Yevgeni Yevtuşenko () — məşhur rus və sovet şairi, nasir, publisist, aktyor. Ədəbiyyat üzrə iki dəfə Nobel mükafatı namizədi (1963 və 2010-cu ildə)

Həyatı 1932-ci ildə anadan olmuş Yevtuşenko keçmiş SSRİ-nin ən böyük şairlərindən hesab olunur. Baltikyanı almanlardan olan həvəskar şair Aleksandr Qanqnusun ailəsində anadan olmuşdur. Sonradan anası oğluna öz soyadını verib.

1949-cu ildən dərc olunmağa başlayan şair Stalin sonrası dövrün ən populyar şairlərindən hesab olunur. Şairliklə yanaşı, roman yazarı, publisist, aktyor kimi də tanınan Yevgeni Yevtuşenko dəfələrlə xarici səfərlərlə olmuş, Qərb ölkələrində əsərləri dərc olunmuşdur.

O, 1991-ci ildə Amerika Birləşmiş Ştatlarının Talsa Universiteti ilə müqavilə bağlayaraq ailəsi ilə birlikdə ölkəni tərk etmişdir. Ara-sıra Rusiyaya dönsə də, ömrünün sonlarına qədər Amerikada yaşamışdır.

1 aprel 2017-ci ildə xərçəng xəstəliyindən vəfat etmişdir. Vəsiyyətinə görə, 11 aprel 2017-ci ildə Peredelkino qəbristanlığında şair Boris Pasternakın məzarı yanında dəfn olunmuşdur.

Şair Yevgeni Yevtuşenko Xuraman Abbasovaya “Örpək” adlı şeir həsr etmişdir.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Rusiyada doğulanlar Kateqoriya:SSRİ ssenaristləri Kateqoriya:SSRİ şairləri Kateqoriya:ABŞ şairləri Kateqoriya:SSRİ yazıçıları Kateqoriya:Rus şairlər Kateqoriya:XX əsr ABŞ yazıçıları Kateqoriya:XXI əsr ABŞ yazıçıları Kateqoriya:"Azad Rusiyanın müdafiəçisi" medalı ilə təltif olunanlar Kateqoriya:Rusiya ssenaristləri Kateqoriya:XX əsrin ssenaristləri Kateqoriya:XXI əsr şairləri Kateqoriya:XX əsr publisistləri Kateqoriya:XX əsr Rusiya yazıçıları Kateqoriya:Rusiya publisistləri Kateqoriya:SSRİ publisistləri Kateqoriya:XXI əsr publisistləri Kateqoriya:Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvləri