Nəsib Məhəmməd oğlu Məhəməliyev () — Azərbaycan Milli Məclisinin V, VI və VII çağırış deputatı (2015-ci ildən), Nəsimi Rayon İcra Hakimiyyətinin (2006–2015) və Balakən Rayon İcra Hakimiyyətinin (2000–2006) sabiq başçısı.
Həyatı Nəsib Məhəmməd oğlu Məhəməliyev 11 fevral 1961-ci ildə Balakən rayonunda anadan olmuşdur. 1982–1987-ci illərdə Kuybşev Dəmir Yolu Nəqliyyatı Mühəndisləri İnstitutunun Dəmiryol nəqliyyatında "Daşınma prosesinin idarə olunması" ixtisası üzrə, 1991–1995-ci illərdə isə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini "hüquqşünaslıq" ixtisası üzrə bitirib.
Siyasi fəaliyyəti 2000–2006-cı illərdə Balakən Rayon İcra Hakimiyyətinin başçısı, 2006–2015-ci illərdə isə Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır.
2024-cü il oktyabrın 8-də Azərbaycan — Litva parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri seçilib.
3 fevral 2025-ci ildə Milli Məclisin İntizam komissiyasının tərkibinə daxil edilib.
Partiya fəaliyyəti Nəsib Məhəməliyev bir müddət Vətəndaş Həmrəyliyi Partiyasının Balakən Rayon Təşkilatının sədr müavini olmuşdur, lakin o, daha sonra partiyadan istefa verərək Yeni Azərbaycan Partiyasına üzv olmuşdur.
İstinadlar
Kateqoriya:Balakən Rayon İcra Hakimiyyətinin başçıları Kateqoriya:Nəsimi Rayon İcra Hakimiyyətinin başçıları Kateqoriya:Azərbaycan Milli Məclisinin V çağırış deputatları Kateqoriya:Azərbaycan Milli Məclisinin VI çağırış deputatları Kateqoriya:Azərbaycan Milli Məclisinin VII çağırış deputatları