Hayao Miyazaki (; ) — Yaponiya film rejissoru, prodüseri, ssenari müəllifi, animasiyaçısı, yazıçısı və manqa rəssamı. Film və animasiya studiyası Studio Ghiblinin həmtəsisçisidir. O, usta hekayəçi və anime bədii filmləri yaradan rejissor kimi beynəlxalq bəyənmə qazanmışdır və ən böyük animasiya rejissorlarından biri olaraq qəbul edilir.
Tokionun Bunkyo şəhərində anadan olan Miyazaki, erkən yaşlarında animasiya və manqaya marağını ifadə edərək, 1963-cü ildə Toei Animation şirkətinə qatıldı. Şirkətdə ilk illəri əsnasında rəssamlarla birgə çalışmış və sonralar rejissor İsao Takahata ilə əməkdaşlıq etmişdir. Miyazakinin şirkətdə işlədiyi zamanlar çəkilmiş görkəmli filmlərə "İtlər martı" () və "Qulliverin aydan başqa səyahəti" () daxildir. O, 1971-ci ildə Shin-Ei Animation şirkətinə keçməzdən əvvəl, Toei Animationda "Çəkməli pişik" () və "Heyvan xəzinəsi adası" () filmlərinə, daha sonra isə Takahata ilə birgə "Üçüncü Lupin: Birinci hissə" () filminə quruluş vermişdir. 1973-cü ildə Miyazaki Zuiyō Eizō (Daha sonralar Nippon Animation adı ilə tanınmışdır) şirkətinə qatılmış, burada "Dünya şahəsər teatrı" () filminin animasiyaçısı olmuş, "Kanon — gələcək oğlan" () televiziya serialına rejissorluq etmişdir. 1979-cu ildə Miyazaki Telecom Animation Film/Tokyo Movie Shinsha şirkətinə qatılmışdır və elə həmin ildə ilk bədii filmi olan "Kaqliostro qalası" () filminə, 1984-cü ildə "Küləklər vadisindən Navsikaya" () filminə, eləcə də "Şerlok Hond" () televiziya serialına rəhbərlik etmişdir.
Miyazaki 1985-ci ildə Studio Ghibli şirkətini təsis etdi. Onun bu şirkətdə quruluş verdiyi çoxsaylı filmlərə, 1986-cı ildə "Səma qəsri Laputa" (), 1988-ci ildə "Mənim qonşum Totoro" (), 1989-cu ildə "Kikinin çatdırma xidməti" (), 1992-ci ildə "Porko Rosso" filmləri daxildir. Filmlər Yaponiyada kommersiv və tənqidi müvəffəqiyyətlərlə qarşılandı. Miyazakinin "Şahzadə Mononoke" () filmi ilk animasiya filmi olaraq Yaponiya Akademiyası İlin Filmi Mükafatını qazandı və 1997-ci ildə buraxıldıqdan sonra Yaponiyada ən yüksək gəlirli film oldu. Filmin Qərb dünyasında nümayiş etdirilməsi Studio Ghiblin şirkətinin nüfuzunu artırdı və Yaponiyanın xaricində təsiri oldu. Onun 2001-ci il istehsalı "Ruhlarla sovrulanlar" () cizgi-filmi Yaponiya film tarixində ən yüksək gəlirli filmə çevrilərək 75-ci Akademiya mükafatlarının Ən yaxşı anime filmi nominasiyasında Oskar mükafatını qazandı və son onillik ərzində ən yüksək film hesab edildi. Miyazakinin digər filmləri də — "Haulun yeriyən qəsri" (), "Ponyo" () və "Rüzgarlar yüksəlir" () kommersiv və tənqidi müvəffəqiyyətlər qazandı. "Rüzgarlar yüksəlir" filminin nümayiş etdirilməsindən sonra Miyazaki bədii filmlərdə öz istefasını bildirdi, buna baxmayaraq, o, bu işə dönərək 2016-cı ildə yeni bədii film üzərində işləməyə başladı.
