Xan Yusif oğlu Babayev () — Azərbaycan kinooperatoru,Kazımzadə, A. Belə bir kinooperator var idi – Xan: [Dövlət Film Fondunda Xan Babayevin 95 illik yubileyi ilə əlaqədar gecə keçirildi] //Kaspi.- 2014.- 26–28 aprel.- S. 20. Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi.
Həyatı Xan Babayev 22 mart 1919-cu ildə Lənkəranda anadan olmuşdur. 1937-ci ildə Politexnik İnstitutunu, 1950-ci ildə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinooperatorluq fakültəsini – B. Volçekin emalatxanasını bitirmişdir.Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13. Bir neçə bədii və sənədli filmlərin operatoru olmuşdur. 29 may 1967-ci ildə Bakıda vəfat etmişdir.
Mükafatları Xan Babayev "Qırmızı Bayraq", "Qırmızı Ulduz", "Vətən müharibəsi" ordenləri və "Stalinqradın müdafiəsinə görə" medalı ilə təltif olunmuşdur.
Filmoqrafiya Azərbaycan mədəniyyətinin baharı (film, 1959) Bakının işıqları (film, 1950) Böyük dayaq (film, 1962) Çağırışa cavab (film, 1947) Doğma xalqıma (film, 1954) Gədəbəyin sərvəti (film, 1950) Kinooperator Xan Babayev (film, 2014) Korun mahnısı (film, 1961) Qara daşlar (film, 1956) Mahnı bayramı (film, 1954) Neft kəşfiyyatçıları (film, 1950) Ögey ana (film, 1958) Respublika stadionu (film, 1951) Səadət və əmək mahnıları (film, 1957) Şanlı, qeyri-adi il (film, 1960) Yeni həyat qurucuları (film, 1949) Yenilməz batalyon (film, 1965)
İstinadlar
Mənbə "Cəbhə kinooperatorları". Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 91–95. Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 813.
Kateqoriya:SSRİ kinooperatorları Kateqoriya:Azərbaycan kinooperatorları Kateqoriya:SSRİ Kinematoqrafçılar İttifaqının üzvləri Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyasının üzvləri Kateqoriya:SSRİ leytenantları