thumb|Mineral su Mineral su ya da mədən suyu — aktiv kimyəvi komponentlərlə və qazlarla zəngin olan təbii sudur.
Mineral və süfrə suları Su canlı aləmin fəaliyyətində böyük rol oynayır ki, canlı varlıq susuz yaşaya bilməz. Hər bir insan gündəlik tələbini ödəmək üçün 2 litrdən artıq su qəbul etməlidir. Bu qədər normanı insanlar müxtəlif içkilərlə məsələn, su, çay, qəhvə, şirələr, təbii və mineral sular və s. ilə ödəyirlər. Bir qayda olaraq mineral su dedikdə əlavə hazırlıqsız içmək üçün yararlı olan və bioloji aktivliyə malik su qəbul olunur, lakin hamı tərəfindən qəbul olunan beynəlxalq təsnifata görə tərkibində duzların qatılığı 1q/l-dən böyük olan suyu mineral hesab edirlər. Duzun qatılıöı 1q/l-dən az olan su süfrə suyu adlanır. Yerin təkindən gələn yeraltı sular təbii bulaqlar vasitəsilə yer üzərinə çıxır və bu sulara mineral sular deyilir. Bu suların tərkibində yüksək miqdarda qazlar, kimyəvi elementlər və onların birləşmələri olur və öz radioaktivliyi ilə seçilir. Bir çox mineral sular müalicə məqsədi ilə istifadə edilirsə, bəziləri süfrə suları kimi tətbiq edilir. Müalicəvi sulara İstisu, Yesentuki 4, Yesentuki 17, Mahaçkala və s. suları, süfrə sularına Narzan, Yesentuki 20, Kiyev və s. suları və Badamlı, Borjomi, Cermuk, Turşsu həm müalicəvi, həm də süfrə sularına aiddir.
Mineral su mənbələri Mineral su mənbələrinin əksəriyyəti Şimalı Qafqazda, Zaqafqaziyada, Ukraynada, Krımda və az miqdarda Orta Asiyadadır. Şimalı Qafqazda mineral su doldurulması ixtisaslaşdırılmış sahələrdən biridir. Burada müalicəvi, müalıcəvi-süfrə və süfrə mineral suları doldurulur.
Azərbaycan mineral suları Azərbaycan mineral sularla zəngindir. Əsas mineral su mənbələri Hacıkənddə, İstisu, Turşsu, Şuşa, Naftalan, Slavyanka, Badamlı, Sirab, Vayxır və digər yerlərdədir. Azərbaycanın ilk qablaşdırılmış mineral suyu Badamlıdı r. Gədəbəy rayonunun Slavyanka suları insan orqanizminə çox faydalıdır və mineral süfrə suyu kimi ölkəmizdə və xaricdə son dövrlər qısa zamanda məşhurlaşmışdır. İstisu çox məşhur mineral su olmaqla Slovakiyadakı KarlovıBarı suyuna bənzəyir. Sirab Borjomiyə oxşar olub, həm də süfrə suyu kimi işlədilir. Son illər Qalaaltı, Sərkar, Qax mineral sularının buraxılması təşkil edilmişdir. Qalaaltı suyu Turskavesk suyuna oxşayır. Darıdağ qələvili arsenli xlorlu hidrokarbonatlı natriumlu suyu əsasən qaraciyər, əsəb sistemi və başqa xəstəliklərin müalıcəsində istifadə edilir.
Mineral suların orqanizmə təsiri Mineral suların orqanizmə təsirini həmişə əvvəlcədən müəyyən etmək olmur. Buna görə də onları məhdud miqdarda qəbul etmək lazımdır. Təbii mineral sulardan istifadə etməklə bir sıra xəstəliklərin müalicə olunması hələ çox keçmişdən məlumdur. Bu müalicə növü özünün yüksək inkişaf səviyyəsini XIX əsrdə tapmış və hazırda öz təsir dairəsinə görə yüksək yer tutur. Mineral suları içdikdə onlar selikli qişa vasitəsilə, xaricə qəbul etdikdə isə(vanna qəbul etdikdə) dəridən keçərək orqanizmə təsir edir.
