Asif İmaməliyev () — Azərbaycan Respublikası Milli Məclisinin II çağırış deputatıİkinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatları haqqında seçildikləri tarixə olan qısa MƏLUMATLAR. meclis.gov.az ; Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatında Siyasi təhlil, maarifləndirmə və seçkilərlə iş şöbəsi müdirinin müaviniYAP Icra katibliyində yeni sektor müdiri təyin edildi . yap.org.az, 19.06.2017, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası Dissertasiya Şurası Nəzdində "Siyasi Nəzəriyyə" ixtisası üzrə Elmi Seminarın üzvü, siyasi elmlər üzrə fəlsəfə doktoru.
Həyatı Asif İmaməliyev 1969-cu il aprelin 29-da Ermənistan SSR Qafan şəhərində müəllim ailəsində anadan olmuşdur.1976–1986-cı illərdə orta təhsilini Sumqayıt şəhər 9 və 10 saylı məktəblərdə almışdır.1987–1989-cu illərdə hərbi xidmətdə olmuşdur.1986-cı ildə qəbul olmuş 1995-ci ildə Azərbaycan İnşaat Mühəndisləri Universitetini, 2000-ci idə daxil olmüş 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirmişdir.
Siyasi elmlər üzrə fəlsəfə doktorudur.
Əmək fəaliyyəti 1986–1987-ci illərdə Sumqayıt şəhər Rabitə Qovşağında çilingər, idman üzrə instruktor – metodist 1987–1989-cu illərdə Sovet ordusu sıralarında taqım komandiri 1989–1992-ci illərdə Sumqayıt şəhər Rabitə Qovşağında mexannik 1992–1997-ci illərdə Azərbaycan Respublikası Tikinti və Yenidənqurma üzrə İstehsalat Birliyinin 4 saylı Təmir-tikinti İdarəsində iş icraçısı, 26 saylı Təmir-tikinti İdarəsində rəis, 2 saylı Təmir-tikinti Trestində baş mühəndis, Birliyin Kommersiya işləri üzrə baş direktorunun müavini, 17 saylı Təmir-tikinti Trestinin baş mühəndisi və müdir əvəzi 1997–2000-ci illərdə Azərbaycan Respublikası Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsində su ehtiyatları üzrə müfəttiş 2000–2003-cü illərdə Sumqayıt şəhər bələdiyyəsində təşkilat işi və daimi komissiyalarla iş şöbəsinin müdiri 2003–2005-ci illərdə Azərbaycan Respublikası Milli Məclisində deputat, regional məsələlər daimi komissiyasının üzvü 2005–2017-ci illərdə Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının sədri 2017–2021-ci illərdə Yeni Azərbaycan Partiyası İcra Katibliyində seçkilər ilə əlaqədar sektor müdiri 2021-ci ildən Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatında Siyasi təhlil, maarifləndirmə və seçkilərlə iş şöbəsi müdirinin müavini vəzifəsində işləyir.
İctimai-siyasi fəaliyyəti 1988-ci ildə Sverdlovsk vilayətinin Novouralsk şəhər Partiya Komitəsinin qərarı ilə Kommunist partiyasının üzvlüyünə namizəd 1992-ci ildən Yeni Azərbaycan Partiyasının üzvü 1997–2006-cı illərdə YAP Gənclər Birliyinin İdarə Heyətinin üzvü, Sumqayıt şəhər Gənclər Birliyinin sədr 1997–2005-ci illər YAP Sumqayıt şəhər təşkilatının təşkilatı işlər üzrə sədr müavini 2005–2017-ci illər YAP Sumqayıt şəhər təşkilatının sədri 1999–2001-ci illər YAP Siyasi Şurasının üzvü 2001–2021-ci illər YAP Mərkəzi Nəzarət-Təftiş Komissiyasının üzvü
Seçkili orqanlarda iştirakı Sumqayıt şəhər bələdiyyəsinin I çağırış üzvü Azərbaycan Respublikası Milli Məclisinin II çağırış deputatı
Ailəsi Ailəlidir. 4 övladı, 2 nəvəsi var.
