılar Kateqoriya:Azərbaycan LKGİ Mərkəzi Komitəsinin üzvləri