Mineral suyun ionları selikli qişa vasitəsilə sorulur (əsasən nazik bağırsağın yuxarı hissəsində) və qana keçərək bütün orqanizmə yayılır. Beləliklə, həmin ionlar başqa mərhələdə sinir refrektorları vasitəsilə başqa mühitinə də düşür. Mineral suların orqanizmdə yığılıb saxladığı əsas yer qaraciyərdir. Suyun artıq miqdarını qaraciyər o vaxta qədər saxlayır ki, nəhayət nizamlayıcı mexanizm tərəfindən orqanizmdən artıq su xaric edilir.
Orqanizmdən xaric olunan su müxtəlif mübadilə məhsullarını və mineral maddələri də çıxarır. Əgər tərkibində az mineral maddə olan su çox içilərsə orqanizmdə bəzi ionların çatışmazlığı hiss olunur, lakin mineral sular orqanizmdən bəzi ionları çıxarmaqla yanaşı, eyni zamanda, orqanizmə onlara oxşar kimyəvi birləşmələr daxil olur. Orqanizmdə olan nizamlayıcı mexanizmlər oraya daxil olan elektrolitləri çıxarır, lakin bəzi ionlar orqanizmdən tez, bəziləri isə çox yavaş çıxır. Ona görə də mineral suyu uzun müddət qəbul etmək orqanizmdə bir ionun çox, başqasını isə az olmasına gətirib çıxarır.
Mineral suların tərkibi Mineral sular növündən və tərkibindəki mineral duzların miqdarından, müxtəlif elementlərin (yod, brom, və s.) və qazların (karbon, kükürd, radon) olmasından asılı olaraq insan orqanizminə müəyyən fizioloji təsir göstərir və ona görə də müalicəvi vasitə kimi tətbiq edilir.
Mineral suların tərkibində olan mineral duzların miqdarı adi içməli sudan qat-qat çoxdur. Ən aşağı həd 1 litr suda 2 q., ən yuxarı həd isə 1 l. suda 50 q.-dır. Buna baxmayaraq, təbiətdə tərkibində 1 q/l-dən az mineral duz olan sular da vardır ki, bunlar da müəyyəm dərəcədə orqanizmə müalicəvi təsir göstərir. Tərkibində 50 q/l-dən çox mineral duz olan sular məhlul adlanır.
Mineral suya həddindən artıq durulaşdırılmış duz məhlulu kimi baxmaq olar. Burada duz molekulları ionlara parçalanmış olur. Ona görə də mineral suların tərkibində duz yox, müsbət yüklənmiş hidrogen, natrium, kalsium, maqnezium kationları və onlara bərabər miqdarda mənfi yüklənmiş xlor, sulfat və hidrokarbonat anionları olur.
Mualicəvi məqsədlə işlədilən suyun tərkibində 0,25 q/l-ə qədər karbon qazı, hidrogen-sulfid və radon ola bilər.
Radon Radon – qısaömürlü radioaktiv elementdir. O, radiumun və onun birləşmələrinin parçalanmasından alınır. Təbii mineral sularda radonun miqdarı 10–3-dən 10–11 kuri/-l-ə qədər olur. Təbii mineral sularda bu çox olduqda radonlu su adlanır. Tibbi praktikada radonlu sulardan vannalar təyin olunur və bunun orqanizmin funksiyalarının aktvləşdirmək kimi fizioloji təsiri vardır. Radon və onun parçalanması məhsulları qan damarlarını genişləndirir, maddələr müadiləsini nizamlayır, orqanizmdən bəzi zərərli maddələrin çıxarılmasına kömək edir.
