İsa Muğanna (tam adı: İsa Mustafa oğlu Hüseynov; ) — Azərbaycanlı yazıçı, ssenarist və kinoredaktor, Azərbaycan SSR xalq yazıçısı (1988), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1976).

Həyatı İsa Hüseynov (İsa Muğanna) 1928-ci ildə Qazax qəzasının Muğanlı kəndində dünyaya gəlib.

Atası Mustafa məktəb müəllimi olub. Orta məktəbi bitirdikdən sonra N.Nərimanov adına Tibb Universitetinə daxil olsa da (1945) 4 ay sonra kəndə qayıdıb. Sonradan Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olub. 1952-ci ildə Moskvadakı M.Qorki adına Ədəbiyyat İnstitutunu bitirib.

Azərnəşrdə Ədəbiyyat şöbəsinin redaktoru (1952–1954), "Literaturnıy Azerbaydjan" qəzetində nəsr şöbəsinin müdiri (1960–1964), C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasındaАзербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13. baş redaktor (1964–1968)Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 814., redaktor (1968–1974), Ssenari şurası üzvü (1974–1979), Azərbaycan SSR Dövlət Kinemotoqrafiya Komitəsində baş redaktor (1979) vəzifələrində çalışıb.

Yaradıcılığı 1948-ci ildən ədəbi fəaliyyətə başlamış İsa Muğannanın "Anadil oxuyan yerdə" yazısı ilk dəfə 1949-cu ildə "İnqilab və Mədəniyyət" qəzetində çap edilib. 1950-ci illərdən etibarən kitabları nəşr olunub. Ssenariləri əsasında ("26 Bakı Komissarı", "Nəsimi", "Ulduzlar sönmür" , "Tütək səsi" , "Nizami" və s.) filmlər çəkilmiş, əsərləri xarici dillərə tərcümə olunmuşdur. "26 Bakı Komissarı" filmi 1968-ci ildə Ümumittifaq Leninqrad Festivalının ən yaxşı tarixi-inqilabi film mükafatını almışdır.

Mükafatları "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 23 dekabr 1976Respublika kino sənəti işçilərinə Azərbaycan SSR fəxri adlarının verilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 23 dekabr 1976-cı il tarixli Fərmanı — anl.az saytı "Qırğızıstan Yazıçılar İttifaqı" diplom və prizi — 1976 "Şərəf nişanı" ordeni — 1978 Azərbaycan SSR xalq yazıçısı" fəxri adı — 23 iyun 1988 "İstiqlal" ordeni — 11 iyun 1998 Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 11 iyun 2002 "Nəsimi" mükafatı — 2012

Kitabları "Bizim qızlar" pyesi - 1953 "Dan ulduzu" pyesi - 1955 "Hekayələr" - 1957 "Yanar ürək" pyes - 1960. "Doğma və yad adamlar" roman -1962. "Teleqram" povest - 1963. "Yanar ürək" roman - 1965. "Tütək səsi" (pyes və hekayələr) - 1965. "Pyeslər" 1967. "Kollu koxa" - (pyes və hekayələr) - 1969. "Ömrümdə izlər" - 1971. "Saz" povest - 1971. Seçilmiş əsərləri (roman və pyeslər), 1972. "Yanar ürək", "Doğma və yad adamla" - 1979. "Məhşər" roman - 1979. "İdeal" roman - 1985. "Türfə" roman - 2009anl.az "Qəbiristan" roman - 2013 "Cəhənnəm" roman - 2013 "GurÜn" roman - 2013 "İsahəq-Musahəq" roman - 2013 "İlan dərəsi" (povestlər)

Filmoqrafiya Arvadım mənim, uşaqlarım mənim (film, 1978) Dəli Kür (film, 1969) İyirmialtılar (film, 1966) Qərib cinlər diyarında (film, 1977) Liderlik missiyası. 1-ci hissə (film, 2008) Nəsimi (film, 1973) Nizami (film, 1982) Od içində (film, 1978) Tütək səsi (film, 1975) Ulduzlar sönmür (film, 1971) Zəlimxan dastanı (film, 2007)

Müsahibə

Ölümü Yazıçı İsa Hüseynov uzun müddət xroniki ürək çatışmazlığından əziyyət çəksə də heç vaxt yataq xəstəsi olmayıb. 2014-cü il 1 aprel tarixində gecəyarısı qəfildən vəfat etmişdir. Dəfn mərasimi xaricdə yaşayan nəvəsinin gəlişi və iştirakı ilə Fəxri Xiyabanda gerçəkləşmişdir.

Xatirəsi 31 may 2018-ci ildə Azərbaycan prezidenti İsa Muğannanın 90 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalamışdır.

İstinadlar

Mənbə Azərbaycan Sovet Ədəbiyyatı Tarixi. 2 cilddə. I cild. Bakı: 1967, Azərbaycan Sovet Ədəbiyyatı Tarixi. Bakı: 1988, Ədəbi Proses-76. Bakı: 1978, Sosialist Realizmi müasir mərhələdə. Bakı: 1987, Xamis Muradov. Kinofabrikdən başlanan yol. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 4. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 272–274.

İsa Hüseynov, yoxsa İsa Muğanna?

Xarici keçidlər

Sabiq rəsmi veb-saytı

Kateqoriya:Azərbaycan yazıçıları Kateqoriya:Azərbaycanlı yazıçılar Kateqoriya:Azərbaycan romançıları Kateqoriya:Azərbaycan ssenaristləri Kateqoriya:SSRİ yazıçıları Kateqoriya:SSRİ ssenaristləri Kateqoriya:XXI əsr Azərbaycan yazıçıları Kateqoriya:XX əsr Azərbaycan yazıçıları Kateqoriya:Azərbaycan kommunistləri Kateqoriya:SSRİ-nin "Qırmızı əmək bayrağı" ordeni ilə təltif edilənlər Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüləri Kateqoriya:Maksim Qorki adına Ədəbiyyat İnstitutunun məzunları Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyasının üzvləri Kateqoriya:Qəzet redaktorları Kateqoriya:Azərbaycan redaktorları