— insan çiyninin səthi əzələsi olub onun xarici hüdudlarını müəyyən edir. Bazunun açılıb bükülməsini təmin edir və qolun uzaqlaşdırır. Forması üçbucağa ya yunan əlifbasının "delta" hərfinə bənzədiyi üçün deltayabənzər adlandırılmışdır.
Əzələ dəstələri Deltayabənzər əzələ anatomik qurluşca üç əzələ dəstəsindən təşkil olunmuşdur: Deltayabənzər əzələnin ön dəstəsi(körpücük sümüyünün ön kənarının lateral hissəsindən başlanğıc götürür.) Deltayabənzər əzələnin yan dəstəsi (kürək sümüyünün dimdik çıxıntısının yuxarı səthindən başlanğıc götürür.) Deltayabənzər əzələnin dal dəstəsi (kürək sümüyünün tin çıxıntısından başlanğıc götürür.)
Həmçinin bax Kateqoriya:Əzələ sistemi Kateqoriya:Çiyin əzələləri