Firudin Eynulla oğlu Davudov () — alim, kriminalist, hüquq elmləri doktoru, professor, Azərbaycan Elmi-Tədqiqat Məhkəmə Ekspertizası İnstitutunun (indiki Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi) banisi və fasiləsiz rəhbəri.
Həyatı Firudin Davudov 1926-cı il mart ayının 21-də Astara şəhərində anadan olmuşdur.
1944-cü ildə orta məktəbi bitirdikdən sonra S.M. Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Hüquq fakültəsinə daxil olmuş və II kursdan təhsilini Leninqrad Dövlət Universitetində (indiki Sankt-Peterburq Dövlət Universiteti) davam etdirərək oranı müvəffəqiyyətlə bitirmişdir.
Moskvada SSRİ Elmlər Akademiyasının Dövlət və Hüquq İnstitutunun aspiranturasında təhsilini davam etdirmiş və 1955-ci ildə hüquq elmləri namizədi alimlik dərəcəsi almışdır. Bakı Elmi–Tədqiqat Kriminalistika Laboratoriyasının yaradıcısı olan F.E. Davudovun gərgin əməyi sayəsində bu laboratoriya sonralar İnstituta, mükəmməl bir elm ocağına çevrilmişdir.
O, uzun illər Azərbaycan Elmi-Tədqiqat Məhkəmə Ekspertizası İnstitutunun direktoru olmuş, Azərbaycan üçün böyük mütəxəssis qrupu yaratmış, kriminalistika elminin inkişafına dəyərli töhfələr vermişdir.
F.E. Davudov 1983-cü ildə 57 yaşında ikən avtomobil qəzası nəticəsində vəfat etmişdir.
Əsas elmi əsərləri
Актуальные задачи судебной экспертизы в деле совершенствования борьбы с преступностью. Баку, 1972 Процессуальные и организационно методические формы использования возможностей науки и техники в целях расследования и профилактики преступлений. Тбилиси, 1972
Mənbə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi
Kateqoriya:Azərbaycan alimləri Kateqoriya:Azərbaycanlı alimlər Kateqoriya:Hüquq elmləri doktorları Kateqoriya:Professorlar Kateqoriya:Bakı Dövlət Universitetinin məzunları Kateqoriya:Astarada (Azərbaycan) doğulanlar Kateqoriya:Bakıda vəfat edənlər Kateqoriya:Yol-nəqliyyat hadisəsində ölənlər