220px Göyçay rayonunun Yenikənd kəndi ərazisindən aşkarlanmış Qafqaz Albaniyasına aidК. В. Тревер. Очерки по истории и культуре Кавказской Албании IV в. до н. э.-VII в. н. э. — Москва-Ленинград: Издательство Академии наук СССР, 1959. — С. 339. — 389 с (II əsr) gümüş nimçə, Ermitaj.
133px 137px Müasir Naxçıvan şəhəri ərazisindən aşkarlanmış və Cavanşirin təsvir edildiyi Qafqaz Albaniyası dövrünə aidБретаницкий Леонид Семенович, Веймарн Борис Владимирович. Искусство Азербайджана IV–XVIII веков — Москва: Издательство Искусство, 1976. — С. 31. — 272с.М. И. Артамонов. История хазар — Л.: Изд-во Гос. Эрмитажа, 1962. 523 с. (VII əsr)tunc büxurdan, Ermitaj (solda) və Mingəçevir kilsə kompleksi ərazisindən aşkarlanmışzoomorf saxsı qab, Azərbaycan Tarix Muzeyi (sağda) Qafqaz Albaniyasının incəsənəti — Qədim Şərq incəsənəti ilə əlaqəli olan tarixi və regional incəsənətdir. Qafqaz Albaniyasının müstəqil və vassal dövlət kimi mövcud olduğu e.ə. II əsrdən b.e.-nın VIII əsrinə kimi onun tabeliyinə daxil olmuş ərazilərdə yaranmış və inkişaf etmiş incəsənət ənənələri İslamın yayılmasından sonra da müxtəlif formada davam etmiş və yerli xalqların orta əsrlər incəsənətinin formalaşmasına təsir göstərmişdir.
Arxeoloji materialların öyrənilməsi, tədqiqatçılara Qafqaz Albaniyası incəsənətinin inkişaf mərhələləri haqqında fikir söyləməyə imkan vermişdir. Orta əsrlər alban incəsənəti qədim dövrdə Qafqaz Albaniyası sənətkarlarının yaratdıqları özüllər üzərində inkişaf etmişdi. Qafqaz Albaniyası incəsənəti erkən dövrdə təbiəti və xarakteri baxımından dini ideyalara əsaslansa da, birinci əsrdən yeni dövrün başlanması ilə dinin təsiri bir qədər zəifləyir və feodalizmin mənşəyi və inkişafı ilə bağlı yenilikçi ideyalar yayılır. Yüksək səviyyədə mənimsənilmiş humanist ideyaların istiqamət verdiyi ikinci mərhələ dini və məzhəbi ənənələrin üstünlük təşkil etdiyi əvvəlki mərhələnin özülləri üzərində inkişaf etməkdə idi.
Arxeoloji tədqiqatların gedişində, xüsusilə qəbirlərdə aşkar edilmiş bəzək əşyaları öz formalarının və istifadə olunmuş materialların rəngarəngliyi ilə fərqlənir. Bunlar metaldan, şüşədən, gildən, pastadan, müxtəlif qiymətli və yarımqiymətli daşlardan hazırlanırdı. Bəzək əşyalarının tərkibinə qadın tacları (çələngləri), boyunbağılar, qolbaqlar, üzüklər, asma bəzəklər, sancaqlar, toqqalar, muncuqlar, müxtəlif tikmə, bəzəklər və sair daxildir.
Ən qədim alban dulusçuluq nümunələri çox rəngliliyi və mürəkkəb naxış-bəzək sistemi ilə seçilir. Qədim yerli ənənələrə əsaslanan Albaniya incəsənəti antik dövrdə müəyyən dərəcədə tənəzzülə uğrayır, daha erkən inkişaf dövrlərini səciyyələndirən rəngkarlıq sənəti qeyb olur; keramikaya vurulan əlvan naxışlar başlıca olaraq daha bəsit xarakter daşıyır. Bununla birlikdə Albaniya bədii keramikasının istehsalında özünü xüsusilə parlaq şəkildə büruzə verən dekorativ-tətbiqi sənətin daha da inkişaf etdiyini qeyd etmək lazımdır.
Qafqaz Albaniyasında incəsənət sahələri
Zərgərlik
Arxeoloji tədqiqatlar zamanı, xüsusilə qəbirlərdə aşkar edilmiş bəzək əşyaları öz formalarının və istifadə olunmuş materialların rəngarəngliyi ilə fərqlənir. Bunlar metaldan, şüşədən, gildən, pastadan, müxtəlif qiymətli və yarımqiymətli daşlardan hazırlanırdı. Bəzək əşyalarının tərkibinə qadın tiaraları (çələngləri), boyunbağılar, qolbağlar, üzüklər, asma bəzəklər, sancaqlar, toqqalar, muncuqlar, müxtəlif tikmə, bəzəklər və sair daxildir. Əsasən Mingəçevir, Yaloylutəpə, Xınıslı, Qəbələ, Qaratəpə, Qalagah, Şortəpə, Qırlıtəpə və digər Albaniya abidələri qazıntılarından məlum olan, nəcib metallardan və qiymətli daşlardan hazırlanmış bəzək əşyaları müəyyən qrup təşkil edir.
Bəzək əşyalarının böyük bir qrupu antik dövrdə geniş yayılmış qolbağlardan ibarətdir. Qolbağlar tuncdan, gümüşdən, qızıldan, dəmirdən hazırlanırdı. Ayrı-ayrı keramik qolbaq nümunələri də məlumdur. Qolbağların ön kəsiyi dairəvi yaxud üçbucaqvaridir, çox vaxt zoomorf başcıqlar şəklində düzəldilən ucları bəzilərində aralıdır, səthi ya saya, ya da ornamentlidir; bu qolbağlar yalnız bəzək əşyaları deyil, həm də albanların ideoloji təsəvvürlərini əks etdirən ayin əşyaları idi.
Boyunbağılar əsasən o dövrün ən erkən qəbirlərinin materiallarından tanışdır. Ucları bir qədər genişləndirilmiş, bitişdirilməmiş, batıq ornamentlə bəzədilmişdir. Alban kişi və qadın qəbirlərində tez-tez üzük və sırğalara rast gəlinir — bunlar formaca bir-birindən fərqlidir. Sırğalar əlvan metallardan, dəmir və sümükdən düzəldilirdi. Üzüklər isə tökmə və döymə üsulu ilə düzəldilirdi; bəzən qiymətli daşlardan və şüşələrdən qaş qoyulur, zoomorf təsvirlər, həndəsi ornamentlərlə təchiz olunurdu. Qaşlı üzüklər möhür rolunu oynayırdı və xronoloji cəhətdən, bir qayda olaraq, qaşsız üzüklərə nisbətən daha sonralara aiddir. Üzük-möhürlərin xarici nümunələri adətən Romadandır. Onlar Qafqaz Albaniyasının Roma ilə geniş əlaqələrə malik olmasını təsdiq edir.
Bəzək əşyaları arasında sırğalar xüsusi yer tutur. Qızıl sırğalar Mingəçevir, Yaloylutəpə, Xınıslı, Qalagah, Şatırlı (Bərdə) və başqa yerlərdə aşkar edilmişdir. Qeyd etmək lazımdır ki, Şatırlı antik məskəni yaxınlığında olan qəbiristanda qazıntı zamanı müxtəlif zərgərlik məmulatı ilə birlikdə tökmə üsulu ilə sırğalar və digər bəzək şeyləri hazırlamaq üçün işlədilən daş qəliblər tapılmışdır. Bəndlər bəzək şeyləri arasında mühüm yer tutur. Gümüş, tunc, dəmir bəndlərə qəbirlərin əksəriyyətində təsadüf edilir. Xarici ölkələrdə hazırlanmış bəndlər arasında əsasən Roma bəndləri çoxdur. 200px 87px İsmayıllıda (solda) aşkarlanmış qızıl sırğa (I–III əsrlər) vəMingəçevirdə (sağda) aşkarlanmış zınqırov şəkilli qızıl sırğa (I–III əsrlər)
135px 155px Mingəçevirdə (sağda) aşkarlanmış qızıl üzük (II–III əsrlər) və İsmayıllıda (sağda) aşkarlanmış qızıl üzük-möhür (I–III əsrlər)Azərbaycan Tarix Muzeyi
