Oqtay Sabir oğlu Əsədov () — Azərbaycan ictimai-siyasi xadimi, Azərbaycan Respublikasının Milli Məclisinin IV, V və VI çağırış sədri (2005–2020).

Həyatı Oqtay Əsədov 1955-ci il yanvarın 3-də Ermənistan Respublikası Qafan rayonunun Şəhərcik kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun maşınqayırma texnologiyası fakültəsini bitirmişdir.

1976-cı ildən Bakı Məişət Kondisionerləri zavodunda usta köməkçisi, usta işləmişdir. 1979-cu ildən Azərbaycan Baş Quraşdırma və Xüsusi İnşaat İşləri İdarəsinin böyük mühəndisi, 1981-ci ildən Azərbaycan Baş Quraşdırma və Xüsusi Tikinti İşləri Nazirliyinin "Azərsantexquraşdırma" Trestinin böyük texnoloqu, idarə rəisi, birlik rəisi olmuşdur. 1996–2004-cü illərdə Abşeron Regional Səhmdar Su Cəmiyyətinin, 2004–2005-ci illərdə "Azərsu" Səhmdar Cəmiyyətinin prezidenti vəzifələrində çalışmışdır.

İkinci, üçüncü, dördüncü və beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. 2 dekabr 2005-ci ildən 10 mart 2020-ci ilədək Azərbaycan Respublikası Milli Məclisinin sədri vəzifəsində çalışmışdır. MDB-nin Parlamentlərarası Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü olmuşdur.

Yeni Azərbaycan Partiyasının üzvüdür. Rus və ingilis dillərini bilir. Evlidir, 2 övladı var.

Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev ilə qudadır.

Təltifləri "Şərəf" ordeni — 29 dekabr 2014 "Dostluq" ordeni (Rusiya) — 5 mart 2015 "Kurmet" ordeni (Qazaxıstan) — 2018 "Birlik" ordeni (MDB) — 10 fevral 2006

İstinadlar

Kateqoriya:Azərbaycan Respublikasının Milli Məclisinin sədrləri Kateqoriya:Azərbaycan Milli Məclisinin II çağırış deputatları Kateqoriya:Azərbaycan Milli Məclisinin III çağırış deputatları Kateqoriya:Azərbaycan Milli Məclisinin IV çağırış deputatları Kateqoriya:Azərbaycan Milli Məclisinin V çağırış deputatları Kateqoriya:Azərbaycan Milli Məclisinin VI çağırış deputatları Kateqoriya:Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvləri Kateqoriya:İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti Kateqoriya:Ermənistan azərbaycanlıları Kateqoriya:Azərbaycan mühəndisləri