Bazar iqtisadiyyatı — dünyada mövcud olan iqtisadi sistemlərdən ən geniş yayılmışı.
Bazar iqtisadiyyatı məfhumundakı "bazar" iqtisadiyyatın sifətini, necəliyini, onun bazar təbiətli olmasını bildirir. Bazar təbiətli olmaq o deməkdir ki, iqtisadiyyat bazar üçün işləyir, bazar mexanizmi və bazar qanunları ilə tənzim olunur. Tarixən bazar bazar iqtisadiyyatından əvvəl meydana gəlmişdi. Ancaq o bazar iqtisadi sistemində fəaliyyət göstərir və buna görə də əvvəl bazar iqtisadiyyatının mahiyyəti, əsasları ilə bağlı məsələləri nəzərdən keçirmək lazımdır.
Bazar istehsalçı və istehlakçıların qarşılıqlı fəaliyyətini təmin edən mexanizmdir, onların mövcudluq üsuludur. Bazar əsasən tədavül sferası, alqı-satqı ilə bağlıdır.
Bazar iqtisadiyyatı daha geniş, əhatəlidir. O, istehsalı, bölgünü, mübadiləni və istehlak sahələrinin hamısını əhatə edir, onların tam halında mövcudluğunu təmin edir.
İqtisadi bir sistem kimi bazar iqtisadiyyatının tam formalaşması kapitalizm cəmiyyətində baş vermişdir. Bazar iqtisadiyyatı ilə kapitalizm iqtisadiyyatı eyni mənalıdır. Bazar iqtisadiyyatı kapitalizmin iqtisadi əsasını təşkil edir. Buna görə də ABŞ iqtisadçıları "bazar iqtisadiyyatı — kapitalizm" ifadəsini işlədirlər.
Bazar iqtisadiyyatı bütün iqtisadi məktəblər və cərəyanlar tərəfindən bu və digər şəkildə öyrənilmiş və indi də öyrənilir.
Bazar iqtisadiyyatının özünə xas olan genetik əsasları vardır. Bu iqtisadi sistemin əsasını əmtəə istehsalı təşkil edir. Əmtəə istehsalının meydana gəlməsilə pul meydana gəlir. Əmtəə-pul münasibətləri əsasında bazar yaranır və iqtisadiyyatın bütün sahələrini əlaqələndirir. O, kapitalizm cəmiyyətində özünün yüksək zirvəsinə çatır və müstəqil iqtisadi sistem kimi fəaliyyət göstərir.
İnsan cəmiyyətində istehsalın təşkilinin ilkin forması natural təsərrüfat olmuşdur. Natural təsərrüfat elə təşkil olunmuşdur ki, insanlar ancaq öz tələbatlarını ödəmək üçün məhsul istehsal edirlər. Onun aşağıdakı spesifik cəhətləri vardır: təsərrüfatın qapalı olması; əməyin universal xarakter daşımas; təsərrüfat əlaqələrinin birbaşa olması..
Bazar anlayışı Bazar daim təkrar olunan alqı-satqı aktlarının və mübadilə dairəsində sosial-iqtisadi münasibətlərin məcmusudur. Bazar münasibətlərinin maddi əsasını əmtəələrin və pulların hərəkəti təşkil edir. Həmin münasibətlər nəticəsində mallar realizə edilir və onlarda tamamlanmış əməyin ictimai xarakteri qəti olaraq müəyyənləşdirilir. Beləliklə, bir sözlə desək, Bazar əmtəələrin tədavül sfürası olub, əmtəə tədavülü prosesini tamamlayır, məhsulun pula və əksinə pulun məhsula çevrilməsini həyata keçirir. Sadə şəkildə "Bazar" anlayışı alıcılarla satıcıların görüşdükləri məkan, yer mənasını verir. Alıcı və satıcının bir araya gəldiyi bu yerdə mallar (məhsullar, xidmətlər, idealar) alınıb satılır. Deməli bazar-iqtisadi kateqoriya olub, konkret iqtisadi münasibətləri, alıcılarla satıcıların əlaqələrinin məcmusudur.Tağıyev A.H. "Bazar iqtisadiyyatının əsasları", Bakı-2000, dərs vəsaiti
