Atçılar — Qars ilinin Arpaçay ilçəsinin Mərkəz bucağında kənd.
Tarixi Tiflis quberniyasının Axalkalaki qəzasında Troitskoye kəndi 1841-ci ildə salınmışdı. 1882-ci ildə Rusiya imperiyasının Qars vilayətinin Zərişad şöbəsində, Qars çayı sahilində Tiflis quberniyasının Axalkalaki qəzasının Troitskoye kəndindən köçürülmüş duxoborlar tərəfindən Novo-Troitskoye () kəndi salındı. 1918-ci ildə Qars vilayətinin Osmanlı imperiyasının nəzarətinə qaytarılması ilə 1918–1921-ci illərdə duxoborlar bu kənddə yaşamaqdan imtina edərək hazırkı Rusiya FR-nın Rostov vilayətinin Azov rayonuna köçərək orada Novotroitskoye kəndini saldılar. 1921-ci ildə boş qalmış kənd ərazisinə türklər köçürüldü, kəndin adı isə dəyişdirilərək Atcılar () adlandırıldı.
Coğrafiyası Kənd Qars ilinin inzibati mərkəzi Qars şəhərindən 66 km, Arpaçay ilçəsinin inzibati mərkəzi Arpaçay qəsəbəsindən 24 km uzaqlıqda yerləşir.
Əhalisi 31 dekabr 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 269 nəfər daimi əhali yaşayır. Kənd əhalisi əsasən kürdlərdən və azərbaycanlılardan ibarətdir.
Milli tərkibi 1886-cı ilə olan məlumata əsasən Rusiya İmperiyasının Qars vilayətinin Zərişad şöbəsinin Duxobor kənd cəmiyyətinin Troitskoye kəndində 216 nəfər əhali yaşayırdı, onların hamısını etnik ruslar (duxoborlar) təşkil edirdi.Ethno-Caucasus, Этнодемография Кавказа: Зарушадский участок (1886 г.) 1 yanvar 1894-cü il tarixinə olan məlumata əsasən milli tərkibi duxoborlardan ibarət kənd əhalisinin sayı artaraq 269 nəfər olmuşdu.А.И. Клибанов, "История религиозного сектантства в России (60-е годы XIX век-1917)", издательство Наука, 1965 г.,стр. 87
1 yanvar 1914-cü il tarixinə olan rəsmi məlumata görə, Qars vilayətinin Qars qəzasına daxil olan Novo-Troitskoye kəndində əsasən etnik ruslardan (duxoborlardan) ibarət hər iki cinsdən toplam 324 nəfər əhali yaşayırdı."Кавказский календарь на 1915 год". Издан по распоряжению Наместника его Императорскаго Величиства на Кавказе, под редакцией А.А.Эльзенгера и Н.П.Стельмащука, Тифлис. Типография Канцелярии Наместника Е.И.В. на Кавказе, казённый дом. 1914./Оглавление: Глава — Отдел статистический: Список населенных мест Кавказа, стр. 167
Xarici keçidlər Türkiye Haritası ında bax: Atçılar Köyü Haritası
İstinadlar
Kateqoriya:Arpaçay ilçəsinin bəldə və kəndləri