Kanal D — 1993-cü ildə İstanbulda fəaliyyətə başlamış Türkiyənin özəl televiziya kanallarından biri. Hazırda "Dəmirörən Holdinq" şirkətinə məxsusdur.
Tarixçə "Kanal D" Ayxan Şəhənk — Aydın Doğan ortaqlığı ilə təsis edilmişdir. O dövrdə Türkiyədə Interstar, Show TV, Flash TV, HBB, Kanal 6, Samanyolu TV, TGRT və ATV olmaqla 9 özəl-ümumrespublika telekanalı var idi. 10-cu ümumrespublika telekanalı olan "Kanal D" 1993-cü il sentyabrın 16-da test yayımına başlamış, 1993-cü il dekabrın 19-da isə əsas yayıma keçmişdir. Kanalın səhmləri 1994-cü ildə Aydın Doğana verilmişdi. Həmin il kanalın loqotipi də dəyişdi.
2004-cü ildə rəqəmsal yayıma keçmişdir. Baş qərargahı Almaniyada olan Euro D, kanalın, Türkiyə xaricindəki ilk şöbəsidir. Kanalın ikinci şöbəsi isə Rumıniyada yerləşir. Kanal D həmçinin Türkiyədə HD yayıma keçən ilk milli televiziya kanalı olmuşdur. 5 sentyabr 2005-ci ildən 15 yanvar 2013-cü ilə qədər telekanlın əsas xəbər buraxılışını və "32-ci gün" verilişini məşhur jurnalist Məmməd Əli Birand təqdim etmişdir. 1 iyul 2013-cü ildə 16:9 formatlı yayıma keçmişdir.
Kanal D HD Kanal D-nin HD kanalı 1 oktyabr 2006-cı ildə "DHD TV" adıyla yayıma başlamışdır. Türkiyənin ilk HD kanalıdır. Bir müddət sonra yayımı dayandırılmışdır. Lakin 1 sentyabr 2008-ci il tarixindən etibarən təkrar yayımlanmağa başladı. 18 sentyabr 2014-cü ildə isə ödənişsiz yayıma keçmişdir.
Azərbaycanda Telekanal 2000-ci illərin əvvəlində Bakıda da yayımlanmağa başlamışdı. Lakin 3 yanvar 2006-cı ildə Milli Televiziya və Radio Şurasının qərarı ilə Bakı yayımı dayandırılmışdır. Kanalın Azərbaycanda da kifayət qədər tamaşaçı kütləsi var idi. Daha sonra isə 5 iyun 2015-ci ildə "CNN Türk" və "Samanyolu Haber" kanalları ilə birlikdə Azərbaycanda yayımı qadağan olunmuşdur. Buna səbəb olaraq həmin kanalların anti-Azərbaycan təbliğatı göstərilmişdir. Lakin həmin il Hürriyət qəzetində dərc olunan məqalələrdən bu təbliğatın anti-Azərbaycan olmadığı görülmüşdür.
Günümüzdə yayımladığı serialları Tezliklə: Susuz Yaz Tezliklə: Karakuyu Tezliklə: İyilik Öğretmeni 2024:- Uzak Şehir (Bazar Ertəsi 21:00) 2026:- Haysiyet (Çərşənbə Axşamı 21:00) 2025:- Güller ve Günahlar (Şənbə 21:00) 2026:- Daha 17 (Bazar 21:00)
Loqolar
İstinadlar
Xarici keçidlər Kanal D | Web Kanal D | Facebook Kanal D | Instagram Kanal D | Twitter Kanal D | YouTube Kanal D | Google+ Kanal D | Canlı
Kateqoriya:Televiziya kanalları Kateqoriya:Türkiyə televiziya kanalları Kateqoriya:1993-cü ildə yarananlar Kateqoriya:16 sentyabrda yarananlar Kateqoriya:Türk dilində televiziya kanalları