Zakir Bəybala oğlu Quliyev (1 aprel 1966, Sabirabad rayonu) — Azərbaycan Respublikasının əməkdar mühəndisi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) sədrinin müşaviri (2026-cı ildən). Əvvəllər ADSEA-nın tabeliyində olan Regional Su Meliorasiya Xidməti publik hüquqi şəxsin İdarə Heyətinin sədri (2024–2026) və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədr müavini (2006–2024) olmuşdur.
Həyatı Zakir Quliyev 1 aprel 1966-cı ildə Sabirabad rayonunda anadan olub.
1991-ci ildə Novoçerkassk Mühəndis-Meliorasiya İnstitutunu, 2003-cü ildə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasını bitirib.
Fəaliyyəti 1986–1991-ci illərdə Azərbaycan Respublikası Kənd Tikinti İstehsalat Birliyinin Sabirabad 8 saylı İxtisaslaşdırılmış Səyyar Mexanikləşdirilmiş Dəstəsində fəhlə, iş ustası, mühəndis və baş mühəndis vəzifələrində çalışmışdır. 1991–1998-ci illərdə həmin idarənin rəisi vəzifəsində işləmişdir.
1998–2006-cı illərdə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətində müxtəlif rəhbər vəzifələrdə çalışmışdır. Bu dövrdə Sabirabad Suvarma Sistemləri İdarəsinin və Kür-Araz çaylarında Bəndlərin İstismarı İdarəsinin rəisi vəzifələrini tutmuşdur.
2006–2024-cü illərdə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədr müavini vəzifəsində fəaliyyət göstərmişdir.
26 iyun 2024-cü ildən 2026-cı ilin oktyabrınadək Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan Regional Su Meliorasiya Xidməti publik hüquqi şəxsin İdarə Heyətinin sədri olmuşdur.
2026-cı ilin oktyabrında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinin əmri ilə Agentlik sədrinin müşaviri vəzifəsinə təyin edilmişdir.
Mükafatları Meliorasiya və su təsərrüfatının inkişafı sahəsindəki xidmətlərinə görə 2009-cu ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Əməkdar mühəndis" fəxri adına layiq görülüb. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 iyun tarixli Sərəncamı ilə su təsərrüfatı və meliorasiya sahəsində səmərəli fəaliyyətinə görə 3-cü dərəcəli "Əmək" ordeni ilə təltif edilib. 2024-cü ildə Bakı şəhərində keçirilmiş BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) fəal iştirakına görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən "Təşəkkürnamə" ilə təltif olunub. Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 5 iyun tarixli Sərəncamı ilə su təsərrüfatı və meliorasiya sahəsində səmərəli fəaliyyətinə görə 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib.
Şəxsi həyatı Ailəlidir, üç övladı var.
İstinadlar
Xarici keçidlər Rəsmi tərcümeyi-hal — Regional Su Meliorasiya Xidmətinin saytı
Kateqoriya:1966-cı ildə anadan olanlar Kateqoriya:Sabirabad rayonunda anadan olanlar Kateqoriya:Azərbaycan mühəndisləri Kateqoriya:Azərbaycan Respublikasının əməkdar mühəndisləri