Udlaq — həzm kanalının ikinci hissəsini təşkil edərək burun, ağız boşluqları ilə qırtlağın arxasında, kəllə əsasının altında, onurğanın boyun hissəsinin ön səthində yerləşmişdir. Aşağıda VI–VII fəqərə cisimləri arasında qida borusuna keçir. Uzunluğu 12–15 sm və eni yuxarıda 4,5 sm-ə bərabərdir. Vəzifəsi qidanı ağız boşluğundan qida borusuna və havanı burun boşluğundan qırtlağa keçirməkdir. Burada həzm kanalı ilə tənəffüs yolları çarpazlaşır. Udlağın dal və iki yan divarı vardır.
Mənbələr Prof. K.Ə. Balakişiyev, İnsanın Normal Anatomiyası, II cild, "MAARİF" Nəşriyyatı, Bakı — 1979
Kateqoriya:Anatomiya Kateqoriya:İnsan anatomiyası Kateqoriya:Həzm sistemi Kateqoriya:İnsan başı və boynu Kateqoriya:Otorinolarinqologiya Kateqoriya:Heyvan anatomiyası