İmanov Elçin Bəhrəm oğlu () — azərbaycanlı aktyor, rejissor.
Həyatı Elçin İmanov 1971-ci il yanvar ayının 11-də Yardımlı rayonunun Tilə kəndində anadan olub. 1978-ci ildə Yardımlı rayonunun Tilə kənd ibtidai məktəbinin birinci sinfinə qəbul olunub. 1988-ci ildə Masallı rayonunun C. Cabbarlı adına Ərkivan kənd orta məktəbini bitirib və həmin ildə M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutuna daxil olub. İnstitutda oxuyarkən 1990-cı ildə S. Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında işə başlayıb. 1993-cü ildə institutu bitirib və həmin ildən teatrda baş səhnə maşinisti kimi fəaliyyətini davam etdirib. Bundan başqa teatrda həm də aktyor kimi fəaliyyət göstərir.
1996-cı ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrında artist vokalist kimi çalışır. Həmçinin İctimai televiziyada rejissor kimi bir neçə verlişin müəllifi olub. 2005-ci ildə "Tənbəlin toyu" filmi ilə özünü rejissor kimi də sınayıb. Bununla yanaşı şoumenlik və aparıcılıq da edir.
Hazırda teatr və televiziya işi ilə yanaşı Bakı Dövlət Sirkində aparıcı kimi fəaliyyət göstərir.
Ailəlidir. Bir övladı var.
Tamaşalar Hərənin öz ulduzu — Əlibala Lənkəran xanın vəziri — Hacı Salah Məşədi İbad — qorodovoy və Qoçu Əsgər Diqqət, şəhərdə manyak var — rejissor Qısqanc ürəklər — Telman Maritsa — Penijek Burla Xatun — I kafir Mənim sevimli dəlim — poçta gələn adamlardan biri Əlin cibində olsun — xəfiyyə Mənim ərim dəlidir — xidmətçi Poçtda xəyal — poçt işçisi Şeyx Sənan — kor ərəblə gəzən Dəli dünya — içki düşkünü
Filmoqrafiya Nəfsin bəlası — Nicat Tənbəlin toyu — gəlinin atası Şaxta Baba əməliyyatı — polis rəisi Bizim Bayram — sahə müvəkkili Köhnə məhəllədə yeni il — arxitektor Həyat varsa (Kəlmeyi şəhadət) — Arif Həyat varsa (Qonşu haqqı) — Qalib Şah ölüm (Tarixi-bədii-sənədli film) — Mustafa ağa
Teleseriallar Pərvanələrin rəqsi (serial, 2012) — Əhməd həkim Həkimlər — Sabir həkim Məhkumlar — Kamil Köpək bürcü — türmə rəisi Toy gecəsi (serial, 2013)
İstinadlar
Kateqoriya:Azərbaycan aktyorları Kateqoriya:Azərbaycan rejissorları Kateqoriya:XXI əsr Azərbaycan aktyorları