Bazarın meydana gəlməsi Bazar insan cəmiyyətinin inkişafının ən mühüm nailiyyətlərindəndir. O min illər boyu inkişaf edərək müasir yüksək səviyyəyə qədər yükləsəlmişdir. Tarixi mənbələrə əsasən bazar 6–7 min il əvvəl meydana gəlmişdir. Bazarın yaranması bir sıra şərtlərdən keçmişdir: ictimai əmək bölgüsünün baş verməsi,bundan sonra əkinçiliyin heyvandarlıqdan ayrılması, sənətkarlığın müstəqil sahə kimi fəaliyyəti, ticarətin meydana gəlməsi. Bu sahələr özləri parçalanaraq yeni sahələr yarandı. Bazar əmtəə — pul münasibətlərinin tarixi inkişafı nəticəsində müasir tərəqqi dərəcəsinə çatmışdır. Bazar insan cəmiyyəti tarixində böyük ictimai əmək bölgülərinin,əmək təsərrüfatının mübadiləsinin meydana gəlməsi ilə üzvi şəkildə bağlıdır. Onun zəruriliyi milli iqtisadiyyatın xaricə çıxması tələbatı ilə də əlaqədardı. Bazar münasibətlərinin maddi əsasını əmtəə və pulların hərəkəti təşkil edir. Əmtəə təsərrüfatı fəaliyyət göstərməyən yerdə bazar ola bilməz və əksinə, bazar olmayan yerdə əmtəə təsərrüfatının fəaliyyətindən söhbət gedə bilməz. Bunlar bir-biri ilə qırılmaz surətdə,tam qarşılıqlı əlaqədə fəaliyyətdə olurlar.Лившиц А.Я. Введение в рыночную экономику. Москва, "Станкин" 1992 Bazar əmtəə-pul münasibətlərinin ən mühüm aparıcı bir komponenti kimi iqtisad elmində geniş yayılmış iqtisadi kateqoriyalardan biridir. O,geniş əhatəli məzmuna malikdir. İqtisadi ədəbiyyatlarda bazarın müxtəlif təriflərinə rast gəlinir: "Bazar-əmtəə və əmtəə-pul mübadiləsi formasıdır". "Bazar-əmtəə istehsalı və pul tədavülü qanunları üzrə təşəkkül tapan mübadilədir". Bazar-iqtisadi münasibətlərdə tələblə-təklifin məcmusudur". "Bazar ayrı-ayrı əmtəələr və xidmətlər üzrə satıcılarla alıcıların birgə fəaliyyəti mexanizmidir". "Bazar-hər hansı əmtəə üzrə bir qrup adamların sövdələşməsi ilə baş verən sıx fəaliyyət münasibətləridir". "Bazar-ticarət aparmaq üşün adamların bir-birilə hər hansı qarşılıqlı fəaliyyətidir". Bazar bir iqtisadi kateqoriya kimi özünü bilavasitə məhz bu dairədə təzahür etdirir. Buna görə də o, ticarətlə, ticarət xidmətləri prosesi ilə üzvi əlaqəli bir kateqoriyadır. Deməli bazar-iqtisadi kateqoriya olub iqtisadi münasibətlər, alıcılarla (tələblə) satıcıların (təkliflə) əlaqələrinin məcmusudur.O, habelə əmtəələrin və xidmətlərin hərəkəti üzrə ticarət vasitəçiləri ilə bazar münasibətləri subyektlərinin mənafelərini təcəssüm etdirir və mübadiləni təmin edir. Bazar bəşər cəmiyyətinin təbii-tarixi inkişafının törəməsi kimi xalqların çoxəsirlik, birgə ənənələrinin milli, mədəni, dini, psixoloji, xüsusiyyətlərini də özündə ifadə etmək iqtidarında olan kateqoriyadır.Государственные регулирование рыночной экономики, учебник Москва 2001
Bazar iqtisadiyyatının subyekti Bəşər cəmiyyəti tarixində insan amili həmişə başlıca amillərdən biri hesab olunub. Müasir bazar iqtisadiyyatı sistemi şəraitində insan amili genişmiqyaslı fəal bir qüvvə rolunda çıxış edir. Bazar iqtisadiyyatı sisteminin subyektinə istehsal üzrə sahibkar və mülkiyyətçilər, biznesmenlər, kommersantlar, fermerlər, bankirlər, menecerlər, muzdlu işçilər, geniş mənada istehsalçılar, istehlakçılar və s. aiddir. Bazar iqtisadiyyatı sistemində sahibkar dedikdə, xüsusi mülkiyyət obyekti olan insanlar nəzərdə tutulur. O, risq və məsuliyyət ilə müstəqil fəaliyyət göstərən bazar agentidir. Kommersant gəlir əldə etmək, qazanc götürmək məqsədilə ticarət fəaliyyəti ilə məşğul olan şəxsdir. Biznesmen mənfəət əldə etmık üçün hər hansı bir sahədə çalışan insanlardır. Menecer mikroiqtisadi müəssisəni, firmanı, korporasiyanı idarə edən şəxsdir. Fermer gəlir götürmək, mənfəət əldə etmək məqsədilə kənd təsərrüfatı istehsalı sahəsində fəaliyyət göstərən şəxsə deyilir. Muzdlu işçi öz iş qüvvəsini əmtəə kimi sahibkara, firmaya, fermerə müqavilə yolu ilə satan fərdə deyilir. Bazar iqtisadiyyatı şəraitində istehsalçı, ilk növbədə, müxtəlif çeşidli məhsulların iri partiyalarla istehsalı ilə məşğul olan insanlar nəzərdə tutulur. İqtisadi ədəbiyyarlarda "iqtisadi insan" anlayışı haqqında iqtisadşı alimlər geniş açıqlamalar vermişlər. İngilis klassik siyasi iqtisadçısı A.Smit "İqtisadi insan" amilinin davranışını iki cəhətlə izah etmişdir: Birincisi, əmək bölgüsü nəticəsində insanların mübadiləyə girişmələri cəhdləri. İkincisi, şəxsi mənafeləri, mənsəbpərəstlikləri, öz vəziyyətlərini daim yaxşılaşdırmaq cəhdləri. A.Smit qeyd etmişdir ki, bazar iqtisadiyyatı sistemində onun hər bir təmsilçisi "bilavasitə cəmiyyəti deyil, özünün fayda əldə etməsini" nəzərdə tutur. Yalnız bazar təsərrüfatı qanunları dağınıq fəaliyyətləri bir sistemə salır. Nəticə etibarilə iqtisadi insan xüsusi fayda əldə etmək cəhdi ilə cəmiyyətin xeyrinə çalışmış olur. Daha sonra məşhur Qərb iqtisadçısı C.Mill demişdir ki, insan davranışı xeyli dərəcədə mürəkkəbdir, onun sərvətə can atması əməyə nifrətlə və yüksək həzz alması arzusu ilə müşahidə olunur. C.Bentam da bazar iqtisadiyyatı şəraitində insan davranışına xüsusi önəm vermişdi. O, insanların fəaliyyətinin məqsədini rifaha cəhd münasibətində görmüşdür. Marjinalist məktəbinin nümayəndələri iqtisadi subyekt məsələsinə dair insan-eptimizator konsepsiyasını yaratmışlar. Bu konsepsiyanın əsas cəhətləri aşaöıdakı kimi səciyyələndirilir: daha çox fayda və ya mənfəət götürmək, az ağırlıq və məsrəflər səyi; vəsaitləri ilə müqayisədə məqsədə nail olmaq və bu sahədə optimal variant seçmək bacarığı; optimal variant seçmək üçün tam informasiyalar əldə etmək və səhvsiz irəlini görmək qabiliyyətinə malik olması; xarici şəraitin dəyişilməsinə dərhal reaksiya vermək və sair. Siyasi iqtisad dərsliyinin müəllifi iqtisadçı A.Vaqner öz kitabında daha münasib müddəa irəli sürmüşdür. Dərsliyin "İnsanın iqtisadi təbiəti" fəslində, insanın başlıca cəhəti kimi, nemətləri göstərmişdir. C.Keynsin nəzəriyyəsində iqtisadi subyektin davranışı ailənin, sosial qrupun, cəmiyyətin, bəşəriyyətin üzvü, ağıllı varlıq kimi təqdim olunmuşdur. K.Marksın təlimində insan obyektiv iqtisadi münasibətlərin