Miyazakinin yaradıcılığında bəşəriyyətin təbiət və texnologiya ilə əlaqəsi, təbii və ənənəvi naxışların vəhdəti, incəsənətin və sənətkarlığın əhəmiyyəti, zorakı dünyada pasifist etikanın saxlanılması çətinliyi mövzularının təkrarlanması xarakterizə olunur. Onun filmlərində baş qəhrəmanlar çox vaxt güclü qızlar və ya gənc qadınlar olur və bir neçə filmlərində isə antoqonistlər şübhəli xarakterlərlə təmsil olunur. Miyazakinin əsərləri yüksək səviyyədə qiymətləndirilmiş və müxtəlif mükafatlara layiq görülmüşdür. 2012-ci ilin noyabrında o, mədəni töhfələrinə görə Mədəniyyət adamı fəxri adına uyğun görülmüş, 2014-cü ilin noyabrında isə animasiya və film sahəsində təsirinə görə Fəxri Akademiya Mükafatına layiq görülmüşdür. 2002-ci ildə Amerikalı kino tənqidçisi Rocer Ebert, Hayaonun filmlərinin dərinliyini və sənətkarlığını yüksək qiymətləndirərək, Miyazakinin tarixdə ən yaxşı animasiya film istehsalçısı ola biləcəyini bildirmişdi.
Erkən həyatı Hayao Miyazaki 5 yanvar 1941-ci ildə Tokionun Bunkyo şəhərinin Akebono-ço kəndində, dörd övladın ikincisi olaraq dünyaya gəldi. Onun atası Katsuyi Miyazaki ( 1915 – 18 mart 1993), İkinci Dünya müharibəsi ərzində döyüş təyyarələrinə sükan çarxı istehsal edən "Miyazaki təyyarəsi" şirkətinin rəhbəri idi. Bu iş Miyazakinin erkən yaşlarında ailəsinin zəngin olmasına imkan yaratmışdır. Müharibə əsnasında Miyazakinin üç yaşı olarkən, ailəsi Utsunomiyaya evakuasiya edildi. 1945-ci ilin iyulunda Ustonomiyanın bombalanmasından sonra, Miyazakinin ailəsi Kanumaya evakuasiya olundu. Ustonomiyanın bombalanması dörd yaşlı Miyazakinin yaddaşında, silinməz təəssüratlar yaratmışdı. 1947–1955-ci illərdə Miyazakanin anası onurğa vərəmi xəstəliyindən əziyyət çəkirdi. O, ilk bir neçə ilini xəstəxanada keçirtdi. Miyazakinin anası ciddi və ziyalı bir qadın idi. O, 1983-cü ilin iyulunda 71 yaşında vəfat etdi.
Miyazaki 1947-ci ildə Utsunomiyada ibtidai məktəbə başladı, birinci sinifdən üçüncü sinifə qədər burada oxudu. Sonralar onun ailəsi Suqinamiyə geri döndükdən sonra, Ōmiya İbtidai Məktəbində dördüncü sinfi və Eifuku İbtidai Məktəbində beşinci sinfi bitirdi. Eifuku məktəbində məzun olduqdan sonra, o, Ōmiya Orta Məktəbində təhsilini davam etdirdi. Miyazaki erkən yaşlarında manqa sənətkarı olmaq istədi, lakin o, insan şəkli çəkə bilmirdi. Bir neçə ildən sonra o yalnız təyyarələr, tanklar və döyüş gəmiləri çəkə bilirdi. Miyazaki bu mövzuda manqa sənətkarları Tetsuyi Fukuşima, Soyi Yamakaua və Osamu Tezukadan təsirlənmişdi. Miyazaki ilk işlərinin çoxunu məhv etmişdi. Buna səbəb olaraq o düşünürdü ki, bu, Tezukanın stilinin kopiyalanmasının "pis versiyası" idi və bu da onun bir sənətkar kimi özünü inkişaf etdirməsinə mane olurdu. Ōmiya Orta Məktəbini bitirdikdən sonra, Miyazaki Toyotama Orta Məktəbinə qatıldı. Üç il ərzində, Miyazakidə animasiyaya qarşı marağı 1958-ci ildə istehsal edilmiş "Panda və sehrli ilan" () filmi doğurdu. O, filmin baş qəhrəmanına "aşiq oldu" və bu film onda güclü bir təəssürat yaratdı. Toyotoma məktəbini bitirən Miyazaki, Qakuşin Universitetinə qəbul oldu və orada o dövrlərdə komiks klublarına ən yaxın mahiyyətə malik "Uşaq Ədəbiyyatı Araşdırması" klubunun üzvü idi. Asudə vaxtlarında Miyazaki, orta məktəbdən olan incəsənət müəllimini ziyarət edər və onun emalatxanasında eskiz çəkər, burada 2 şəxs içki içər, "siyasətdən, həyatdan və digər mövzulardan danışardılar." Miyazaki 1963-cü ildə Qakuşin Universitetinin siyasi elm və iqtisadi nəzəriyyə fakültələrini bitirdi.
