Tağıyev pasajı — Bakıda XIX əsrin sonlarında və XX əsrin əvvəllərində fəaliyyət göstərmiş ticarət mərkəzi.

Tarix Tağıyev pasajının binası 1896-cı ildə Hacı Zeynalabdin Tağıyevin sifarişi ilə tikilmişdi. Bina arxitektor Kazimir Skureviçin proyekti əsasında klassik üslubda"Казимир Скуревич" — polonia-baku.org . Retrieved 24 July 2013. inşa edilmişdir."Архитекторы Баку" — www.window2baku.com. Retrieved 24 July 2013.

Tağıyev pasajının yerləşdiyi küçə Olqinskaya adlanırdı. Küçə Qafqaz çanişini (6.12.1862-27.07.1881) "великий князь Михаил Николаевич" — regiment.ru . Retrieved 24 July 2013. Mixail Nikolayeviç Romanovun xanımı knyaqinya Olqa Fyodorovnanın şərəfinə adlandırılmışdı.

"Tağıyev pasajında (Köhnə univermaq) Dorojnov hər növ hazır paltar satırdı; kişi, arvad, uşaq libasları, yun, ipək, kətan paltarlar..."

Tağıyev pasajı Sovet İttifaqı zamanında “Köhnə univermaq” və ya Bakı Universal Mağazası (BUM) adlanırdı. Hal-hazırda həmin binada bir neçə brendə aid geyim dükanları yerləşir.

Tağıyev pasajının yerləşdiyi Olqinskaya küçəsi Sovet İttifaqı zamanında Caparidze küçəsi "Старые наименования улиц и площадей Баку" — www.window2baku.com. Retrieved 24 July 2013. adlanırdı. İndi isə həmin küçə Məhəmməd Əmin Rəsulzadənin adını daşıyır.

İstinadlar

Kateqoriya:Bakı memarlığı Kateqoriya:Bakı abidələri Kateqoriya:Bakıdakı ticarət mərkəzləri