Mayis Əlişir oğlu Ağabəyov () — Azərbaycan kino rəssamı, inzibatçı, rəssam assistenti, geyim rəssamı və dekor rəssamı, Azərbaycan Respublikasının xalq rəssamı (2000).

Həyatı Mayis Əlişir oğlu Ağabəyov 1 may 1941-ci ildə Bakıda anadan olub. 1961-ci ildə Azərbaycan Dövlət rəssamlıq məktəbini bitirmişdir. 1969-cu ildə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rəssamlıq fakültəsini bitirərək, "Azərbaycanfilm" kinostudiyasında quruluşçu rəssam kimi fəaliyyətə başlamışdır. 1965-ci ildən bir sıra Beynəlxalq və Respublika sərgilərində kino və rəngkarlıq əsərləri ilə iştirak etmişdir. 1996-cı ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyət göstərmişdir. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında "Akademik rəngkarlıq" kafedrasının professoru olmuşdur.

Mayis Ağabəyov 2020-ci il iyun ayının 17-də 79 yaşında vəfat etmişdir.

Mükafatları "Azərbaycan Respublikasının əməkdar rəssamı" fəxri adı — 4 mart 1992 və 3 fevral 1993 "Azərbaycan Respublikasının xalq rəssamı" fəxri adı — 18 dekabr 2000 Təsviri sənət nominasiyasında "Humay" milli mükafatı — 26 aprel 2012

Filmoqrafiya

Ailəsi Mayis Əlişir oğlu Ağabəyovun qardaşı Kazım Ağabəyov memar və pedaqoq olmuş, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Memarlıq kafedrasının yaradılmasında iştirak etmişdir.

İstinadlar

Kateqoriya:Azərbaycan rəssamları Kateqoriya:Azərbaycan Respublikasının xalq rəssamları Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:Azərbaycan Milli Kino Mükafatı laureatları Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüləri Kateqoriya:Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun məzunları Kateqoriya:SSRİ rəssamları Kateqoriya:XXI əsr Azərbaycan rəssamları Kateqoriya:XX əsr Azərbaycan rəssamları Kateqoriya:SSRİ film rəssamları Kateqoriya:SSRİ şəxsləri