Karyerası
Erkən karyerası thumb|right|200px|Miyazaki 1964-cü ildə ilk dəfə İsao Takahata ilə çalışmışdır. Bununla onlar arasında uzunömürlü əməkdaşlıq və dostluq yaranmışdır.
Mövzular Miyazakinin işləri envayromentalizm, pasifizm, feminizm, sevgi və ailə kimi mövzuların təkrarlanması ilə xarakterizə olunur. Onun hekayələrində qəhrəmanın xoşagəlməz antaqonistə qarşı döyüşməsinin olmaması nəzərə çarpır.
Miyazakinin filmlərində çox zaman çevrəçilik və Yer kürəsinin zərifliyi şişirdilir. Marqaret Talbot qeyd etmişdir ki, Miyazaki müasir texnologiyaya nifrət edir və inanır ki, müasir mədəniyyət çox "nazik, dayaz və saxtadır", həmçinin o, "yüksək mərtəbəli binaların" olmayacağı zamanı səbirsizliklə gözləyir. Miyazaki 1955–65-ci illərdə Şova dövründə böyüdüyü üçün məyus olmuş, bunun isə əsas səbəbi təbiətin — dağların, çayların iqtisadi inkişaf adına məhv edilməsi olmuşdur.
Şəxsi həyatı Miyazaki 1965-ci ilin oktyabrında gənc animasiyaçı Akemi Ota ilə ailə həyatı qurmuşdur. Cütlüyün iki oğlu var: yanvar 1967 təvəllüdlü Qoro və aprel 1969 təvəllüdlü Keisuke. Miyazakinin öz sənətinə bağlılığı səbəbindən tez-tez yoxa çıxması Qoro ilə münasibətlərinə pis təsir göstərmişdir. Qoro atası ilə nadir hallarda ünsiyyət qurduğuna görə atasının işlərini izləyərək onu anlamağa çalışırdı. 2006-cı ildə "Dünya dənizindən nağıllar" () filminin istehsalı zamanı Qoro atasına bir ata kimi sıfır, lakin bir rejissor kimi isə tam qiymət verdiyini söyləmişdir.
Mükafatlar və namizədliklər Miyazaki 1979-cu ilin istehsalı "Kaqliostro qalası" (), 1984-cü ilin istehsalı "Küləklər vadisindən Navsikaya" (), 1986-cı ilin istehsalı ildə "Səma qəsri Laputa" (), 1988-ci ilin istehsalı "Mənim qonşum Totoro" () filmlərinə görə Mayniti film mükafatlarından Ōfuji Noburō mükafatını, 1989-cu ilin istehsalı "Kikinin çatdırma xidməti" (), 1992-ci ilin istehsalı "Porko Rosso" (), 1997-ci ilin istehsalı "Şahzadə Mononoke" (), 2001-ci ilin istehsalı "Balina ovu" () və "Ruhlarla sovrulanlar" () filmlərinə görə isə Mayniti film mükafatlarından Ən yaxşı animasiya filmi mükafatını qazanmışdır. "Ruhlarla sovrulanlar" filmi həmçinin Ən yaxşı animasiya filmi nominasiyasında Oskar mükafatını, 2004-cü ilin istehsalı "Haulun yeriyən qəsri" ()
Qeydlər
İstinadlar
Kateqoriya:Yaponiya animatorları Kateqoriya:Anime rejissorları Kateqoriya:Tokio manqakaları Kateqoriya:Yaponiya feministləri Kateqoriya:Kişi feministlər Kateqoriya:Yaponiya pasifistləri Kateqoriya:BAFTA mükafatı laureatları Kateqoriya:Yaponiya kinorejissorları Kateqoriya:Yaponiya anime rejissorları Kateqoriya:Yaponiya kinorejissorları Kateqoriya:Anime ssenaristləri Kateqoriya:Yaponiya ssenaristləri Kateqoriya:Toei Animation Kateqoriya:XX əsrin ssenaristləri Kateqoriya:Studio Ghibli