Atası Ağalar Bəylər oğlu İmaməliyev(10.04.1939–16.05.2022) kimya elmləri namizədi, Sumqayıt Dövlət Universitetinin müəllimi.
Anası Elmira Ziyəddin qızı Hacıyeva (20.03.1951–22.12.2021).
Mükafatları 19.11.2009 — "Tərəqqi" medalı"Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2009-cu il tarixli 590 nömrəli Sərəncamı. e-qanun.az (Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafında göstərdiyi xidmətlərinə görə). 02.02.2024 "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı.
Elmi məqalələri Yeniləşmə və inkişaf yolu ilə. "Məslək" qəzeti, 24.11.2006 Qəzet daim öndə getməlidir. "Məslək" qəzeti, 14.02.2007 "Azərkimya" yüksəlişə doğru. "Azərbaycan" qəzeti, 22.07.2007 Partiyanın ən qabaqcıl dəstələrindən biri. "Məslək" qəzeti, 28.02.2008 Cəmiyyət İlham Əliyevin namizədliyinin irəli sürülməsində israrlıdır. "İki sahil" qəzeti, 29.02.2008 Heydər Əliyev dünyanın ən böyük, ən fədakar azərbaycanlısı idi. "Sumqayıt" qəzeti, 26.04.2008 Sumqayıt şəhəri ölkənin dinamik inkişafında inamla iştirak edərək, bu prosesə layiqli töhfələr verir. "Yeni Azərbaycan" qəzeti, 07.11.2009 Политический анализ западных моделей местного самоуправления // Межкультурные коммуникации. Международное научно-периодическое издание. Тбилиси, 2011, № 2, с.146"AZƏRBAYCAN RESPUBLİKASINDA YERLİ HAKİMİYYƏT SİSTEMİNDƏ BƏLƏDİYYƏLƏRİN YERİ VƏ ROLU" (AVTOREFERAT) . Heydər Əliyev və Azərbaycanda yerli özünüidarəetmənin formalaşması // Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90-cı illiyinə həsr olunmuş Elmi konfransın tezisləri. DİA, Bakı, 2012. s.172. Böyük Britaniyada və Fransada yerli özünüidarəetmənin xüsusiyyətləri // Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci illiyinə həsr olunmuş Elmi konfransın tezisləri. DİA, Bakı, 2013, s.212. Yerli hakimiyyət institutu probleminə nəzəri yanaşmalar // Dövlət İdarəçiliyi: nəzəriyyə və təcrübə, 2015, № 1, s.219. Azərbaycan Respublikasında yerli özünüidarəetmənin konstitusion-hüquqi əsasları // Bakı Avrasiya Universitetinin Sivilizasiya jurnalı — mart 2015, № 3, s.10. Azərbaycan Respublikasında bələdiyyələrin strukturu və fəaliyyət istiqamətləri // Bakı Avrasiya Universitetinin Sivilizasiya jurnalı — mart 2015, № 7, s.134. Yerli hakimiyyətin həyata keçirilməsində icra hakimiyyəti və bələdiyyə orqanları münasibətləri // Bakı Avrasiya Universitetinin Sivilizasiya jurnalı. mart 2016, №.3, s.175. "İlham Əliyev və yeni Sumqayıt" məqaləsi. "İlham Əliyev – 8 il hakimiyyətdə" Elmi-praktik konfransın materialları. Sumqayıt, 2011. "Şərq-Qərb", Bakı-2011e-kataloq ek.anl.az "İlham Əliyev və yeni Sumqayıt" məqaləsi. "İlham Əliyev – 10 il hakimiyyətdə" Elmi-praktik konfransın materialları. Sumqayıt, 2013. "Şərq-Qərb", Bakı-2013, s.13. ISBN 978-9952-489-10-1Kitab haqqında "İlham Əliyev – 10 il hakimiyyətdə" Elmi-praktik konfransın materialları. Sumqayıt, 2013
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Siyasi elmlər üzrə fəlsəfə doktorları Kateqoriya:Azərbaycan Milli Məclisinin II çağırış deputatları Kateqoriya:Sumqayıt bələdiyyəsinin üzvləri Kateqoriya:Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvləri