Candar, Candari — Gürcüstan Respublikasının Kvemo Kartli mahalının Qardabani bələdiyyəsi ərazisində azərbaycanlıların yaşadığı kənd.

Marneulidən 3 kilometr şimalda, dəniz səviyyəsindən 460 metr yüksəklikdə yerləşir. Candar kəndi Marneuli aqlomerasiyasına daxildir. Əhalisi 3118 nəfərdir (2002); əsasən əkinçiliklə məşğuldur. Kənddə Azərbaycan dilində məktəb 1922-ci ildən fəaliyyət göstərir.

Tanınmış şəxsləri Mənbə Azərbaycan Milli Ensiklopediyası. V cild. Bakı, 2014. səh.185. İstinadlar

Kateqoriya:Qarayazı bələdiyyəsinin yaşayış məntəqələri