Yavər Maarif oğlu Rzayev — Azərbaycan kino rejissoru, ssenari müəllifi, aktyor, rejissor assistenti, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (2008).

Həyatı 1 noyabr 1956-cı ildə Bakıda anadan olub. 1975—1980-cı illərdə M.A.Əliyev adına ADİİ-da, 1985—1990-cı illərdə Moskvada ÜDKİ-da təhsil alıb. "Azərbaycanfilm" kinostudiyasında bir neçə sənədli və bədii filmin rejissorudur.

2015-ci ildə "İlahi məxluq" filminə görə "Ən yaxşı orijinal ssenari" nominasiyasında "Qızıl Pəri" mükafatına layiq görülmüşdür.

Filmoqrafiya Əlavə iz (film, 1981) Bəyin oğurlanması (film, 1985) Qəm pəncərəsi (film, 1986) Axırıncı addım (film, 1989) Haray (film, 1990) Dözümlü minarələr (film, 1991) Fövqəldünya və ya qəsdsiz məntiqi səhv (film, 1992) Sarı gəlin (film, 1998) Keçid (film, 2005) Niyyət (film, 2010) (ssenari müəllifi) Sabiri düşünərkən... (sənədli film, 2010) İlahi məxluq (film, 2011) Aziya (film, 2015) Yarımçıq xatirələr (film, 2015) (ssenari müəllifi) Xeyirlə şərin rəqsi (film, 2015) (ssenari müəllifi, quruluşçu rejissor) Bizim Həsən müəllim (film, 2020) Cənnət yuxusu (film, 2025) (ssenari müəllifi)

İstinadlar

Mənbə Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 816.

Kateqoriya:Azərbaycan kinorejissorları Kateqoriya:Azərbaycan aktyorları Kateqoriya:Ssenaristlər Kateqoriya:Rejissor assistentləri Kateqoriya:Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun məzunları Kateqoriya:Bakıda doğulanlar