Kimyəvi xassələri Mineral suların içilməsi nəticəsində ion tərkibinin kəmiyyət və keyfiyyətcə dəyişməsi həyat üçün lazımi sayılan xlor ionu mədənin selikli qişasını qıcıqlandırdiğı üçün vəzilərin sekresiyasını gücləndirir duz turşusunun ifrazını artırır. Bikarbonat ionu selikli qişaya təsir edərək mədə-bağırsaqdakı seliyin olub yuyulmasını müşayiət edir. Tərkibində bikarbonat ionu olan suda natrium ionu da olduqda, belə su " süfrə suyu" kimi tətbiq edilə bilər, çünki susuzluğu yaxşı yatırır. Mineral suların ("Borjom", "Polyana Kvasova", "Berezovski", "Badamlı", "Vayxır", "Sirab" və s.) belə istehlakı qida qəbulundan əvvəl aşağıdakı kimi öz təsirini göstərir. Mədə vəziləri vasitəsi ilə ifraz olunan xlorid turşusu bikarbonat natriumla reaksiyaya girir. HCl + NaHCO3↔NaCl + H2O + CO2Mineral suda olan sulfat ionu maqneziumla birləşərək acı ingilis duzu – MgSO4 əmələ gətirir; sulfat ionu natriumla qlauber duzu – NaSO4 əmələ gətirir. Bu acı duzlar mədənin və bağırsağın motor funksiyasını və ödün ifrazını sürətləndirir.
Suda ionunun olması onun müalicəvi dəyərini artırır, çünki kalsium ionu soyuq dəyməyə qarşı təsir göstərir, mədə-bağırsaq sisteminin fəaliyyətini gücləndirir.
Mənşəyinə görə mineral suların növləri Mənşəyinə görə mineral sular təbii mineral suya və süni sürətdə bəzi mineral duzların suda həll olunub CO2 ilə doydurulması yolu ilə alınan süni mineral sulara ayrılır. Mineral sular qazlı (təbii və süni) və qazsız olur.
Təbii mineral suları sufrə və müalicəvi sulara ayırırlar, lakin bəzi müalicəvi sular həm də süfrə suyu kimi istifadə olunur. Sufrə suyunun tərkibində müəyyən miqdarda faydalı mineral maddələr (2 – 8 q/l) vardır və sərinləşdirici xoşa gələn dada malikdir. Müalicə suları müxtəlif xəstəliklərin müalicəsi üçün öz təyinatı üzrə istehlak edilir. Təbii mineral suların tərkibində minerallı maddələr nisbətən çox (8 – 50 q/l) olur və tərkibinə, təsir üsullarına və çıxarıldığı yerə görə təsnifləşdirirlər. Kimyəvi tərkibinə görə mineral suları 6 sinfə bölürlər.
Hidrokarbonatlı su. Tərkibində hidrokarbonat anionu; natrium, kalium, kalsium və maqnezium kationları vardır. Bu qrupa "Brajom", "Sairme", "Kuka", "Sirab", "Batabat", "Nəhəcir", "Badamlı" suları aiddir. Tərkibində 1200 – 8000 m/l hidrokarbonat və karbonat ionu vardır. Xlorlu su. Tərkibində xlor anionu; kalium, natrium, kalsium və maqnezium kationları vardır. Bu qrupa "Minskaya", "Vitautac", "Omsk" və "Druskininkay" suları aiddir. Sulfatlı su. Tərkibində sulfat anionu; kalium, natrium, kalsium və maqnezium kationları vardır. Bu qrupa "Moskovski", "Aşkabat", "Batalinskaya", "Suraxanı" suyu aiddir. Tərkibində 1700 – 3200 mq/l xlor ionu olur. Tərkibində bioloji aktiv dəmir, mışyaq, brom, yod, latyum ionları və xüsusi bioloji xəssələri (katalitik, kalloid və s.) olan su. Bu qrupa tərkibində 20 – 30 mq/l dəmir olan "Polyustrovskaya" 50 – 70 m/l dəmir olan " Martsialnaya", tərkibində 10 – 15 mq/l yod olan "Semiqorski", 150 – 200 mq/l brom olan "Luqela", 1–1,5 mq/l mışyak olan "Çermuk" və "İstisu", 25 – 40 mq/l brom olan "Nijneserginskaya" və s. sular aiddir. "Navtusya" suyu zəif neft qoxusu verir.
