Bahadır və Sona — bəstəkar Süleyman Ələsgərovun Nəriman Nərimanova məxsus eyniadlı faciəvi pyesi əsasında yazdığı opera. Əsər 1962-ci ildə Azərbaycan Dövlət Opera və Balet Teatrının səhnəsində müvəffəqiyytələ tamaşaya qoyulmuşdur. Libretto müəllifi Əfrasiyab Bədəlbəyli, şerlər Ş.Qurbanovundur. Əsərin ideyasını lirik-psixoloji opera janrında təcəssüm etdirən bəstəkar, klassik operaların, həmçinin Azərbaycan, rus və Qərb operaları ənənələrinə əsaslanır.
Məzmun Azərbaycanlı müsəlman tələbə Bahadır və erməni qızı Sonanın sevgi hekayəsindən bəhs edir.
Mənbə
Maya Qafarova - Süleyman Ələsgərov-80 Məhəmməd Əmin Rəsulzadə - Bahadır və Sona
Həmçinin bax Nəriman Nərimanov
Kateqoriya:Süleyman Ələsgərovun operaları Kateqoriya:Azərbaycan dilində operalar Kateqoriya:Azərbaycanda opera