Əliyev Telman Rüstəm oğlu () — azərbaycanlı aktyor.
Həyatı Telman Əliyev 2 noyabr 1947-ci ildə Gəncə şəhərində anadan olmuşdur. 1982-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Mədəni–maarif fakültəsini bitirmişdir. Gəncə Dövlət Dram Teatrının səhnəsində çox sayda tamaşada rol almışdır. 2000-ci ildən Akademik Milli Dram Teatrının artist heyətinə qəbul edilmişdir. Bir neçə televiziya tamaşasında və filmdə çəkilmişdir.
4 iyul 2017-ci ildə 69 yaşında ürəktutmadan vəfat etmişdir. Xırdalan qəbiristanlığında dəfn olunmuşdur.
Mükafatları Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı — 24.12.1981C.Cabbarlı adına Kirovabad Dövlət Dram Teatrının işçilərinə Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı ilə təltif edilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 24 dekabr 1981-ci il tarixli Fərmanı — anl.az saytı Şərəf nişanı ordeni — 1986 Respublikanın Əməkdar artisti — 1989
Əsas rolları Gəncə Dövlət Dram Teatrı Solğun çiçəklər (C.Cabbarlı) — Bəhram Almaz (C.Cabbarlı) — Baloğlan Vaqif (S.Vurğun) — Şeyx Alı Məşədi İbad (Ü.Hacıbəyov) — Məşədi İbad Əliqulu evlənir (S.Rəhman) — Əliqulu Xan qızı (F.Əliyarbəyli) — Xurşidbanu Natəvanın oğlu Qatır Məmməd (Z.Xəlil) — Əziz Yeddi oğlan və bir qız (R.Ağayev) — Sabir Dəli Kür (İ.Şıxlı) — Molla Sadıq
Akademik Milli Dram Teatrı Aydın (C.Cabbarlı) — Balaxan Ulduz, yaxud Ədirnə fəthi (C.Cabbarlı) — Şüeyb Poçt şöbəsində xəyal (Elçin) — Baba Köhnə ev (Ə.Əmirli) — Qüdrət Qurbanoviç Bu dünyanın adamları (Hidayət) — Yoldaş Əmrah Fedra (J.Rasin) — Teromen Hələ "sevirəm" deməmişdilər (R.Novruz) — sintizator Hərənin öz payı (X.Qoca) — Qulamoğlu Varlı qadın (Ə.Əmirli) — dilənçi Ölülər (C.Məmmədquluzadə) — Şeyx Əhməd Generalın son əmri (V.Səmədoğlu) — serjant
Filmoqrafiya Acılar bitməz (film, 2009) Ağabəyovlar (film, 2012-2014) Axınla aşağı (film, 2014) Bahar-99 — məşədi Balqabaq (film, 2007) Bir aktyorun teatrı — araq düşkünü Bizi dağlarda axtarın (film, 1976) Cavad xan (film, 2009) Xoca (2012) Qaydasız döyüş (film, 2009) Qocalar, qocalar... (film, 1982) O dünyadan salam (film, 1991) Pərvanələrin rəqsi (serial, 2012) Seçilən (film, 2008) Şeytan göz qabağında (film, 1987) — rol: şöbə rəisi Təlatüm (film, 2006) Ünvansız eşq (2011) Yalan (film, 2005) Yük (film, 1995) — rol: duxançı
İstinadlar
Xarici keçidlər Telman Əliyev
Kateqoriya:Azərbaycan aktyorları Kateqoriya:Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunları Kateqoriya:Gəncədə doğulanlar Kateqoriya:Bakıda vəfat edənlər Kateqoriya:XXI əsr Azərbaycan aktyorları