II Konstantin və ya Mahmudqulu xan — Kaxeti çarı (ö. 28.12.1732).
II Konstantin İslamı qəbul etmişdi. Məhəmmədqulu (Mahmudqulu) xan kimi tanınırdı.
Həyatı I İrakli Baqrationinin oğlu idi, İranda müsəlman olaraq böyüdülmüşdü. 1703-cü ildə İsfahan şəhərinin darğası olmuşdu. 1722-ci ildə Kaxeti çarı kimi hakimiyyətə başlamışdı. 4 may, 1723-cü ildə şahın əmri ilə VI Vaxtanqa hücum etmiş və Kartlini qısa müddətliyinə də olsa ələ keçirmişdi. Həmin vaxt Osmanlı ordusunun gözlənilməz hücumuna məruz qalan çar Gəncə-Qarabağ bəylərbəyi İbrahim paşa tərəfindən həbs olunmuşdu. 1725-ci ildə yenidən çarlığa qayıdan Konstantin Osmanlı ilə sülh bağladı. 28.12.1732də türklərə xəyanət edən çar öldürüldü və yerinə II Teymuraz gəldi.
İrəvanın hakimi olmuşdu.
Kateqoriya:Kaxeti çarları K Kateqoriya:İslamı qəbul edənlər Kateqoriya:Çuxursəəd bəylərbəyiləri Kateqoriya:Səfəvi sərkərdələri Kateqoriya:İran siyasətçiləri Kateqoriya:XVIII əsrdə öldürülən monarxlar Kateqoriya:İran gürcüləri