Arxeoloji qazıntılar nəticəsində əsasən tuncdan olan çoxlu miqdarda müxtəlif sancaqlar üzə çıxarılmışdır. Onlardan bəzilərinin başı tunc zəncirlərlə bəzədilmişdir. Rəngarəng toqqalar, piləklər, asma bəzəklər və xüsusilə həm yerli ustalar tərəfindən düzəldilən, həm də kənardan gətirilən müxtəlif muncuqlar da külli miqdarda tapılmışdır. Muncuqlar əsasən antik dünyanın məşhur mədəniyyət mərkəzlərindən gətirilirdi və digər gətirilmə materiallarla birlikdə bunlar sübut edir ki, eramızdan əvvəl IV–I əsrlərdə və eramızın I–II əsrlərində Qafqaz Albaniyası Qara dənizin şimal sahilində yerləşən şəhərlərlə, Parfiyanın, Romanın, Mesopotamiyanın, Misirin, Hindistanın, Suriyanın şəhərləri ilə geniş ticarət əlaqələri və mədəni əlaqələr saxlamışdır. Albaniya ərazisində ehtiyatı bol olan əlvan daşlar keyfiyyətdə ən yaxşı gətirilmə nümunələrdən geri qalmayan bəzək şeyləri və möhürləri düzəltməkdə yerli sənətkarlar üçün xammal mənbəyi idi. Miladdan əvvəl I minilliyə və miladın ilk əsrlərinə aid olan, əsasən hellinizm dövlətlərində, Romada kəsilmiş sikkələrdən ibarət dəfinələr və ayrı-ayrı sikkələr, habelə albanların öz sikkələri aşkara çıxarılıb öyrənilmişdir. Gümüş alban sikkələri Bərdə, Xınıslı, Qəbələ, Nüydü, Qırlartəpə abidələrindən məlumdur. Aşkara çıxarılmış sikkə dəfinələrinin tədqiqi göstərir ki, həmin sikkələr eramızdan əvvəl III əsrin axırlarından etibarən Albaniyada zərb edilib yayılmışdır.
Qafqaz Albaniyasının zərgərlik sənəti məhsulları çeşid çoxluğu, yüksək sənətkarlığı və zənginliyi ilə fərqlənir. Albaniyanın metalişləmə və daşişləmə sənəti məhsullarında əvvəllər antik, ellin, sonralar isə Sasani ənənələrinin təsiri güclü idisə, zərgərlik sənəti əsas etibarilə yerli bədii ənənələr zəminində inkişaf edirdi. Azərbaycanın antik dövr zərgərlik məmulatı üçün səciyyəvi olan bir çox bəzək ünsürləri və bədii formalar sonrakı yüzillərdə daha da təkmilləşmişdi. Bu cəhət özünü Mingəçevirdə aşkar edilmiş VI əsrə aid edilən qızıl sırğalarda daha parlaq göstərir. Sırğada I–III əsrlərin məmulatında daha çox təsadüf olunan arxaik forma — bir-birinə lehimlənmiş "buğdaların" əmələ gətirdiyi kiçik piramida daha mükəmməl icra texnikası ilə yerinə yetirilmişdir: əgər əvvəllər "buğda" bilavasitə sırğanın qulpuna lehimlənirdisə, bu dövrdə artıq "buğda" ilə sırğanın əyrisi arasında içi boş kürəcik yerləşdirirdilər.
Zərgərlikdə əqiqdən geniş istifadə edilirdi. Qafqazda ən qədim vaxtlardan bu daşın ecazkar gücünə inam var idi. O dövrün zərgərləri sırğa düzəldərkən müxtəlif rəngli daşların yaratdığı estetik təsir gücündən istifadə etməyə çalışırdılar. Sallama qızıl tanalar çox vaxt qaş üçün işlədilən daşların müxtəlif formalarını nümayiş etdirmək xatirinə hazırlanırdı. Üçkünc, ellipsvari, dairəvi, düzbucaqlı və dig həndəsi formalı rəngarəng daşlar sırğaların dekorativ-bədii şəkli müəyyənləşdirirdi. Sonralar zərgərlik məhsullarının kompozisiyası sadələşsə də çeşidi artırdı. "Yarpaq" sırğa ürək formasını alır. Belə qaşın yerləşdirildiyi çərçivənin yanlarında hər birinə muncuq salınmış dörd qızıl qarmaqcıq bənd edilirdi. Şimali Azərbaycan zərgərləri başqa bədii-texnoloji üsuldan da istifadə edirdilər: daşı çərçivəyə salınır, bununla onun plastik formasını və rəngini daha qabarıq nəzərə çarpdırırdılar. Əgər əvvəllər qaş qızıl məmulatının ayrı-ayrı quruluş ünsürlərinin bədii formasını daha qabarıq göstərmək xatirinə qoyulurdusa, sonralar metal detallar daşın formasından asılı olmağa başlamışdı.
Bədii metal
Erkən orta əsrlərdə Qafqaz Albaniyasında sənətin dekorativ tətbiqi növləri daha çox inkişaf etmiş, daş və metal üzərində oyma sənətinin, zərgərlik və şüşə emalının yüksək keyfiyyətli məhsullarını hazırlayan sənətkarlıq mərkəzləri və bütöv məktəblər meydana gəlmişdi. Bu sənət növlərinin Qafqaz Albaniyasında geniş intişarı yalnız yazılı qaynaqlardakı məlumatla deyil, arxeoloji komplekslərdə tapılan çoxsaylı dekorativ-tətbiqi sənət nümunələri ilə də təsdiq edilir. Məsələn, Şamaxıda, eramızın III əsrinə aid daş qutu qəbrində aşkar edilmiş zərli gümüş döyrə yüksək ustalıq və bədii zövq nümunəsidir. Döyrənin içərisi başdan-başa ov səhnəsi ilə örtülmüşdür: dördnala çapan atın üstündəki süvari geri çevrilərək oxunu dağ keçisinə doğru tuşlamışdır. Texniki baxımdan nadir sənət nümunəsi yaradan yerli usta forma və tənasübü pozmadan mürəkkəb ov səhnəsini qabın yarımkürəvi müstəvisinə həkk etmiş, bununla yanaşı, rəsmin realizmini qoruyub saxlaya bilmişdir. Daha böyük qabarıqlığa nail olmaq üçün o, üstdən lövhəcik vurma üsulundan istifadə etmişdir. Məmulatın bu hazırlanma texnikası hətta Sasanilər imperiyasının paytaxt emalatxanaları üçün də nadir hadisə idi. Ov səhnəli belə qablar adətən konkret tarixi şəxsiyyətlərə — hakimiyyət başında olan şahənşahlara, vəliəhd şahzadələrə, iri vilayətlərin hakimlərinə ithaf edilirdi. Bir sıra tədqiqatçıların fikrincə Şamaxıdan tapılmış qab üzərində I Şapurun oğlanlarından biri, o dövrdə (III əsrin 70–90-cı illərində) imperiyanın şimal vilayətlərinin, o cümlədən Adurbadaqanın hakimi, gələcək şahənşah Nərsə təsvir edilmişdir. Güman etmək olar ki, bu nadir qab məhz Azərbaycanın torevtika emalatxanalarından birində hazırlanmışdır.
Bakıda tapılmış, VI–VII əsrlərə aid zərli gümüş kuzə də nadir sənət nümunəsidir. Kuzənin üstü başdan-başa mürəkkəb naxışlarla oyulmuşdur. Zərlənmiş fon dörd romba bölünmüş, onların ayrı-ayrılıqda hər birinin içində xoruzun, qırqovulun, otyeyən heyvanı didişdirən qartalın və əfsanəvi Simurq quşunun təsvirləri verilmişdir. Rombların oyma naxışlı tərəflərinin kəsişdiyi yerdə, eləcə də aralarında altıguşəli ulduz və altıləçəkli gül təsvirli dolçalar yerləşdirilmişdir. Bu dolça mərasim qablarından hesab edilirdi.
Lənkəranda tapılmış, boynunda müqəddəs baftası olan vəhşi qoç təsvirli gümüş döyrə yerli torevtikanın ən maraqlı nümunələrindəndir. Elə bil nəyi isə gözləyən, sərt buynuzlu bu heyvan başını yüngülcə arxaya çevirmişdir. Onun bədəni başdan-başa yuna bənzər döymə naxışla nöqtələnmişdir.