şəxsiləşməsi kimi verilmişdir. Geniş mənada "İqtisadi insan" anlayışına "İnsan kapitalı" nı da aid etmək olar. İnsan biliyini, təşəbbüskarlığını, fəallığını, dərin təfəkkür tərzini, vərdişini, onun əmtəə istehsalı sahəsində və xidmət dairəsində istifadə olunan enerjisini və s. həmin kapitalın komponentləri hesab etmək olar. "İnsan kapitalı" na gəlir mənbəyi kimi baxılır. İnsanların təhsilinə, səhiyyəyə, ixtisasartırmaya, çəkilən xərclər "İnsan kapitalı" nda investisiya və gələcək gəlirlərin kəmiyyəti kimi qiymətləndirilir. Yuxarıda deyilənləri belə yekunlaşdırmaq olar ki, bazar iqtisadiyyatı sistemində "İqtisadi insan" anlayışının təmsilçiləri əvvəlki dövrlərə nisbətən ölkənin ümumi tərəqqisində daha böyük, daha miqyaslı rol oynayırlar.Allahverdiyev H.B., "Keçid dövründə bazar iqtisadiyyatının tənzimlənməsi problemləri". "Nəzəriyyə və praktika" jurnal № 1–2, Bakı-1997
Bazarın tənzimlənməsinin metodları Bazarın tənzimlənməsinin iki metodu mövcuddur: Dövlət metodları Qeyri – dövlət metodları. Dövlət, ictimai həyatın bütün sahələrinə təsir etməklə müəyyən vəzifələri yerinə yetirir. Bu, tamamilə cəmiyyətin iqtisadi həyatına da aiddir. Çünki, dövlət bir tərəfdən tələbatın ödənilməsi imkanlarını aşkara çıxarır, digər tərəfdən isə buna nail olunmasının yolları və istiqamətlərini müəyyən edir. Bazar mexanizminin işinə dövlətin qarışmasının ən yumşaq və sivil vasitəsi vergi sayılır. Onlar bazar proseslərinin gedişi şəraitini dəyişmir və bazar subyektlərinin fəaliyyəti sərbəstliyini məhdudlaşdırmır. Bütün bunların nəticəsində mülkiyyətin xüsusi forması – dövlət mülkiyyəti və buna uyğun olaraq, təsərrüfatçılığın ayrıca sahəsi – dövlət bölməsi formalaşır və fəaliyyət göstərir. Müasir dövrdə dövlətin iqtisadi vəzifələri daha geniş miqyas almışdır. P.Samuelson və V.Nordhausun fikrincə, müasir qarışıq iqtisadiyyat şəraitində dövlətin əsas iqtisadi vəzifələri aşağıdakılardır: Hüquqi və fiziki şəxslərin iqtisadi fəaliyyətinə dair hüquqi əsasların yaradılması; Makroiqtisadi sabitləşdirmə siyasəti yeridilməsi; İqtisadi səmərəliliyin yüksəldilməsi üçün ehtiyatların yerləşdirilməsinə təsir göstərilməsi; Gəlirlərin bölüşdürülməsinə təsiretmə proqramının işlənilib hazırlanması. İqtisadi fəaliyyətlərin tənzimlənməsinə dair qanunvericilik aktları və qaydalarının işlənib hazırlanması olduqca vacibdir və ona görə bu iş geniş miqyas almışdır. XIX əsrin axırlarından etibarən dövlət hakimiyyəti möhkəmlənmiş, ondan ümumi mənafelərin və bütövlükdə iqtisadi sistemin mühafizəsi üçün istifadə olunmağa başlanmışdır. Başlıca vəzifələrdən biri makroiqtisadiyyatın sabitləşdirilməsidir. Bununla əlaqədar olaraq, dövlət sənaye tsiklini yumşaltmaq, işsizliyin, inflyasiyanın qarşısını almaq üçün konkret tədbirlər görür. Bu məqsədlə aşağıdakı metodlardan istifadə olunur: İqtisadiyyatın vergi – büdcə vasitəsilə tənzimlənməsi (fiskal siyasət); Dövriyyədə olan pul kütləsini artırıb-azaltmaqla onun alıcılıq qabiliyyətinin tənzimlənməsi (monetar metod).