Allahverdiyeva Ramella Allahverdi qızı (d. 15.8.1950, Xankəndi) — Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi (2011 - h/h).
Həyatı Azərbaycan Respublikası Apelyasiya Məhkəməsinin hakimi (2000-ci ildən). Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir (1978). 1979-1982-ci illərdə Azərbaycan Respublikası DQMV Məhkəməsinin hakimi, 1982-1990-cı illərdə Şuşa şəhər məhkəməsinin hakimi, 1990-2000-ci illərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi, 2007-2011-ci Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin hakimi, 2011 - h/h Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi vəzifələrində işləmişdir.
İstinadlar
Kateqoriya:Xankəndidə doğulanlar Kateqoriya:Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri