Faciə — əsasını barışmaz həyat konfliktləri, xarakter və ehtirasların kəskin toqquşması təşkil edən və adətən qəhrəmanının ölümü ilə nəticələnən dramatik əsər; tragediya. Attika faciəsi - (hərfi "keçilərin mahnısı"). Yunanıstanda lirika özünü arxaika dövründə ifadə etdiyi kimi, e.ə V əsr Afina ədəbi, bədii yaradıcılığın mərkəzi olanda, faciə(traqediya) və məsxərə(komediya) dili ilə danışdı. Faciə xorla,keçi dərisi geyinmiş və Dionisin daimi yoldaşlarını təsvir edən "satir"lar tərəfindən oxunan mahnılardan, difiramlardan yaranmışdı. Satirlərin yaxud "keçilərin" belə xorları, artıq e.ə VII əsrdə, bütün Yunanıstanda mövcud idi. Pisistratın, ümumdövlət Böyük Dionisilər bayramını təsis etməsinin sayəsində, xalqın Dionisi kultu indi artıq rəsmi hökumətin dəstəyinə arxalanmağa başladı.

Ən tanınmış faciə yazıçıları: Şekspir, Esxil, Sofokl, Evripid, Jan Rasin. Azərbaycan ədəbiyyatında faciə janrının banisi Nəcəf bəy Vəzirov olmuşdur. Hüseyn Cavid isə ilk mənzum faciəni ("Ana") yazmışdır.

Ədəbiyyat Adil Əsədov. Faciə və gülüş kontrastı fəlsəfi kontekstdə mövzusu ətrafında ötən əsrlərdən üzübəri davam edən virtual mükalimə // Adil Əsədov. Fəlsəfi pentalogiya: Birinci bölüm - Gözəlliyin fəlsəfəsi. Kitab 1. Bakı, Elm, 2024. s.456-464

Adil Əsədov. Mahiyyətin gerçəkləşdirilməsinə hazırsızlığın incəsənət zəminli təqdimatları: Gülüş və faciə bədii yaradıcılıq kontekstində // Adil Əsədov. Fəlsəfi pentalogiya: Birinci bölüm - Gözəlliyin fəlsəfəsi. Kitab 2. Bakı, Elm, 2024. s.460-477

История культуры Древней Греции и Рима. Москва "Высшая школа" 1990 səh. 109

İstinadlar

Kateqoriya:Dramatik növün janrları Kateqoriya:Teatr janrları Kateqoriya:Dramaturgiya Kateqoriya:Yunan ixtiraları Kateqoriya:Dramlar Kateqoriya:Humanitar sahə Kateqoriya:Faciə (janr) Kateqoriya:Qədim ixtiralar Kateqoriya:Qədim Yunanıstan teatrı