I Beka — Mesxetiyanın II çarıdır. Onun torpaqları Mesxetiya, Acarıstan, Şavşat, Tao-Klarceti, Gölə, Ərdahan və Cavaxetini ehtiva edirdi.

Həyatı I Sarkisin kilsəyə çəkilməsindən sonra taxta keçən Beka Elxanilərə vassal olmaqda davam etdi. Səlcuqlarla tez-tez döyüşən Beka bu döyüşlərin çoxunda qalib gəlirdi. Trapezund imperiyasını ələ keçirmək üçün planlar qururdu. Sapara monastırını təmir etdirmişdi.

Ailəsi Övladları: Ciacak Jakeli — 1300-cü ildə, imperator II Aleksios Meqaskomnenosla evləndi, 6 övladı oldu. Natela Jakeli — 1280-ci ildə II Demetre ilə evləndi, V Georginin anasıdır. II Sarkis I Kvarkvare

İstinadlar

Kateqoriya:Hökmdarlar Kateqoriya:Gürcüstan zadəganlığı