Şimali Qafqazda — "Narzan", " Yesentuki 20", "Yesentuki 17", "Yesentuki 4", "Smirnovski", "Slavyanovski", "Batalinski" və s; Gürcüstanda – "Barjom", "Sairme", "Lugela" və s; Azərbaycanda – " Badamlı", "İstisu", "Turşsu", " Vayxır", "Sirab"və s; Ukrainada – "Naftusya", "Polyana-Kvasova", "Svalyava", "Berezovski", "Mirqorodski", "Kiyev" və s; Moskva yaxınlığında – "Moskovski", Sankt-Peterburq yaxınlığında – "Polyustrovski", Tatarıstanda – "İjevski", Zabaykalyedə — "Darasun", Özbəkistanda – "Daşkənd", "Turşsu" və s. mineral sular vardır.
Mineral suların istehsalı thumb|Azexpo
Mineral sular kimyəvi tərkibindən və süzülmə üsulundan asılı olaraq 4 texnoloji qrupa bölünür: qazlaşdırılmamış sular; karbon qazlı sular; tərkibində dəmir olan qazlı karbon qazlı sular; hidrosulfidli və hidrosulfidli-hidrogensulfidli sular.
I texnoloji qrupa daha davamlı, süzülmə zamanı oksidləşməyə məruz qalmayan və kimyəvi tərkibini dəyişməyən mineral sular aiddir.
II texnoloji qrupa kimyəvi tərkibi dəyişikliyə məruz qalan mineral sular aiddir. Onlarda olan CO2, kimyəvi tərkibin stabilizator rolunu oynadığından, belə suyun butulkalara süzülməsi nisbətən CO2-nın ifrat təzyiq altında aparılmalıdır ki, qazsızlaşdırma prosesi minimuma ensin.
İkinci texnoloji qrupa aid olan mineral suların süzülməsinin texnoloji sxemi,, yuxarıdakı sxemlə identik olub , ancaq bütün texnoloji əməliyyatlar yəni nəql etdirilmə, saxlanma və süzmə CO2-nın nisbətən ifrat təzyiqi altında aparılır.
III texnoloji qrupa −1 litrdə 5–70 mq dəmir olan mineral sular aiddir. Bu suların butulkalara doldurulması zamanı butulkada çöküntünün əmələ gəlməsinin qarşısını almaq üçün , dəmirin oksidləşmə və süzmə zamanı qazsızlaşmaya mane olan şəraitin olması vacibdir. Bu məqsədlə mineral suya stabilləşdirici turşular – askorbin və ya limon turşuları əlavə edilir.
Tərkibində dəmir olan mineral sular Süni mineral sular — xüsusi müəssisələrdə adi içməli sudan hazırlanır; bu suya karbon qazı vurulur və bəzən də kimyəvi cəhətdən saf qələvi duzlar əlavə olunur.
Süni mineral suların çeşidinə soda suyu və selter suyu daxil olur; onlar şortəhər dad verir və susuzluğu yaxşı söndürür. Soda suyu qazlı suda həll edilmiş içməli soda ilə xörək duzunun məhlulundan ibarətdir.; selter suyu qazlı suda həll edilmiş soda, xörək duzu , kalsium –xlorid və natrium –xlor məhlulundan ibarətdir.
Süni mineral sulardan "Selter suyu", "Sodalı", Süfrə suyu" daha çox istehsal edilir. "Selter suyu" ilk dəfə sərinləşdirici içki kimi yayılmışdır. Onun adı Almaniyadakı Niderselters dağlıq yerinin adı ilə adlanır. Hələ keçən əsrdə rus kimyaçısı Çalavskiy bu suyu tədqiq edərək müəyyən etmişdir ki, yerli əhali bu sudan ürək-damar və mədə bağırsaq xəstəliklərinin müalicəsində istifadə edirmiş. Eyni zamanda Niderselters suyu çox dadlı idi, lakin onun miqdarı geniş miqyasda eksport üçün çatmadığı üçün müxtəlif ölkələrdə süni olaraq "selter suyu" hazırlayırlar. Təbii "selter suyunun" tərkibində dal/q- la aşağıdakı miqdarda maddə vardır: Na2CO3 −13,2, NACl −16,0, KCl- 0,47, MgCl-2,7, NaSO4 — 0,52